Icma.az
close
up
RU
İnsan sağlamlığı, lifli qidalar və çəki azaltmaq…

İnsan sağlamlığı, lifli qidalar və çəki azaltmaq…

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Sağlam qidalanmanın ayrılmaz hissəsi olan liflər haqqında müxtəlif fikirlər mövcuddur. Çoxumuz lifləri yalnız bağırsaqların fəaliyyətini qaydaya salan maddə kimi tanıyırıq. Lakin araşdırmalar nəticəsində məlum olub ki, liflərin orqanizm üçün bundan daha geniş, əhəmiyyətli və vacib rolu var. Diyetoloqlar artıq çəkidən azad olmaq məqsədilə məhz lifli qidaların qəbulunu tövsiyə edirlər.  Bu, doğrudurmu? Yalnız tərkibi liflə zəngin qidaları qəbul etməklə insan öz bədənini  normal çəkidə saxlaya bilərmi? Görəsən, həkimlərimiz bu barədə nə düşünürlər? Bununla bağlı tibb üzrə fəlsəfə doktoru Nurlana Əliyevaya müraciət  edib onun fikirlərini öyrəndik. 

– Doktor, liflər haqqında məlumat verərdiniz. Hansı qidaların tərkibində olur və qəbul edilən bütün liflər orqanizmdə eyni işi görürmü?

– Öncə onu deyək ki, liflərin əsasən, iki mühüm növü var: həll olan və həll olmayan liflər. Adları bir az elmi səslənsə də, əslində, izahı çox sadədir. Həll olan liflər barədə onu deyə bilərəm ki, belə liflərin bəziləri su ilə təmasda olanda onu özünə çəkir və geləbənzər bir struktur yaradır. Sadə dildə desək, həll olan lifin işi bir az süngərə oxşayır. Sanki bağırsağın içində balaca bir su süngəri var: su ilə təmasda geləbənzər struktur yaradır və qidanın həzm sistemindən keçməsini bir qədər ləngidir. Bu xüsusiyyətinə görə həll olan liflər toxluq hissinin daha uzun davam etməsinə və bəzi karbohidratların daha tədricən mənimsənilməsinə kömək edə bilər. Həll olan liflərlə zəngin yulaf, arpa, alma, armud, paxlalılar, çia və kətan toxumu kimi qidaları nümunə göstərmək olar.

Bir sözlə, həll olan lifin işini belə yadda saxlamaq olar: su ilə görüşür, onu özündə saxlayır və geləbənzər struktur yarada bilir.

– Bəs həll olmayan lif orqanizmdə hansı işi görür?

– Onun əsas xüsusiyyətlərindən biri və başlıcası bağırsaqdakı ifrazatın həcmini artırmağa və bağırsağın normal hərəkətini dəstəkləməyə kömək etməsidir. Bunu sanki bağırsağın süpürgəsi kimi təsəvvür etmək olar. Bu lif xüsusilə nəcisin normal formalaşmasının dəstəklənməsində mühüm rol oynayır. Həll olmayan lifin əsas mənbələri tam taxıllar, kəpək, bəzi tərəvəzlər, meyvələrin qabığı, qoz-fındıq və toxumlar hesab olunur. Amma bu bölgü o qədər də dəqiq sərhədlərlə ayrılmır.

Liflərin təsiri onların növündən, quruluşundan və hansı qidada olmasından asılı olaraq dəyişə bilər.

– Nurlana xanım, indi isə gələk əsas məsələyə: arıqlamaq istəyən insan üçün hansı lif daha vacibdir? 

– Əslində, burada “ikisindən birini seç” yanaşması düzgün deyil. Hər ikisi vacibdir. Belə deyə bilərik ki, bəzi liflər toxluq hissinə və qidanın daha tədricən həzm olunmasına, digərləri isə bağırsağın normal fəaliyyətinə daha çox töhfə verə bilər. Amma bir şeyi də unutmamalıyıq ki, lif qəbulunu artırarkən, eyni zamanda,  kifayət qədər maye qəbul etmək də vacibdir. Xüsusilə, əvvəllər az lif qəbul edən insan birdən-birə tərkibində çoxlu lif olan qidalar yeməyə başlasa, köp, qaz və qarında narahatlıq yarana bilər. Ona görə lifin miqdarını tədricən artırmaq daha düzgün olar.

Onu da qeyd etmək yerinə düşər ki, lif özü yağ yandıran maddə deyil. Bəzən insanlar sağlam qidalanmağa başlayanda lifli qidalara həddindən artıq üstünlük verirlər, hətta bir müddət demək olar ki, yalnız lifli qidalarla qidalanmağa çalışırlar. Düşünürlər ki, nə qədər çox lifli qida qəbul etsələr, bir o qədər yaxşıdır və nəticə tez alınar.

Lakin bu yanaşma yanlışdır. Lif nə qədər faydalı olsa da, orqanizmin bütün ehtiyaclarını təkbaşına qarşılaya bilməz. Yəni, sağlam qidalanmanın məqsədi sadəcə müəyyən bir qidanı çoxaltmaq deyil, müxtəlif qidaları düzgün şəkildə bir araya gətirməkdir. Çünki sağlam qidalanma təkcə lifdən ibarət deyil. Orqanizmə zülal, yağ, karbohidrat, vitaminlər, minerallar, kifayət qədər su və müxtəlif qida mənbələri də lazımdır. Bunlar orqanizmə bir yerdə – komanda şəklində, amma fərdi təsir edirlər.

– Deməli, lif bütün komanda olmasa da, bu komandanın vacib üzvüdür.

– Arıqlamaq üçün ümumi enerji balansı, qidalanmanın keyfiyyəti, zülal qəbulu, fiziki aktivlik, yuxu və digər amillər də vacib rol oynayır. Əslində isə arıqlamaqdan söz düşəndə, öncə lifdən söhbət açılır. Ona görə də lif haqqında müxtəlif miflər dolaşır. Lif haqqında ən böyük mif isə budur: nə qədər çox lifli qida qəbul olunsa, bir o qədər tez arıqlamaq mümkündür.

Öncə dediyimiz kimi unutmamalıyıq ki, düzgün qidalanma bir komanda işidir. Qidaların düzgün seçilməsi və qəbul ardıcıllığı, porsiyaların fərdi ehtiyaclara uyğunlaşdırılması və qidalanma prosesinin mütəxəssis nəzarəti ilə fərdiləşdirilməsinə xüsusi diqqət yetirilməlidir. Belə olmayanda bütün çəkilən əziyyətlər hədər gedir və istənilən nəticə alınmır. 

– Bəs sizin fikrinizcə, lif haqqında olan mifə son qoymaq vaxtı çatmayıb? Arıqlamaq üçün yalnız lifli qida qəbuluna diqqət edilməlidir?

– Bu, düzgün yanaşma deyil. Sağlam arıqlamaq üçün öncə səhərlər bədəni enerji ilə təmin etmək vacibdir. Gün ərzində kifayət qədər su içmək, şəkərli və işlənmiş qidalardan uzaq durmaq, kiçik porsiyalarla tez-tez qidalanmaq, axşam saatlarında ağır yeməklərdən çəkinmək, bunlarla bir yerdə yuxu rejimini nizamlı saxlamaq, stressdən uzaq olmaq və gündəlik fiziki fəallıq və idman etmək əhəmiyyətlidir. Amma arıqlamaq qərarına gələn hər kəs üçün peşəkar dəstək almaq çox vacibdir. Pəhriz tətbiq etmək istəyən bir insanın orqanizmində mövcud olan xəstəliklər nəzərə alınmalıdır. Qidalanma rejimi peşəkar diyetoloq tərəfindən tərtib edildikdə həm təhlükəsiz, həm də daha təsirli olur. Bədən formasını düzəltmək istəyənlərin etdiyi ən böyük səhv pəhrizləri özbaşına seçməkdir. İdmanla arıqlamaq istəyənlərin də əvvəlcə tibbi müayinədən keçməsi məsləhətdir. Çünki, düzgün müşahidə və rəhbərlik olmadan arıqlamaq istəyi həm nəticəsiz, həm də riskli ola bilər.

– İnsan sağlamlığı üçün maraqlı və əhəmiyyətli olan müsahibəyə görə sizə təşəkkür edirik.

Müsahibəni hazırladı:

Zərifə BƏŞİRQIZI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Avqust 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri