Icma.az
close
up
RU
İnsanlar “halal haram”dan bezib: Yeni tələb hansı təhlükəyə yol açır?

İnsanlar “halal haram”dan bezib: Yeni tələb hansı təhlükəyə yol açır?

Olke.az saytına istinadən Icma.az xəbər verir.

“Son illərdə Azərbaycanda və ümumiyyətlə İslam dünyasında inanclı insanların yanaşmasında nəzərəçarpacaq bir transformasiya yaşanır”. 

Bu sözləri Ölkə.Az-a açıqlamasında ilahiyyatçı Fərid Abdulla inanclı insanların getdikcə klassik ruhanilərdən daha çox müasir düşüncəli, psixoloji və sosioloji yanaşması olan ilahiyyatçılardan fikir alması barədə danışarkən deyib. o bildirib ki, müasir dövrdə ruhanilik halal-haram məsələlərini çatdırmaqdan daha çox məna kəsb edir:

“İnsanlar artıq sadəcə fiqhi suallarla kifayətlənmir. Onlar öz iç dünyalarına, ailə münasibətlərinə, cəmiyyətlə əlaqələrinə, travmalarına və psixoloji zəmində yaşadıqları ziddiyyətlərə dini bir baxış axtarırlar. Bu isə yeni bir ruhani modelinə tələbat yaradıb: dinin həm ruha, həm ağıla, həm də gündəlik həyata toxunduğu bir model.
Əvvəllər ruhanilər daha çox haram-halal sərhədləri çəkən, müctəhidlərin fətvalarını çatdıran bir funksiyada idilər. İndi isə bu, yetərli sayılmır. Çünki bir insan “halal qazanc” qazanmaqla kifayətlənmir, qazandıqlarının ailədə necə paylaşılacağı, münasibətləri necə quracağı, övladını hansı tərzdə tərbiyə edəcəyi kimi suallarla üz-üzə qalır. Dinə bu cür suallarla yanaşan insanlar, təbii olaraq, daha dərin cavab istəyirlər. 
Müasir ilahiyyatçılar, xüsusilə həm də psixoloji və sosioloji savadı olanlar bu ehtiyaca cavab verə bilirlər. Onlar yalnız hökm demirlər, izah edirlər, yalnız çağırmırlar, müşayiət edirlər, yalnız günahı göstərmirlər, onun səbəbini anlamağa çalışırlar.

F.Abdullanın sözlərinə görə, bu dəyişikliyin müsbət tərəfi olduğu kimi, təhlükəli yönləri də var:

“Təəssüf ki, bəzi insanlar bu yeni ruhani modelinə olan ehtiyacı anlayıb, onu öz şəxsi maraqları üçün bir vasitəyə çevirirlər. Onlar müasir olmaq adı ilə dinin sabit sütunlarını sarsıdır, öz fikirlərini “dini zərurət” kimi təqdim edirlər. Din artıq populist cümlələrlə, səhnə tərzi ilə, emosiya manipulyasiyası ilə bir şouya çevrilir. 
Yəni müasirlik adı ilə yerə, öz rəy və zövqlərinə uyğun bir din formalaşdırır, insanları da buna dəvət edirlər.
Bu adamlar “Allah adından danışdıqlarını” deyərək, Quranın və sünnənin ruhunu qurban verirlər. Halbuki müasir olmaq, əsasları inkar etmək demək deyil. Əksinə, bu əsasları zamanın dili ilə izah etməkdir. Amma bəziləri üçün bu, sadəcə “dini istədiyim kimi yozmaq” anlamına gəlir. Beləliklə, cəmiyyətin bir hissəsi doğru axtarış içində olarkən, digər bir hissəsi saxta rahatlıqla aldadılır.
Üstəlik, dini xurafat bilən, İslam qaydalarını yad ünsür sayan bəzi adamlar bu parçalayıcı ilahiyyatçılara dəstək verir ki, onlar daxilən bunu bir az da sarsıtsınlar. Çünki bunu özləri edə bilmirlər”.

İlahiyyatçı deyib ki, mövcud mənzərə dində dərin parçalanmalar, ziddiyyətlər, təfriqələr yaradır:
“Ənənəvi ruhani təbəqəsi ilə bu “müasir” yanaşmanı sərgiləyənlər arasında uçurum dərinləşir. İnsanlar isə arada qalır. “Kefli İsgəndər” obrazlı müasir ilahiyyatçılar bununla kifayətlənmir, özləri kimi düşünməyənlərə qarşı xalqı qaldırırlar. 

Hər bir halda burada ümidverici notlar da görmək olar. Çünki bu hallar müasir dünyada xalqın dini ehtiyaclarını tənzimləməkdə səy göstərən, milli-mənəvi ruhiyyəli, sağlam din xadimləri də yetişdirir”.

Billurə Yunus

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 İyun 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri