Icma.az
close
up
RU
“İnter” “Monterrey” və Ramos ilə bacara bilmədi

“İnter” “Monterrey” və Ramos ilə bacara bilmədi

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

ÇL-in finalında sarsıdıcı zərbə alan “İnter”in Kristian Kivunun başçılığı altında debüt oyunu o qədər də uğurlu alınmadı.

"Football-plus.az" xəbər verir ki, Milan nəhəngi favorit sayıldığı qarşılaşmada ümidləri doğrulda bilmədi. İlk yarının ortalarında Serxio Ramos səhnəyə çıxdı. Standart zərbələr zamanı hücumlara qoşulmağı xoşlayan təcrübəli müdafiəçi sevdiyi tərzdə - künc zərbəsindən sonra başla fərqlənərək “Monterrey”i hesabda önə keçirdi.
Maraqlıdı ki, Ramos karyerasında “İnter”ə qarşı keçirdiyi hər iki oyunda qol sevinci yaşayıb. 39 yaşlı futbolçu 2020-ci ildə “Real”ın heyətində də milanlıları məyus etmişdi. Düzdü, ÇL-in son finalçısı hələ fasiləyə qədər bərabərlik qolunu vura bildi. Lautaro Martines boş qapı önündə özünü itirmədi. Düşünmək olardı ki, “İnter” 2-ci hissədə təzyiqi artıraraq rəqibin müqavimətini qıracaq. Amma belə olmadı.
Ümumiyyətlə, oyun o qədər də baxımlı alınmadı. ”İnter” “çərçivə”yə 2, “Paçuka” isə cəmi 1 zərbə vura bildi. Beləliklə, “neradzurra”da yeni dönəm bərabərliklə başladı.
Asiya Çempionlar Liqasının üçqat qalibi “Urava Red Daymonds” isə “River Pleyt”lə başabaş mübarizə apara bilmədi. Argentina nəhəngi hər hissənin əvvəlində bir qol vurmaqla 2:0-lıq üstünlük yaxaladı.
Yaponiyalılar sonradan qollardan birinin əvəzini çıxsalar da, onların bundan artığına gücü çatmadı. “River” iki topluq fərqi bərpa edərək inamlı qələbə qazandı. Artıq “Real”ın üzvü olan, amma bu turniri “River Pleyt”də keçirən 17 yaşlı Franko Mastantuono özünü yaxşı tərəfdən göstərə bilməsə də, komandanın onun qollarına ehtiyacı qalmadı.
E qrupu
1-ci tur
Monterrey – İnter 1:1 (1:1)

Monterrey (Meksika): Andrada, Çaves (Agirre, 58), Medina, Ramos, Quzman, Arteaqa, Rodriges, Kanales (Roxas, 89), Torres (Deossa, 58), Berterame (Ambris, 78), Okampos (Kortiso, 89).
İnter: Zommer, Darmian, Pavar (Enrike, 68), Açerbi, Bastoni, Auqusto (Dimarko, 68), Barella, Mxitaryan (Zalevski, 78), Asllani (Suçiç, 68), Esposito (M.Türam, 58), Martines.
Qollar: Ramos, 25 (1:0). Martines, 42 (1:1).
Vərəqələr: Rodriges, 45. Asllani, 61. Barella, 88. Martines, 90+5 – sarı.
Hakim: Vilton Sampayo (Braziliya).
17 iyun. Los Anceles. 40311 tamaşaçı.
River Pleyt – Urava Red Daymonds 3:1 (1:0)
River Pleyt (Bueno Ayres, Argentina): Armani, Q.Montyel, Pesselya, Martines Kuarta, Akunya (Kasko, 88), L.Fernandes (Qaloppo, 46), Peres (Mesa, 46), Kastanyo, Mastantuono, Kolidio (Q.Martines, 74), Driussi (Borxa, 50).
Urava Red Daymonds (Saytama, Yaponiya): Nişikava, İşihara, Danilo, Hoybraten, Naqanuma (Oqivara, 80), Qustafson (Haraquçi, 87), Yasui (Matsumoto, 81), Kaneko (Sekine, 71), Savio (Santana, 71), Vatanabe, Matsuo.
Qollar: Kolidio, 12 (1:0). Driussi, 48 (2:0). Matsuo, 58-p (2:1). Meza, 73 (3:1).
Vərəqələr: Peres, 24. Qustafson, 34. Akunya, 57. Pesselya, 60. Qaloppo, 90+2 – sarı.
Hakim: Feliks Svayer (Almaniya).
17 iyun. Sietl. 11974 tamaşaçı.
21 iyun: İnter – Urava Red Daymonds, River Pleyt – Monterrey.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 İyun 2025 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see404

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see317

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see315

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see278

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see259

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see252

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see218

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see203

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see193

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see182

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see175

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see173

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see173

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see170

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see169

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see169

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see168

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see161

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

22 Avqust 2026 06:53see153

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri