Icma.az
close
up
RU
İqtisadçının sözləri narahatlıq yaratdı nəqliyyat və kommunal xidmətlərdə qiymət artımı olacaq?

İqtisadçının sözləri narahatlıq yaratdı nəqliyyat və kommunal xidmətlərdə qiymət artımı olacaq?

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Son günlər ictimaiyyətin diqqətini cəlb edən mövzulardan biri də qiymət artımları ilə bağlı yayılan ehtimallardır. İqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, yaxın aylarda vətəndaşları ictimai nəqliyyatda və kommunal xidmətlərdə qiymət artımı kimi “xoş sürprizlər” gözləyə bilər.

Bəs bu iddiaların arxasında hansı iqtisadi əsaslar dayanır? İlin sonuna qədər bizi hansı sahələrdə qiymət dəyişiklikləri gözləyə bilər? Artım ehtimalları nə dərəcədə realdır?

Globalinfo.az-a məsələni ətraflı şərh edən Natiq Cəfərli deyib ki, bu ilin sonu və ya gələn ilin əvvəlindən ictimai nəqliyyatda gediş haqqı ilə bağlı dəyişikliklər baş verəcək.

Onun fikrincə, bu dəyişikliklər sadəcə qiymət artımı ilə məhdudlaşmaya bilər:

“Paralel olaraq ödəniş sistemində struktur dəyişikliyi də gözlənilir. Mümkündür ki, mövcud birdəfəlik ödəniş üsulu ilə yanaşı, günlük, həftəlik, aylıq, altı aylıq və ya illik biletlər sistemi tətbiq olunsun. Bu, artıq bir çox ölkələrdə istifadə edilən diferensial tarif modelidir. Əgər bu sistem tətbiq olunarsa, birdəfəlik gedişhaqqının artırılması, hətta 1 manata qədər yüksəlməsi ehtimal olunur. Bu halda, əsasən ictimai nəqliyyatdan nadir hallarda istifadə edən şəxslər və turistlər daha çox ödəniş etməli olacaqlar. Əvəzində, müntəzəm istifadəçilər üçün aylıq və ya illik biletlər daha sərfəli qiymətlərlə təqdim oluna bilər, bu da müəyyən mənada qiymətlərin ucuzlaşması demək olacaq. Bütün hallarda isə, nəqliyyatda qiymət artımı gözlənilən bir proses kimi qiymətləndirilir”.

Natiq Cəfərli

İqtisadçı bildirib ki, kommunal xidmətlər sahəsində də artım ehtimalları real görünür:

“Xüsusilə su təchizatı ilə bağlı qiymət artımı böyük ehtimalla baş verəcək. Rəsmi qurumların son açıqlamalarında qeyd olunur ki, suyun maya dəyəri xeyli artıb və hazırkı tarif bu xərcləri qarşılamır. Ekspertlər bu sahədə 20-25 faiz arasında artım ola biləcəyini bildirirlər”.

Natiq Cəfərlinin fikrincə, elektrik enerjisi və qaz tarifləri ilə bağlı da dəyişikliklər mümkündür:

“Burada əsas diqqətçəkən məqam isə sabit tarif sisteminə keçid ehtimalıdır. Bu o deməkdir ki, vətəndaş elektrik enerjisindən istifadə edib-etməməsindən asılı olmayaraq müəyyən məbləği ayda sabit şəkildə ödəməli olacaq. Məsələn, ilkin mərhələdə bu sabit ödəniş aylıq 1 manat ola bilər. Lakin gələcəkdə həmin məbləğin artması ehtimalı da istisna edilmir. Bütün bu ehtimallar onu göstərir ki, 2025-ci ilə doğru nəqliyyat və kommunal xidmətlər sahəsində əhəmiyyətli tarif dəyişikləri baş verə bilər”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Sentyabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri