Icma.az
close
up
RU
İqtisadi potensial və böyük quruculuq ŞƏRH

İqtisadi potensial və böyük quruculuq ŞƏRH

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Hər bir dövlətin uzunmüddətli inkişafı onun iqtisadi potensialından, maliyyə imkanlarından və mövcud resurslardan səmərəli istifadə etmək bacarığından asılıdır. Güclü iqtisadiyyat həm ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsinə, həm də qarşıya qoyulan sosial və strateji hədəflərin reallaşdırılmasına imkan yaradır. Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətlər, maliyyə sabitliyinin qorunması, investisiya imkanlarının genişlənməsi və azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı layihələr ölkəmizin inkişafının ardıcıl xarakter daşıdığını göstərir.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident, Partiyanın Sədri cənab İlham Əliyevin çıxışında iqtisadi və sosial məsələlərə, ölkəmizin maliyyə imkanlarına, investisiya siyasətinə, eləcə də Qarabağ və Şərqi Zəngəzurun bərpasına xüsusi diqqət yetirilməsi qarşıda duran vəzifələrin əhatəsini aydın şəkildə nümayiş etdirir. Dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın iqtisadi potensialının daha da gücləndirilməsi, əldə edilmiş nailiyyətlərin qorunması və əhalinin rifahının yüksəldilməsi istiqamətində görüləcək işlərin əhəmiyyətini ortaya qoyur.
Ölkənin iqtisadi inkişafının əsas məqsədlərindən biri vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi, sosial müdafiə tədbirlərinin davam etdirilməsi və əhalinin rifahının yaxşılaşdırılmasıdır. Prezident İlham Əliyev qurultaydakı çıxışında gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını bildirərək bu siyasətin müntəzəm xarakter daşıdığını vurğulayıb. Dövlətin sosial siyasətində əsas istiqamətlərdən biri iqtisadi imkanların genişlənməsinə uyğun olaraq vətəndaşların sosial təminatının gücləndirilməsidir. Bu yanaşma iqtisadi inkişafla sosial rifah arasında qarşılıqlı əlaqənin qorunmasını tələb edir.
Sosial öhdəliklərin davamlı şəkildə yerinə yetirilməsi, eyni zamanda, güclü iqtisadi bazanın mövcudluğunu zəruri edir. İqtisadi artımın təmin olunması, yeni investisiyaların cəlb edilməsi, qeyri-neft-qaz sektorunun inkişaf etdirilməsi və sahibkarlıq mühitinin yaxşılaşdırılması bu baxımdan mühüm əhəmiyyət daşıyır. Azərbaycanın malik olduğu iqtisadi potensial və həyata keçirilən məqsədyönlü siyasət qarşıdakı illərdə də inkişafın davam etdirilməsi üçün geniş imkanlar yaradır.
Bu prosesdə investisiya siyasəti xüsusi yer tutur. Prezident İlham Əliyevin qurultaydakı çıxışında qeyd etdiyi kimi, iqtisadiyyatın inkişafı üçün investisiyaların cəlb edilməsi vacib şərtlərdəndir. Azərbaycanda keçirilən beynəlxalq investisiya forumları ölkəmizin iqtisadi imkanlarının dünya işgüzar dairələrinə təqdim edilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması və uzunmüddətli investisiya layihələrinin reallaşdırılması baxımından əhəmiyyətlidir. Dövlət başçısının məlumatına görə, 2025-ci və 2026-cı illərdə keçirilmiş iki beynəlxalq investisiya forumunda imzalanan investisiya müqavilələrinin ümumi həcmi 20 milyard dolları ötüb.
Bu göstərici Azərbaycanın investisiya cəlbediciliyinin və iqtisadi potensialına beynəlxalq marağın mühüm ifadəsidir. Xarici investisiyaların həm neft-qaz, həm də qeyri-neft-qaz sektorlarına yönəldilməsi iqtisadiyyatın şaxələndirilməsi, yeni istehsal sahələrinin yaradılması, məşğulluğun artırılması və müasir texnologiyaların tətbiqi baxımından əhəmiyyətlidir. Bununla yanaşı, yerli istehsalın genişləndirilməsi, sahibkarlığın dəstəklənməsi və rəqabətqabiliyyətli məhsulların istehsalı ölkənin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edir.
Azərbaycanın iqtisadi siyasətində maliyyə sabitliyinin qorunması və dövlət borcunun aşağı səviyyədə saxlanılması da mühüm istiqamətlərdəndir. Prezident İlham Əliyev qurultaydakı çıxışında ölkəmizin xarici borcunun ümumi daxili məhsula nisbətinin 5,6 faiz təşkil etdiyini, valyuta ehtiyatlarının isə 90 milyard dollara çatdığını bildirib. Dövlət başçısının diqqətə çatdırdığı bu göstəricilər ölkənin maliyyə imkanlarının genişliyini və iqtisadi sabitliyin təmin olunması istiqamətində görülən işlərin nəticələrini əks etdirir.
Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycan eyni zamanda ordu quruculuğu, sərhədlərin mühafizəsi, müdafiə qabiliyyətinin gücləndirilməsi və işğaldan azad edilmiş ərazilərin bərpası kimi böyük maliyyə vəsaiti tələb edən istiqamətlərdə də ardıcıl tədbirlər həyata keçirir. Buna baxmayaraq, ölkənin valyuta ehtiyatlarının artırılması iqtisadi və maliyyə sabitliyinin qorunmasına xidmət edir. Güclü maliyyə imkanları dövlətin həm cari vəzifələri yerinə yetirməsinə, həm də gələcək nəsillər qarşısında məsuliyyətini nəzərə alaraq uzunmüddətli inkişaf planlarını reallaşdırmasına şərait yaradır.
Qarabağ və Şərqi Zəngəzurun bərpası isə Azərbaycanın qarşısında duran əsas strateji vəzifələrdən biridir. Bu ərazilərin yenidən qurulması, infrastrukturun bərpası, yaşayış məntəqələrinin müasir tələblərə uyğun salınması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi genişmiqyaslı və uzunmüddətli fəaliyyət tələb edir. Prezident İlham Əliyevin qurultaydakı çıxışında səsləndirdiyi məlumatlar bu istiqamətdə görülən işlərin miqyasını aydın göstərir. Dövlət başçısının bildirdiyinə görə, həmin dövrdə Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır və təhsil alır, bölgələrin inkişafına isə indiyədək 28 milyard manat vəsait ayrılıb.
Bu vəsaitin böyük hissəsinin infrastruktur layihələrinə yönəldilməsi bölgələrin gələcək inkişafı üçün zəruri təməlin yaradılmasına xidmət edir. Yol və kommunikasiya xətlərinin çəkilməsi, elektrik enerjisi və digər zəruri xidmətlərin təmin olunması, yaşayış məntəqələrinin bərpası, sosial obyektlərin yaradılması ərazilərin iqtisadi və ictimai həyata inteqrasiyasını sürətləndirir. Eyni zamanda, insanların doğma torpaqlarına qayıdaraq orada yaşaması, işləməsi və təhsil alması Böyük Qayıdış prosesinin əsas mahiyyətini təşkil edir.
Hazırda 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması bu istiqamətdə əldə olunan mühüm nəticələrdəndir. Prezident İlham Əliyev Böyük Qayıdışın bundan sonrakı illərdə daha da sürətlənəcəyini bildirib. Qarşıdakı dövrdə əsas məqsəd yalnız yaşayış evlərinin tikilməsi deyil, eyni zamanda, bölgələrdə dayanıqlı məşğulluğun yaradılması, iqtisadi fəaliyyətin genişləndirilməsi, sahibkarlığın inkişafı və insanların rahat yaşayışı üçün zəruri şəraitin təmin edilməsidir. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr ölkənin ümumi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər iqtisadi inkişafın, sosial rifahın və strateji layihələrin bir-biri ilə sıx bağlı olduğunu göstərir. Maliyyə sabitliyi və investisiyaların artması ölkə iqtisadiyyatının güclənməsinə, sosial siyasətin davam etdirilməsinə və azad edilmiş ərazilərin bərpasına geniş imkanlar yaradır.
Qarşıdakı illərdə əsas vəzifələr əldə olunmuş nailiyyətləri qorumaq, iqtisadi inkişafı davam etdirmək və Böyük Qayıdış prosesini sürətləndirməkdir. Bu məqsədlərə nail olmaq Azərbaycanın iqtisadi qüdrətini daha da artıracaq və ölkəmizin gələcək inkişafına mühüm töhfə verəcəkdir.

Lətif Zərbəliyev,
YAP Salyan rayon təşkilatının veteran üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Oktyabr 2026 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri