İran İslam Respublikasının Venesuelaya yatırdığı milyardlarla sərmayə Maduro ilə birgə heç oldu Video
Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu barədə Bizimyol.info xəbər portalına güneyli siyasi şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, İran İslam Cümhuriyyəti 15-16 il Venesuelaya sərmayə qoymuşdu və Suriyada etdiyi kimi Venesuelada bir baza qurmağa çalışırdı.
Maşallah Rəzmi
“Müxtəlif mənbələrə görə, İran Venesuelaya 2 milyard, 4 milyard və ya 8 milyard vəsait yatırıb. Bəzi mənbələrə görə, Venesuela banklarının İran banklarına 2 milyard borcu var. Amma İran Venesuelaya çox investisiya yatıırb. İran istehsalı olan çox sayda dron və silahlar satılıb, onların çoxunun pulu alınmayıb. Yəni Venesuelanın İrana iki milyard nağd pul, 4 milyard silah aldığına görə və digər zərərləri də hesablasaq, ümumi 8 milyard borcu var”-deyə Maşallah Rəzmi bildirib.
Maşallah Rəzminin İran-Venesuela mövzusunda şərhini Bizimyol.info xəbər portalının YouTube kanalında izləyə bilərsiniz.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 15 Yanvar 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















