Icma.az
close
up
RU
İran məsələsi region üçün uzunmüddətli problem olaraq qalacaq ŞƏRH

İran məsələsi region üçün uzunmüddətli problem olaraq qalacaq ŞƏRH

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"ABŞ və İran arasında danışıqların davam etdiyi bir vaxtda müharibənin yenidən alovlanması və tərəflərin bir-birinin mövqeyini qəbul etməməsi göstərir ki, İran ətrafında baş verən proseslər uzunmüddətli problem olaraq qalacaq. Çünki tərəflər nə qədər danışıqlar masasına əyləşsələr də, onların mövqeləri kifayət qədər ziddiyyətlidir. Bu ziddiyyətlərin kökü dərindir və onları aradan qaldırmaq asan görünmür. Hesab edirəm ki, sülhün əldə olunması və müharibənin dayanmasının yeganə yolu tərəflərdən birinin zəifləməsi və ya geri çəkilməsi ola bilər".

Bu fikirləri politoloq Asif Nərimanlı Redaktor.az-a ABŞ-İran münasibətlərindən danışarkən səsləndirdi.

O bildirdi ki,  mövcud vəziyyət ABŞ tərəfinin təxminən 40 gün davam edən müharibədən sonra fərqli taktika seçdiyini göstərir:

"Bir tərəfdən danışıqlar prosesini davam etdirir, digər tərəfdən isə müəyyən səviyyədə hərbi addımlar atır. Bununla yanaşı, İrana qarşı iqtisadi blokadanı daha da dərinləşdirməyə çalışır. Görünən odur ki, ABŞ genişmiqyaslı hərbi əməliyyatlardan daha çox, məhdud zərbələr və iqtisadi təzyiq vasitəsilə mövcud hakimiyyəti geri çəkilməyə məcbur edəcəyini düşünür. Bu isə uzunmüddətli təzyiq siyasətinə bənzəyir və prosesin qısa müddətdə başa çatmayacağını göstərir. Baş verənlər onu deməyə əsas verir ki, İran ətrafındakı gərginlik hələ uzun müddət davam edəcək. İranın geri çəkilməsi və ya təslim olması məsələsi isə hələ də açıq qalır. Son, təxminən 40 gün davam edən müharibə göstərdi ki, İran rejimi təslim olmaq niyyətində deyil. Onlar bütün resurslarını sərf etmək bahasına olsa belə, sona qədər müqavimət göstərməyə çalışırlar. Hətta yekunda məğlub olsalar belə, döyüşmədən və mübarizə aparmadan təslim olmaq istəmirlər. Bu da onu göstərir ki, İran məsələsi region üçün uzunmüddətli problem olaraq qalacaq".

Politoloqun fikrincə, yaxın perspektivdə hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini təxmin etmək çətin deyil:

"Müharibə və ondan sonrakı proseslər göstərdi ki, tərəflər zaman-zaman yenidən danışıqlar masasına qayıdacaq, razılaşma əldə etməyə çalışacaqlar. Bununla yanaşı, hərbi addımlar, ABŞ-nin iqtisadi təzyiq və blokada siyasəti, eləcə də İranın Hörmüz boğazı üzərindəki təsir imkanlarından istifadə etməsi danışıqlar masasında öz mövqeyini gücləndirmək və qarşı tərəfi geri çəkilməyə məcbur etmək məqsədi daşıyır. Yəni həm ABŞ, həm də İran mahiyyət etibarilə oxşar taktikalardan istifadə edir. Bu isə onu göstərir ki, tərəflərdən biri ciddi şəkildə zəifləməyən və ya geri çəkilməyənədək problemin həlli mümkün görünmür. Buna görə də qarşıdurmanın uzunmüddətli regional problem kimi davam edəcəyi ehtimalı yüksəkdir".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 İyul 2026 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1393

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see677

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see533

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see522

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see469

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see434

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see422

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see401

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see360

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see343

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see287

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see281

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see278

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri