Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

İran PKK nı niyə silahlandırır ?

İran PKK nı niyə silahlandırır ?

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Məlumata görə, tərəflər arasında danışıqlar İraq ərazisində aparılıb və razılaşma əldə edilib. Lakin Türkiyə Silahlı Qüvvələrinin ərazidə güclü nəzarəti sayəsində PUA-lar terrorçulara hələlik təhvil verilməyib.
"Türkiyənin təzyiqi fonunda PKK yeni üsullar axtarmağa məcbur qalıb. Belə ki, terrorçular PUA-ları Suriya ərazisinə hissə-hissə keçirməyə çalışsalar da, bu planın uğurlu alınıb-alınmadığı qeyri-müəyyən qalır ", - mənbə yazıb.
İranın Yaxın Şərqə yeni qapısı: PKK Qeyd edilib ki, Bəşər Əsəd rejiminin devrilməsi nəticəsində Suriyada öz təsirini itirən, habelə "Hizbullah" və HƏMAS-ın rəhbər şəxslərinin İsrail Silahlı Qüvvələri tərəfindən bir-birinin ardınca öldürülməsi fonunda Yaxın Şərqdə təsir gücünü itirən İran, digər terror təşkilatları vasitəsilə nüfuzunu bərpa etməyə çalışır. Bu mənada Suriyada vəziyyətin qarışması ilə fəallaşan kürd separatçıları Tehran üçün əsl fürsətə çevrilib.
Maraqlıdır, İranın bölgədə yaranmış xaosdan istifadə edərək PKK-nı müasir silahlarla təmin etməsi Tehran ilə Ankara arasında ciddi problemlərə səbəb ola bilərmi?

Məsələni AzVision.az –a şərh edən politoloq Qabil Hüseynli deyib ki, yayılan xəbərlər rəsmi məlumat olmasa da, "Yeni Şafak" kimi ciddi mətbu orqanında dezinformasiyanın dərci inandırıcı görünmür. Türkiyə mediasında gündəmə çevrilən bu xəbərə kifayət qədər ciddi yanaşmaq lazımdır. Əgər PKK ilə bağlı yayılan yeni informasiyanın doğruluğu rəsmi dairələrin də dilindən təsdiqini tapsa, PUA qalmaqalı İran-Türkiyə münasibətləri konteksində daha da böyüyəcək: "Onsuz da rəsmi Ankara ilə Tehran arasında əvvəldən soyuq münasibətlər var idi. Hətta maraqlı məqamı xatırladım ki, bir müddət öncə İranın Türkiyə ilə müharibəyə hazırlaşması barədə məlumatlar yayılmışdı. Nəinki Türkiyə, Azərbaycana qarşı da hərbi əməliyyatlar istisna edilmirdi. Görünür, müharibə hazırlığı xəbəri dezinformasiya olmayıb, elə PKK-çıların xeyli sayda bahalı PUA-larla silahlandırılması da Türkiyəyə qarşı müharibə tədbirlərinin bir hissəsidir. Dronlar, PUA-lar adi silah sayılmırlar. Onlar artileriya qədər təhlükəlidirlər. Terrorçuların əsasən dağlarda məskunlaşdıqlarını nəzərə alsaq, belə relyefdə möhkəmlənmiş PKK-çılara PUA ötürülməsi olduqca təhlükəli addımdır. Dağlıq ərazilərdə dronlara qarşı mübarizə üsulları demək olar ki, effektsiz olur. Belə bir relyefdə hava hücumundan müdafiə sistemlərini qurmaq da çox çətindir. Bu nöqteyi nəzərdən PKK-nın PUA-larla silahlandırılması Türkiyəyə ciddi zərər vermək məqsədi daşıya bilər. Hər halda, Türkiyə rəsmiləri də səssiz dayanmayacaq, cavab tədbirləri hazırlayacaqlar ".
Qabil Hüseynli Tehranın aqressiv qüvvələri PUA ilə silahlandırmasına dair təcrübəsini də toxunub. O, İranın Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə silah "bazarına" "Geran" pualarını buraxmasını xatırladıb. Əslində buna bazar da demək olmaz, İran PUA-ları öz maraqları üçün sadəcə peşkəş edir: "Nəhayət ki, onların bu PUA siyasətinin dayandırılması üçün ciddi tədbir görülməlidir. Düzdür, ABŞ və İsrailin artıq İrana qarşı genişmiqyaslı tədbirlərə hazırlaşmasını müşahidə edirik. Amma PKK olayı sübut etdi ki, bu hazırlıqlar, görülən tədbirlər yetərli deyil. Əgər Türkiyə də bu iki ölkəyə qoşulsa, məncə, İran amili, farsların regionda təsir gücü sıfıra enəcək. Hələlik isə Ankaranın İsraillə bağlı siyasətində müəyyən soyuqluqlar müşahidə olunur".

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan isə PKK-nın silahlandırılması məsələsinin köklərini daha dərində axtarmağı məsləhət görür. O, təşkilatın, onun qollarının Suriya, İraq, Türkiyə və İrana qarşı ərazi iddialarının olmasına diqqət çəkərək qeyd edib ki, bu istiqamətdə onlara xaricdən də dəstək göstərilir. Çünki həmin xarici qüvvələr regionda bufer ölkə yaratmaq istəyirlər : “Həmin qüvvələr bu rola daha çox, PKK və ya onun qollarının başçılığı ilə qurula biləcək dövləti layiq görürlər. Region ölkələri, xüsusən də Türkiyə Suriyada yeni bir quruluş yaranmasına qarşıdır. Eləcə də, ötən gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən beynəlxalq toplantı zamanı Türkiyə və digər iştirakçı ölkələr Suriyanın unitar dövlət kimi qalmasının tərəfdarı kimi çıxış etdilər. Bununla belə, Suriyanın şimalında İraqda formalaşdırılmış muxtariyyətə bənzər bir quruluşun yaranmasına cəhdlər göstərilir. Bu isə, Suriyanın federallaşması anlamına gəlir. Məlum siyasəti PKK vasitəsi ilə reallaşdırmağa çalışırlar”.
Ekspert qeyd edib ki, Türkiyə regionda hər hansı muxtariyyətə qarşıdır. Çünki muxtar bölgənin yaranması Suriyanın gələcəyi üçün təhlükəlidir, ölkənin parçalanması ehtimalı artır: “Dəməşqdə hakimiyyəti ələ alan yeni qüvvələr bəyan etdilər ki, ölkə ərazisində fəaliyyət göstərən bütün qanunsuz silahlı birləşmələr əvəzinə vahid ordu qurulmalıdır. Bu açıqlama PKK-nı narahat etməyə başlayıb. Yeni hakimiyyət təmsilçiləri məlum təşkilatın Suriyadakı qolunun nümayəndələri ilə bu istiqamətdə görüşlər də keçiriblər. Nəticələr hələ ki, məlum deyil. Bununla belə, ABŞ bu qüvvələri dəstəkləyir. PKK-nın bölgədə zəifləməsi və ya sıradan çıxarılması isə Türkiyənin bir nömrəli hədəfidir. Türkiyə belə hesab edir ki, PKK regionda təhlükəsizliyi təhdid edən başlıca terror təşkilatıdır. Yəni, onlar İŞİD və Əl Qaidə kimi bölgənin təhlükəsizliyini pozur və separatçılığı gücləndirirlər. O ki qaldı Tehrana, təxminən 20 il öncə İran hakimiyyəti, eləcə də o vaxtkı Suriya rəhbəri PKK-dan Türkiyəyə qarşı alət kimi istifadə edərək, bu ölkəni zəiflətməyə çalışırdılar Artıq Suriyada PKK-nın mövcudluğunun səbəbi də bəllidir. Amma İran sərhədində İraqdakı PKK qruplaşmalarının fəaliyyət göstərməsinə qarşı etirazlar nümayiş etdirir”.
Sədrəddin Soltan İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Məhəmməd Baqirinin ötən ilin yayında verdiyi bəyanatı xatırladıb. O, ölkənin şimalındakı hökuməti və Bağdadı xəbərdar edərək bildirmişdi ki, əgər PKK onların ərazisini təhdid etsə və ya vursa, İraqın şimalı, Qəndil dağı raket atəşinə tutulacaq. Bundan sonra sərhəd bölgəsindəki PKK-nın PEJAK” adlı qolu ölkənin daxilinə köçürüldü və ərazidə PKK-çı qalmadı. Hazırda İranın Suriyadakı proseslərdə iştirakı isə yox dərəcəsindədir.
“Bəşər Əsəd sıradan çıxıb, digər silahlı qüvvələr- müqavimət adı altında fəaliyyət göstərən müxtəlif qruplar zəifdirlər. Tehran bu halda əsas hədəf olaraq Türkiyəni seçib. Bəşər Əsədin hakimiyyəti dövründə də PKK ilə rəsmi Dəməşq arasında Türkiyəyə qarşı fəaliyyətdə müəyyən razılaşmalar var idi, bununla bağlı addımlar da atılırdı. Yəni Əsəd, PKK və İran arasında Ankaraya qarşı fəaliyyətdə əməkdaşlıq mövcud idi və bu gün də qismən davam edir. Odur ki, Tehran hakimiyyəti Suriyada məğlubiyyətlə barışa bilmədiyi üçün günahı başqalarında, xüsusən də Türkiyədə görür. Ona görə də PKK-nı Türkiyəyə qarşı körükləməyə çalışır”, - ekspert deyib.
Tural Tağıyev
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://azvision.az
archiveBu xəbər 19 Yanvar 2025 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see304

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see285

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see281

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see243

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see235

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see223

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see222

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see212

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see210

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see208

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see202

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see202

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see195

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see192

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see187

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see187

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see185

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see184

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see173

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri