Icma.az
close
up
RU
İRAN “QƏZƏBLƏNİR”, RUSİYA “MALALAYIR”... Moskva ilə Tehran arasında çatlar yaranmasının səbəbi nədir?

İRAN “QƏZƏBLƏNİR”, RUSİYA “MALALAYIR”... Moskva ilə Tehran arasında çatlar yaranmasının səbəbi nədir?

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İran hakimiyyətinin əlində Rusiyanın satqınlığını sübut edən hansısa dəlillər mövcuddur…

Son günlər İranın hakimiyyətə yaxın mediasında Rusiyaya qarşı açıq narazılıq, hətta qəzəb ifadə edən kampaniya müşahidə olunur. Buna paralel olaraq, İran rejiminin bəzi yüksək rütbəli nümayəndələri Moskvanı İrana qarşı “satqınlıqda” ittiham edirlər.

Vəziyyət o yerə çatıb ki, Rusiya Xarici İşlər Nazirliyi bununla bağlı xüsusi bəyanat yayaraq İran mediasını dezinformasiya yaymaqda ittiham edib: “Biz son vaxtlar İran mediasında Rusiya xarici siyasəti haqqında yalan və dost Rusiya-İran münasibətlərinə kölgə salmağa yönəlmiş yazıların artmasını görürük. Ümumiləşdirsək, onların mənası Rusiyanın guya İran üçün etibarlı tərəfdaş olmadığı və “İsraillə münaqişə zamanı lazımi dəstək vermədiyi” ilə bağlıdır”.

Rusiya tərəfi bəyanatda iddia edir ki, bu materiallar guya “Rusiyaya və İrana düşmən olan qüvvələr tərəfindən koordinasiya edilən kampaniyadır”. Yəni, Rusiya XİN demək istəyir ki, İranın hakimiyyətin tam nəzarətində olan mətbuatı “İran və Rusiya düşmənləri” tərəfindən idarə olunur…


Rusiya XİN bildirir ki, bu materiallar “dost ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlığa xələl gətirmək və Rusiyanın cənub qonşusuna və dostuna qanuni hüquqlarının və milli maraqlarının qorunmasında verdiyi və verməkdə davam etdiyi ardıcıl dəstəyini gözdən salmaq məqsədi daşıyır”.

Daha sonar Rusiya XİN İranın Qərarların Məqsədəuyğunluğunun Müəyyən Edilməsi Şurasının üzvü Məhəmməd Sədrin avqustun 24-də verdiyi və böyük səs-küyə səbəb olan bəyanatına kəskin etiraz edib.

Xatırladaq ki, Sədr həmin bəyanatında deyib: “Rusiya 12 günlük müharibədə İsrailə İranın bütün hava hücumundan müdafiə sisteminin dəqiq koordinatları ilə kəşfiyyat məlumatları verib”.

Məlum məsələdir ki, nə İran mediası, nə də rejimin Sədri səviyyəsindəki iri məmurları İran rəhbərliyinin xeyir-duası və razılığı, hətta tapşırığı olmadan bu cür ittihamlarla çıxış edə bilməzlər. Deməli, həm Sədrinin, həm də medianın bildikləri nələrsə var. Yoxsa, hər iki rejim üçün ən azından indiki mürəkkəb dönəmdə Moskvaya qarşı bu cür sərt ittihamlarla çıxış etməzlər. Digər yandan Moskvanın reaksiyası və vəziyyəti “malalamaq” cəhdi də çox şeydən xəbər verir.

Rusiya XİN-in sözügedən bəyanatında İran rəhbərliyindən bir növ “anlayış göstərməsi” istənilir: “Əminik ki, iranlı həmkarlarımız Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinə əsaslanan müxtəlif sahələrdə Rusiya-İran əməkdaşlığının daha da genişləndirilməsini gözdən salmaq məqsədi daşıyan müxtəlif növ məlumat sızmalarına həssaslıqla cavab verməyə davam edəcəklər”.

Ancaq elə həmin Məhəmməd Sədr Rusiyanın istinad etdiyi Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin mənasız kağız parçası olduğunu deyib. Sədr həmçinin, Rusiyanın İsrail hücumlarını yalnız bəyanat səviyyəsində pisləməsini kəskin tənqid edib və Moskvanın Tehrana hava hücumundan müdafiə sistemləri və qırıcılar verməkdən imtina etdiyini də xatırladaraq, iki ölkə arasında imzalanmış "strateji tərəfdaşlıq" müqaviləsini "boş və faydasız" sənəd adlandırıb. Belə görünür ki, Rusiyanın bağladığı müqavilələrin də özü kimi etibarsız, saxta və mənasız olduğunu artıq Moskvanın ən yaxın müttəfiqləri də anlamağa başlayıb…

Bu arada Rusiya Turoperatorları Assosiasiyası bildirib ki, Rusiya vətəndaşları bundan sonra müstəqil şəkildə İrana səyahət üçün viza müraciəti edə bilməyəcəklər. İran buna qadağa qoyub. Qeyd olunur ki, viza yalnız İran turizm agentlikləri vasitəsilə əldə olunacaq. İranın Moskvadakı səfirliyinin məlumatına görə isə bu tədbirlər Yaxın Şərqdəki gərginlikdən qaynaqlanır və “arzuolunmaz şəxslərin” ölkəyə girişinin qarşısını almaq məqsədi daşıyır.


Bu qərarın özü də İranın Moskvaya etibar etmədiyinin əyani sübutudur. Həmçinin bu, Məhəmməd Sədrin açıqlamalarının və İran mediasında Moskvaya qarşı kəskin materialların dərc edilməsinin təsadüf olmadığını, bütün bunlara Tehran rejiminin rəhbərliyi tərəfindən göstəriş verildiyini təsdiqləyir. Rejimin isə əlində yəqin ki, Rusiyanın satqınlığını sübut edən hansısa dəlillər mövcuddur…

Bir sözlə, baş verən bu hadisələr bir-birindən mahiyyətcə heç də fərqlənməyən Moskva və Tehran arasında çatlar yarandığına dair qənaət formalaşdırır. Ancaq nəzərə alsaq ki, bu irtica rejimləri bir yerdə olmağa, eyni mövqedən çıxış etməyə məhkumdurlar, o zaman güman etmək olar ki, Tehran nə qədər “qəzəblənsə” də, Moskva hər şeyi “malalayıb yola verməyə” çalışacaq. Ancaq iki riyakar və saxta rejim arasında yaranmış çatların izləri çətin ki, birdəfəlik silinsin…

Cəlal Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Avqust 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri