Icma.az
close
up
RU
İrançılıq düşüncəsinin paradoksları Video

İrançılıq düşüncəsinin paradoksları Video

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Təbriz Şəhər Şurasının üzvü Rəsul Bərgi son illər Güney Azərbaycan türklərinin mədəni-tarixi irsinin və ana dilinin müdafiəsi yönündə çıxışları ilə Arazın hər iki tayında geniş populyarlıq qazanıb. Xüsusən sentyabrın 28-də onun dövlət televiziyasının "İran can" proqramında Təbriz əhalisinin ana dilinin fars dili kimi təqdim edilməsinə kəskin etirazı və "Anam heç farsca bilmir, uşaqlarım türk dilində danışır; Biz türkük, ana dilimiz türkcədir" deyə bəyan etməsi Azərbaycan Respublikasında geniş diqqət çəkib, mediada və sosial şəbəkələrdə bununla bağlı çoxsaylı paylaşımlar edilib. Lakin bunun ardınca srağagün, oktyabrın 4-də Rəsul Bərginin Təbriz bələdiyyəsinin növbəti iclasındakı çıxışı çoxları üçün gözlənilməz olub".

Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalının videosüjetində bəhs edilir.

"Belə görünür ki, o, son çıxışının Quzey Azərbaycanda doğurduğu reaksiyalardan əməlli-başlı ehtiyatlanıb, daha açıq desək, qorxuya düşüb. Ehtimal etmək olar ki, R.Bərgiyə bununla bağlı xəbərdarlıq da edilib və bu üzdən o, mövcud rejimə sədaqətini təsdiqləmək üçün həmin çıxışını irançılıq düşüncəsi əsasında qurub. Bərgi açıq şəkildə sərhədin o tayında, yəni Azərbaycan Respublikasında olan soydaşlarına işarə edərək, öz sözləri ilə desək, onun çıxışlarından çiçəklənmələrinə lüzum olmadığını bildirib və deyib: "Biz o Azərbaycana inanırıq ki, İranınkıdır. Biz Güney-Quzey Azərbaycan tanımırıq".

Bununla belə, o, əvvəllər davamlı şəkildə qabartdığı türk kimliyindən imtina etməyib, sadəcə olaraq həmin kimliyi irançılıq paradiqması çərçivəsində təqdim edərək deyib: "Biz İranın türkləriyik. Biz Quzey Azərbaycan-Güney Azərbaycan türkləri deyilik. Biz İran türkləri olmağımızla fəxr edirik və İranda da öz haqqımızı sonadək müdafiə edəcəyik" , - deyə videosüjetdə bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Oktyabr 2026 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1373

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see688

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see546

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see533

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see519

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see482

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see436

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see415

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see406

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see392

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see385

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see372

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see369

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see352

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see344

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see339

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see335

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see335

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see327

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see320
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri