Icma.az
close
up
RU
İranda məcburi hicab qanununun tətbiqi dayandırıldı İZAH

İranda məcburi hicab qanununun tətbiqi dayandırıldı İZAH

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


İranda qadınların məcburi hicabı ilə bağlı ziddiyyətli açıqlamalar yenidən gündəmdədir. Bu, Azərbaycan mediasında və sosial şəbəkələrdə yanlış olaraq hicabı məcburi edən müvafiq qanunun ləğvi kimi təqdim edilir. Əslində isə belə deyil.

Bakupost.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında Axar.az saytının Güney bölməsinin məsul redaktoru Əlirza Zamani deyib.

O, Məsləhət Şurasının üzvü Məhəmməd Rza Bahonarın mətbuat konfransındakı açıqlamalarının yanlış şərh edildiyini bildirib:

"Bahonar açıq şəkildə bəyan etdi ki, artıq İranda məcburi hicab qanununun icrası dayandırılıb. O, məcburi hicab tərəfdarı olmadığını da vurğuladı. Hətta bəyan etdi ki, özü heç vaxt buna inanmayıb və yenə də inanmır. Bahonar həmçinin, sistemin “milli qərarlarına” toxunaraq, məcburi hicabın artıq dövlət tərəfindən icra olunmadığını diqqətə çatdırdı.

Bu, Prezident Pezeşkianın da mövqeyi ilə uzlaşır. Təxminən bir ay əvvəl televiziya proqramında danışan İran Prezidenti Məsud Pezeşkian demişdi ki, parlamentin təsdiqlədiyi “Hicab və İffət” Qanununun tətbiqi dayandırılıb. O, bu qərarını belə əsaslandırmışdı: "Mən cəmiyyətdə müharibə və döyüşə səbəb ola biləcək bir qanunu tətbiq edə bilməzdim”. Pezeşkianın bu mövqeyi ölkə rəhbərliyində də hicab məsələsində fərqli yanaşmaların olduğunu göstərir".

Ekspertin sözlərinə görə, hüquqi baxımdan vəziyyət tamam fərqlidir:

"İslam Cinayət Məcəlləsinin 638-ci maddəsinə əsasən, “ictimai yerlərdə hicabsız görünən” qadınlar 10 gündən 2 aya qədər həbs və ya 600 min tüməndən 3 milyon tümənə qədər cərimə ilə üzləşə bilərlər. Bundan başqa, dövlət qurumlarında və rəsmi idarələrdə hicab qaydaları hələ də məcburi şəkildə tətbiq olunur. Beləliklə, qanun qüvvədədir, amma icra olunmur. Bu da həm hüquqi, həm ictimai mühitdə ciddi qarışıqlıq yaradır.

Son illərdə İranda qadınların hicaba qarşı kütləvi etirazları baş verib. “Məhsa Əmini hərəkatı” kimi tarixə düşən etirazlarda yüzlərlə insan həyatını itirib. İndi Bahonar və Pezeşkianın açıqlamaları bu müzakirələri yenidən alovlandırır. Bəzi dairələr bunu “islahatçı addım” kimi qiymətləndirir, digərləri isə “sistemin ideoloji dayaqlarına zərbə” hesab edir.

İranın mövcud vəziyyətində məcburi hicab qanunu kağız üzərində yaşayır, amma icra strukturları səviyyəsində “ölü qanuna” çevrilib.

Bu, bir daha göstərir ki, İranda hicab məsələsi yalnız dini və mədəni deyil, həm də siyasi və hüquqi böhran mövzusuna çevrilib".


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:399
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 Oktyabr 2025 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri