İrandan Trampa cavcab gəldi: Biz heç vaxt nüvə silahına sahib olmayacağıq
Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
"Bizim heç vaxt nüvə silahı proqramımız olmayıb və olmayacaq da".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu bəyanatı İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ABŞ prezidenti Donald Trampın ötən gün İsrail Baş naziri Netanyahu ilə birgə mətbuatn konfransında söylədiklərinə cavab olaraq verib.
O bildirib ki, İranın nüvə silahı əldə etmək niyyətində olması barədə açıqlama həqiqəti əks etdirmir: “Trampın İranın nüvə silahına malik olmaması ilə bağlı açıqlaması, əslində, aydın bir nöqtədir. Təkrar edirəm, İranın heç vaxt nüvə silahı proqramı olmayıb. İran yalnız təminat müqaviləsi və NPT (Nüvə Silahlarının Yayılmaması Müqaviləsi) çərçivəsində dinc nüvə fəaliyyətlərini davam etdirir".
Xatırladaq ki, ötən gün Tramp İranın nüvə silahına çıxış əldə etməyə çox yaxın olduğunu və bunun qarşısını alacaqlarını təkrarlayıb.
Zülfiyyə MUSTAFAYEVA
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 05 Fevral 2025 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















