Icma.az
close
up
RU
İranın danışıqlardan imtina etməsinə REAKSİYA “Növbəti zərbələr endiriləcək”

İranın danışıqlardan imtina etməsinə REAKSİYA “Növbəti zərbələr endiriləcək”

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

İran Almaniya, Fransa və Böyük Britaniyadan ibarət Avropa üçlüyünün nüvə danışıqlarına dair təklifini rədd edib. İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani jurnalistlər qarşısında çıxışında “Avro-üçlük” planını “ikiüzlü addım” adlandırıb: “Onlar danışıqların başlanğıc nöqtəsi deyil, nəticəsi olan şərtlər tələb edirlər”.
Diplomat vurğulayıb ki, İran, problemləri həll etməkdənsə, "tətbiq etmək və diktə etmək" üçün nəzərdə tutulmuş təzyiq taktikasına "heç vaxt boyun əyməyəcək".
Ardınca o qeyd edib ki, Tehran nüvə sazişi (JCPOA) üzrə vicdanlı danışıqlara açıqdır, lakin onları təhdid altında aparmayacaq və “qeyri-real ilkin şərtlərə” görə Avropa “üçlüyünün” planını rədd edir.
 

MÖVZU İLƏ BAĞLI:
Cənubi Qafqazda YENİ DÖNƏM – İran razılaşdı, növbə Rusiyanındır...


İranlı rəsmidən gələn belə bir açıqlama fonunda Almaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına İrana səyahət etməməyi məsləhət görüb.
“Almaniya vətəndaşlarına İrandan dərhal çıxmaları qətiyyətlə tövsiyə olunur”, – deyə Almaniya XİN-in bəyanatında bildirilib.
Sözügedən vəziyyət İrana yeni hücumların olması ehtimalını gündəmə gətirib.
Görəsən, İrana növbəti zərbələr endiriləcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, İranın Avropa Üçlüyünün təklifini rədd etməsi əslində artıq uzun müddətdir davam edən siyasi qarşıdurmanın yeni mərhələsidir:
“Burada diqqətçəkən bir neçə mühüm detal var. Birincisi, Avropa ölkələri JCPOA-ya (İran nüvə sazişinə) qayıdış üçün “başlanğıc nöqtəsi yox, nəticə olan şərtlər” irəli sürüb. Bu o deməkdir ki, Tehran masaya əyləşməmişdən öncə sanksiyalara boyun əyməli, nüvə fəaliyyətini məhdudlaşdırmalı və əlavə öhdəliklər götürməlidir. İran isə bunu “ikiüzlülük” adlandırır, çünki ona görə real danışıqların mahiyyətini danışıqların əvvəlində deyil, sonunda əldə olunan güzəştlər müəyyən etməlidir”.
İran Şərq güclərinə bel bağlayır.
Ekspert deyir ki, İran bu fonda Rusiya və Çinin mövqeyinə daha çox yaxınlaşır:
“Tehranın Avropa planını rədd edib, əvəzində Moskva və Pekinin BMT Təhlükəsizlik Şurasında 2231 saylı qətnamənin texniki uzadılmasına dəstək verməsi bunu açıq göstərir. İran açıq şəkildə Qərbin sanksiya mexanizmlərindən qaçmaq üçün Şərq güclərinə bel bağlayır”.
ABŞ hələlik “kölgədə görünür”.
Politoloqa görə, burada digər bir məqam Avropa və ABŞ-ın reaksiyasının sərtləşməsidir.
Onun fikrincə, Almaniyanın öz vətəndaşlarını təcili İrandan çıxarmağa çağırması əslində növbəti sanksiyalar dalğası və siyasi təzyiqin anonsudur:
“Avropa üçün İran yalnız nüvə təhlükəsi deyil, həm də Rusiya ilə yaxınlaşan,Yaxın Şərqdə hərbi və ideoloji təsirini artıran riskli bir aktordur. Burada Vaşinqtonun da mövqeyi paralel gedir. ABŞ hələlik “kölgədə görünür”. Amma İranın Avropanı bu cür açıq şəkildə rədd etməsi fonunda amerikalıların da hədəfli sanksiyalar və mümkün təcrid addımlarını dəstəkləməsi gözləniləndir”.
İran növbəti zərbələrə tuş gələcək.
Bu gedişlə həmsöhbətimiz düşünür ki, İrana növbəti zərbələrin endirilməsi realdır:
“Sanksiyalar sərtləşdiriləcək. Xüsusən də, İranın enerji ixracı və maliyyə sisteminə qarşı. Habelə, İranın diplomatik təcridi də dərinləşəcək. Ən əsası İrana qarşı hərbi-siyasi təzyiqlər artacaq. İrana regiondakı qolları–Hizbullah, husilər üzərindən dolayı yollarla təhdidlər ediləcək”.
T. İsmasyılov bildirir ki, eyni zamanda Tehran da boş dayanmayacaq:
“Çin və Rusiya ilə strateji yaxınlaşmanı daha da sürətləndirəcək. Regional kartlardan – Qəzza, Livan, Yəmən və hətta Cənubi Qafqaz faktorundan istifadə etməyə çalışacaq. Sanksiyaların iqtisadi effektini minimuma endirmək üçün qara bazar və paralel ticarət kanallarını genişləndirəcək.
Bir sözlə vəziyyət “danışıqlar masasına qayıdış” ssenarisindən daha çox qarşılıqlı təzyiq və qarşıdurma trayektoriyasına doğru yönəlir:
Qısası, Avropa ilə İran arasında yeni bir “sanksiya savaşı” başlayır və bu prosesdə Tehran uduzsa da tam geri çəkilməyəcək – çünki artıq oyun masasında Qərb yox, Şərq dayaqları var”.
Rüfət Sultan, Bizim.Media  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://bizim.media
archiveBu xəbər 31 Avqust 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri