Icma.az
close
up
RU
İraqı İranın təsir dairəsindən xilas etmək istəyən ABŞ, bu məsələdə müqavimətə göz yummayacaq

İraqı İranın təsir dairəsindən xilas etmək istəyən ABŞ, bu məsələdə müqavimətə göz yummayacaq

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

“İraqda, İranın dəstəklədiyi terror qruplaşmaları, özəlliklə “həşdüşşəbi” dediyimiz silahlı qruplaşma və ona yaxın qüvvələr artıq silahlarını yerə qoymağa hazır olduqlarını bəyan ediblər. Təbii ki, bu bölgədə gərginliyin nə qədər kritik bir həddə çatdığını göstərir. Amerikanın iki konqres üzvü həm cümhuriyyətçilər, həm də demokratlar birlikdə bir layihə hazırlamışdılar. Layihə İraqın qanuni olaraq İranın əlindən azad edilməsi adı altında bir layihədir. Məqsəd də bundan ibarətdir ki, İran rejiminin İraqdakı bütün imkanları və nüfuz məqsədilə yaratdıqları silahlı terror şəbəkəsi aradan qaldırılmalıdır. Co Vilson adında o konqresmen cümhuriyyətçi idi. Konqresmen öz "X" hesabında da bununla bağlı yazmışdı ki, "biz İraqı İran nüfuzundan azad etmək məcburiyyətindəyik və bu məqsədi daşıyan layihə əsasında çalışacağıq ki, bu prosesləri aparaq". Təbii ki, burada həm də bir sıra embarqolar nəzərdə tutulur. Hətta İraq hökumətinə də terror qruplaşmasının silahsızlaşdırılması üçün hər hansı bir addım atmasa belə embarqolar nəzərdə tutulub. Ona görə də danışıqlar gedir, İraqın baş naziri ilə danışılır. İraqda fəaliyyət göstərən silahlı dəstələrin artıq silahlarını yerə qoyması və İraqda İrana bağlı olan silahlı qruplaşmaların fəaliyyətinin sona çatmasına razıdır. Bu da onu göstərir ki, Amerika dövləti İranın bölgəsəl terror təşkilatlanmasının sonlandırılmasında maraqlıdır və təbii ki, belə olan halda terror imkanlarından və yaxud terrorizmdən fars molla rejimi faydalana bilməyəcək. Başqa dövlətlərə təzyiq üçün onlardan istifadə edə bilməyəcək və bununla da bu rejimin əlindən bu imkan alınmış olacaq”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli bildirib ki, məlumata görə, İraqın baş naziri artıq İraqdakı qruplaşmaların yüksək rütbəli komandirləri ilə görüşlər keçirib və onlara da bu xəbərdarlıqlar edilib: “Onlar da bilirlər ki, əgər silahlarını yerə qoymasalar və müqavimət göstərsələr, vəziyyət Co Bayden dövründəki kimi olmayacaq. Yəni Amerika dövləti və Tramp bu məsələyə göz yummayacaq”.

Sadiq İsabəyli

Sadiq İsabəyli vurğulayıb ki, məsələnin nə qədər ciddi olduğu artıq göz qabağındadır, çünki İraq hökumətinə də bilgilər verilib ki, "əgər bu silahlı dəstələr özlərini ləğv etməsələr, Amerika bunlara qarşı hava hücumundan da istifadə edəcək və belə olan halda bu qruplar bu məsələdə dirəniş göstərə bilməyəcəklər".

“Artıq onların hər hansı bir formada dirəniş göstərmək imkanları və israrla “biz silahlarımızı verməyəcəyik” imkanları demək olar, tükənib və Amerikanın dediklərinə baş əymək və silahları İraq hökümətinə təhvil vermək məcburiyyətindədirlər. Bu, çox önəmli bir gedişdir. Çünki orada bəzi qruplaşmalar sırf İranın “Sipah-i Pasdaran” və “Sipah-i Qüds” qoşunları tərəfindən təlim alırlar. Terror planlarını İran rejimi “Sipah-i Pasdaran”, “Sipah-i Qüds” onlara verir və onların fəaliyyət planlarını onlar müəyyənləşdirir. Yəni onların özünün terror proqramları və terror planları yoxdur. Bu qruplaşmalar müxtəlif adlar altında İranın xarici terror təşkilatlanmasını idarə edən “Sipah-i Qüds” dediyimiz qüvvələrin əlaltıları olaraq onların İsrail dövlətinə, bölgə dövlətlətlərinə yönəlik terror fəaliyyətini həyata keçirmək üçün orada fəaliyyətdədirlər. Bu da onu göstərir ki, Amerika dövləti İran rejiminin terror təşkilatlanmasını bölgədə artıq istəmir və buna heç bir halda göz yummayacaq. Deyilənlərə görə, bu qruplaşma əsasən şiə olan yeni qruplardırlar. Onlar “İraq İslami müqavimət” cərəyanı adı altında fəaliyyət göstərirlər. Onlar ayrı-ayrılıqda 10 silahlı dəstədirlər. Onların 50000 qüvvəsi var. Hətta fars molla rejimi onlara bir sıra raketlər də verib. Onların hərbi bazalarında havadan müdafiə sistemləri yerləşdirilib. Onlar xüsusi terror qruplaşmaları İsrail dövlətinə qarşı raketlərdən istifadə etdiyi kimi uzaq mənzilli raketlərdən istifadə edə bilərlər”-deyən Sadiq İsabəylinin fikrincə, onların indi silahsızlaşdırılması həm də bu baxımdan önəmlidir ki, gələcəkdə Amerika və yaxud İsrail İrana hərbi zərbə endirərsə, bu qruplaşmalar əks zərbə endirə bilməsin və yaxud raketlərdən İsrail dövlətinə və ya Amerikanın hərbi bazalarına qarşı istifadə edə bilməsinlər.

Sadiq İsabəyli hesab edir ki, hadisənin bütün oyunçularını dəyişə bilər, yəni İran və İsrail Amerika münasibətində hadisələrin gedişatını dəyişdirə bilər.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Aprel 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri