Icma.az
close
up
RU
İrəvan Azərbaycan və Almaniya liderlərinin sülh mesajlarına necə reaksiya verəcək?

İrəvan Azərbaycan və Almaniya liderlərinin sülh mesajlarına necə reaksiya verəcək?

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Əvvəllər XİN rəhbəri kimi ölkəmizdə bir neçə dəfə səfərdə olmuş Frank-Valter Ştaynmayerin Almaniya Prezidenti kimi Bakıya ilk rəsmi səfəri sözsüz ki, iki ölkə arasında çoxşaxəli əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək. Bu məqamı Prezident İlham Əliyev də almaniyalı həmkarı Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcək..
Almaniya Prezidentinin Cənubi Qafqaza və o cümlədən Azərbaycana səfərinin məqsədi təkcə bölgədə sülhün bərqərar olmasına dəstək vermək deyil. Avropa İttifaqının (Aİ) əsas aparıcı dövlətlərindən biri olan Almaniya dünyanı geosiyasi təlatümlərin bürüdüyü və iqtisadi resurslar uğrunda mübarizənin qızışdığı hazırkı məqamda bölgə ölkələri ilə iqtisadi əlaqələri daha da genişləndirməyi hədəfləyir. Azərbaycan isə Cənubi Qafqazın əsas iqtisadi güc mərkəzi sayılır. Ştaynmayer də təcrübəli siyasətçi kimi bunu çox yaxşı bilir. Alman lider mətbuata bəyanatında Azərbaycanın dünyanın əsas ticarət yollarının birləşdiyi məkana çevrildiyini qeyd edərək, Orta Dəhlizin Almaniya iqtisadiyyatı üçün də perspektivli olduğunu vurğuladı: “Biz hər ikimiz təkcə Mərkəzi Asiya ilə deyil, həmçinin Uzaq Şərq, Cənub-Qərbi Asiya, eləcə də Çin ilə iqtisadi və ticarət əlaqələrində maraqlıyıq. Eyni zamanda, hazırda mövcud nəqliyyat marşrutlarının nə dərəcədə məhdud olduğunu və onların hansı imkanlarla işlədiyini də yaxşı bilirik. Bu baxımdan Orta Dəhliz Almaniya iqtisadiyyatı üçün də maraqlı perspektivdir. Cənubi Qafqaz son dövrlərdə olduğu kimi, siyasi baxımdan daha sabit inkişaf etdikcə, bu perspektiv daha da cəlbedici olacaqdır”.
Prezident İlham Əliyev isə Almaniya şirkətlərinin bərpa olunan enerji sahəsində təcrübəsini qeyd edərək, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirməklə yanaşı, Azərbaycanın da bu istiqamətdə çox böyük planlarının olduğunu diqqətə çatdırdı. Belə ki, xarici investorların sərmayəsi hesabına Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 qiqavata çatdırmağı planlaşdırır. Bu enerjinin bir hissəsi Avropaya ixrac ediləcək. Dövlətimizin başçısı iki ölkə arasında iqtisadi əlaqələrin hazırkı durumu barədə nikbin danışdı. O, qeyd etdi ki, iqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb.
Prezident İlham Əliyev bu gün keçirilən təkbətək və geniş tərkibli görüşlər əsnasında almaniyalı həmkarı Frank-Valter Ştaynmayeri həmçinin Azərbaycan-Ermənistan sülh prosesi barədə də ətraflı məlumatlandırıb. Dövlətimizin başçısı bu barədə jurnalistlərin suallarını cavablandırarkən İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan tərəfinin və şəxsən özünün sülh danışıqlarının başlanmasının təşəbbüskarı kimi çıxış etdiyini bəyan etdi: “Bu gün söhbət əsnasında mən cənab Prezidenti Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı kifayət qədər məlumatlandırdım. Bildirdim ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan və şəxsən mən sülh danışıqlarının başlanmasının təşəbbüskarı olmuşam. O vaxt nə Ermənistan, nə də ki, o vaxt hələ fəaliyyət göstərən ATƏT-in Minsk qrupu belə bir təklif irəli sürməmişdi. Bu təklifi Azərbaycan tərəfi vermişdir. Bu özlüyündə onu göstərir ki, biz sülh müqaviləsinin bağlanmasında nə qədər maraqlıyıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb və bildirib ki, 2024-cü ilin yanvarına qədər Ermənistan təkidlə sülh müqaviləsinə salmaq istədiyi dırnaqarası “Dağlıq Qarabağ respublikası” yoxdur, bu, ancaq Ermənistanın xülyalarında mövcud olub. Azərbaycanın Qarabağ bölgəsi mövcuddur".
Cənab Prezidentin səsləndirdiyi "dırnaqarası “Dağlıq Qarabağ respublikası” yoxdur" ifadəsi sözsüz ki, həm də səfər öncəsi rəsmi İnstagram səhifəsində keçmiş separatçı rejimin qondarma "bayrağ"ını paşlaşaraq ölkəmizin ərazi bütövlüyünə zidd mövqe sərgiləmiş Frank Valter-Ştaynmayerin birbaşa özünə ünvanlanmış oldu. Qeyd edək ki, rəsmi Bakının ötən gün sərt şəkildə etirazını bildirməsindən sonra həmin paylaşım dərhal səhifədən silindi və Almaniya tərəfi bu yanlışlığa görə xalqımızdan və dövlətimizdən rəsmi qaydada üzr istədi. Eyni zamanda, Ştaynmayer də Prezident İlham Əliyev ilə mətbuata bəyanatla çıxışı zamanı, "biz birmənalı olaraq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyırıq" bəyanatını verməklə, necə deyərlər, öz səhvini düzəltdi. Həmin paylaşımın Almaniya Prezidentinin səhifəsindən silinməsi, Azərbaycandan rəsmi şəkildə üzr istənilməsi və cənab Ştaynmayerin Bakıdan Qarabağı birmənalı olaraq Azərbaycanın ərazisi kimi tanıdıqlarını bəyan etməsi, əlbəttə, erməniləri məyus edib. Ancaq ermənilər Azərbaycanın yaratdığı reallıqlarla barışmalıdırlar.
Almaniya lideri mətbuata bəyanatında Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin çox böyük əhəmiyyətinin olduğunu qeyd etdi. O, eyni zamanda, sülh razılaşmasının əldə olunması ilə bağlı mühüm anın yetişdiyini vurğulayaraq ümid etdiyini bildirdi ki, bu andan istifadə olunaraq sülh müqaviləsi imzalanacaq və regionda əsl davamlı sülh yaranacaq. Frank-Valter Ştaynmayer Almaniyanın bu prosesdə lazımi dəstəyi verməyə hazır olduğunu da bəyan etdi. Prezident İlham Əliyev də öz növbəsində tarixi Zəfərimizin sülh danışıqlarına yol açdığını xüsusi olaraq vurğuladı və bu gün Azərbaycan ilə Ermənistanın sülhün əldə edilməsində mövqelərinin bir-birinə kifayət qədər yaxınlaşdığını nəzər çatdırdı. Ancaq dövlətimizin başçısı onu da vurğuladı ki, yekun sülh razılaşması üçün iki şərtimiz var ki, bu şərtlərimiz də Ermənistan üçün yenilik deyil. Çünki biz bu şərtləri uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistan tərəfindən isə həmin şərtlərimizlə bağlı bu günə qədər hər hansı bir ciddi cavab almamışıq.
Söhbət hansı şərtlərdən gedir? Azərbaycan Prezidenti həmin şərtləri bir daha həm almaniyalı həmkarının, həm də Ermənistan rəhbərliyinin diqqətinə çatdırdı: “Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinad var. O konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisi Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin olunandan sonra sülh müqaviləsini imzalanmaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər Ermənistan doğurdan da sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir”.
Prezident İlham Əliyevin Ermənistan rəhbərliyinə ünvanladığı mesajlar legitim tələblərimizi əks etdirir. Və bu tələblər o qədər aydın və ədalətlidir ki, Ermənistan rəhbərliyi üçün manevr etməyə, hər hansı bəhanələr irəli sürməyə heç bir şans qalmır. Rəsmi İrəvan real sülhdə maraqlıdırsa, Bakının tələblərini qəbul etməlidir. Almaniya isə Fransadan fərqli olaraq bu prosesdə təxribatçı mövqedən yox, əsl sülh elçisi kimi çıxış edib lazımi dəstəyi verə bilər. Bu mənada, Prezident İlham Əliyevin vurğuladığı kimi indi top həqiqətən də Ermənistanın tərəfindədir. Gözləyək, görək rəsmi İrəvan Azərbaycan və Almaniya liderlərinin sülh mesajlarına necə reaksiya verəcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 03 Aprel 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see340

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see261

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see255

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see211

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see154

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see146

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see141

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see138

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see137

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see137

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see137

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see136

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see135

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see132

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see129

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see126

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see126

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see126

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see125

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri