Icma.az
close
up
RU
“İrəvan xalçalarında ilmələrin rəqsi”

“İrəvan xalçalarında ilmələrin rəqsi”

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Əsrlərin o üzündə adi kənd daxmalarında yaranan və tədricən incəsənətin ən mühüm növlərindən birinə çevrilən xalçaçılıq sənəti zənginliyi ilə seçilir. Qızların, gəlinlərin arzu ifadəsi, sabaha “məktub”ları olan bu zərif matahlar hər zamankı kimi, bu gün də göz-könül oxşayır. Təsadüfi deyil ki, Nizami Kino Mərkəzində “İrəvan xalçalarında ilmələrin rəqsi” bədii-sənədli filminin təqdimat mərasimi hər kəsi yetərincə duyğulandırdı.

Mərasimdən əvvəl foyedə təşkil edilmiş maraqlı sərgi ilə tanışlıq oldu. Sonra “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin baş katibi Aysel Tahirova layihənin İrəvan xalçaçılıq məktəbinin qorunması və tanıdılması baxımından önəmini vurğuladı. Əsas məqsədin İrəvan xalçaçılıq ənənələrinin qorunması, xalçalar üzərində əks olunan milli-mədəni dəyərlərin gələcək nəsillərə çatdırılması və bu sahəyə olan marağın artırılması olduğunu bildirdi.

Filmdən öncə çıxış edən Milli Məclis sədrinin müavini Musa Qasımlı İrəvanın tarixindən və Azərbaycan üçün onun irsinin öyrənilməsinin vacibliyindən danışdı: “Bizim millət dünya mədəniyyəti yarada bilən xalqdır. Hər millət bu gücə sahib deyil. Azərbaycan mədəniyyətinin beşiklərindən biri İrəvandır. Bu səbəbdən bu irsin öyrənilməsi Azərbaycan üçün həm sosial, həm də iqtisadi baxımdan önəmlidir. Bu kimi layihələr erməni saxtakarlıqlarına qarşı mübarizədə də mühüm rol oynayır”.

...Bir müddət öncə erməni xalçasatanın bu sənətin Zəngəzur qoluna aid nümunəsini Amerika bazarında öz ulu nənəsinin əl işi kimi sırımaq istədiyi barədə məlumata rast gəldim. Əsas ornamenti qartal olan həmin xalçanın şəkli də verilmişdi. Saxtakar tacirin cəfəngiyyatında qartal qanadlı günəşin və guya, Urartu tanrısı Çaldın təsviri kimi təqdim olunurmuş. Bunu görən bir soydaşımız “Arsax-Sünik məktəbi” örnəyi kimi sırınan mənimsəmə malını baha qiymətə alaraq, əslində, Zəngəzur xalçası olduğunu söyləyib və haramzadə ermənini ifşa edib.

Bu kimi hallar çoxdur və hətta beynəlxalq sərgilərdə, muzeylərdə, kolleksiyalarda da mədəni irs nümunələrimiz erməni məhsulu kimi az tanıdılmayıb. Hay lobbisi Qarabağın işğalı dövründə bu sahədə daha da “qızışmışdı”. Yaxşı ki, 2010-cu ildə Azərbaycan xalçaları Şərq xalçaçılıq sənətinin bir qolu kimi UNESCO-nun “Qeyri-maddi Mədəni İrs” siyahısına salınıb. Bu sənət nümunələrimiz daha “İran xalçası”, “Qafqaz xalçası” və digər qondarma adlarla elə də çox təqdim olunmur.

Milli xalçaçılıq sənətinin İrəvan qoluna aid bənzərsiz ornament və ilmələrin sirli dünyasını sərgiləyən filmin kadrları bir-birini əvəz etdikcə mədəni irsimizin sorağının çox uzaq əsrlərdən gəldiyinin bir daha şahidi olduq. Gözlərimiz önündə qədim İrəvanın coğrafi, etnik, mədəni özəlliyi canlandı. Ulu türk-oğuz tayfalarının yaşadığı mahallar, bu ərazilərin böyük bir qismini erməni vandallarının məhv etdiyi tarixi abidələri – qala, saray, istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sərdabələr, eləcə də at, qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqlar xatırlandı. Əzəli-əbədi yurd yerlərimizin aborigen əhalisinin dünya duyumundan soraq verən mədəni irsimizlə, xalçaçılığın mifik görüşləri – mifoloji quşlar, semantik elementlərlə yenidən qürur duyduq.

Mütəxəssislər qeyd edirlər ki, Qərbi Azərbaycan mahallarında yaşayan azərbaycanlı-türk xanımlar əsrlər boyu həm xovlu, həm də xovsuz texnika əsasında xalça və xalça məmulatları toxuyublar. Xalça sənətinin ibtidai dövrü olan ilk mərhələdə dəvə və qoyun yunundan, pambıqdan toxunan bəzəksiz, saya yerlikli palazlar və cecimlər ərsəyə gəlib. Həm texniki, həm də bədii cəhətdən nisbətən təkmilləşmə duyulan 2-ci mərhələdə sadə keçirtmə, dolama texnikası ilə yundan, pambıqdan, bəzən də ipəkdən toxunan kilimlər yaranıb. İrəvan dəst-xəttində kilimlərin üzərində romb, üçbucaq və trapesşəkilli naxışlar, ornamentlər öz əksini tapıb. Sonrakı dövr vərni (ipək və yun), şəddə (yun, ipək, pambıq), zili (yun, pambıq, ipək), ladı (yun və pambıq) kimi xovsuz xalça məmulatları ilə səciyyələnib. İrəvan şəddələri və vərniləri, əsasən, maldarlıqla məşğul olan əhalinin məişətində geniş istifadə edilirdi. Vərnilər şahmat damaları fonunda iri əjdaha təsvirlərindən ibarət olurdu. Qərbi Azərbaycan zililərinin bəzilərinin yerliyi palaz texnikası – sadə keçirtmə üsulu ilə naxışlanıb. Xalçaçılıq sənətinin bu mərhələsi, eyni zamanda, xovsuz məişət əşyalarının yaranması ilə də yadda qalıb. Məfrəş, xurcun, heybə, çuval, çul, yüküzü, sicim, çatı və s. kimi məişət əşyaları yaranıb.

Filmin kadrlarını elə heyranlıqla izlədik ki, bu mövzu sözün əsl mənasında, gözümüzü-könlümüzü məşğul etdi. Evə qayıdınca, müxtəlif mənbələrdən Qərbi Azərbaycan xalçaçılığı ilə bağlı məlumatlara nəzər saldıq. Öyrəndik ki, Ağbaba və Şörəyel mahalları ərazisində toxunmuş xalça məmulatları bu ərazinin təbiətindən irəli gələn çalarları ilə birgə, kompozisiya quruluşuna görə Qazax–Borçalı xalça qrupunun nümunələrinə yaxındır. Bu xalçalar ağır çəkisi, hündür xovu, yumşaq və parlaq yunu ilə seçilir. Loru və Pəmbək mahallarında toxunmuş xalçalar təbii rənglərlə məxsusi çalarlar qazanıb. Naxışları bədii sənətkarlığın mürəkkəb nümunəsi hesab olunub. Göyçədə yaşayan soydaşlarımızın toxuduğu xalçalar isə kompozisiya quruluşuna görə Qarabağ və Gəncə xalça qrupuna yaxındır. Tarixən naxışları yaddaşında yaşadan, onu sevgi ilə əriş-arğaclı ilmələrə köçürən toxucular Göyçə xalçalarına gözəllik bəxş ediblər. İrəvanla coğrafi yaxınlığı Zəngibasar bölgəsinin mədəni mühitinin formalaşmasına öz təsirini göstərib. Bölgənin Arbat, Aşağı Necilli, Qaraqışlaq, Dəmirçi, Zəngilər, Zəhmət, Rəncbər, Uluxanlı, Hacı Elləz, Şorlu kimi ellərində toxunan xalçalar öz incəliyi, zərifliyi ilə seçilib. Zəngəzur mahalının xalçaçılıq vərdişləri isə daha çox Qarabağ qrupunun ənənələrinə yaxındır. Buna səbəb Zəngəzurun tarixən Qarabağ xanlığı və burada yaşayan əhali ilə mədəni, iqtisadi yaxınlığı olub. Bu anlamda Zəngəzuru Qarabağdan ayırmaq mümkün deyil. Avropanın bir çox tarixi mənbələrində “Zaqafqaziyanın İsveçrəsi” adlandırılan Dərələyəz mahalının da Azərbaycanın xalçaçılıq sənətinin beşiklərindən biri olduğuna əminliyimiz daha da gücləndi.

Beləliklə, sənədli filmdən aldığımız təəssüratlar və mənbələrdən öyrəndiklərimiz İrəvan qrupu xalçalarının Azərbaycan dekorativ sənətinin ayrılmaz tərkib hissəsi, tarixi keçmişimizin əvəzsiz yadigarı olduğunu bir daha təsdiq elədi.

Ə.ƏLİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Aprel 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri