İşğaldan azad olunmuş ərazilərdə qida təhlükəsizliyinə nəzarət məntəqəsi və yeni regional laboratoriyalar yaradılır
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İşğaldan azad edilmiş ərazilərdə idxal-ixrac məhsullarına nəzarətin təşkili məqsədilə müasir tələblərə cavab verən qida təhlükəsizliyinə nəzarət məntəqəsinin və yeni regional (ilkin mərhələdə modul tipli) laboratoriyaların yaradılması istiqamətində işlər davam etdirilir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən XQ-yə bildirilib ki, müasir (stasionar, modul və ya mobil tipli olmaqla) heyvan kəsimi məntəqələrinin yaradılması istiqamətində görülən tədbirlər çərçivəsində Zəngilan rayonunda 1 heyvan kəsimi məntəqəsi tikilib, məntəqəyə AQTA tərəfindən baxış keçirilib və qeydiyyata alınıb. Eyni zamanda, Şuşa, Cəbrayıl, Füzuli, Ağdərə (Talış kəndi), Suqovuşan qəsəbəsi və Zəngilan rayonunun Ağalı kəndində ilkin olaraq çadır tipli kəsim məntəqələri quraşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 21 İyul 2025 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















