İsrail ordusu İordan çayının qərb sahilinə hücumları genişləndirib Sakinlər evlərindən qovulur
Icma.az bildirir, Mia.az portalına istinadən.
İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin şimalında 8-ci gündür davam edən hücumları genişləndirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün İsrail ordusu Tülkərim şəhərinə və Tulkərim və Nur Şəms qaçqın düşərgələrində əməliyyata başlayıb.
Tülkərim Qaçqınlar Düşərgəsi Xalq Komitəsinin sədri Faisal Selame bildirib ki, əahli evlərindən zorla çıxarılır, ev və iş yerlərində qanunsuz axtarış aparılır: "Hərbçilər keyfləri istəyəni həbs edir, döyür, vururlar. Onlar artıq bu gündən əməliyatları daha da genişləndirməklə bərabər, həm də aqressivləşiblər. İş o yerə çatıb ki, düşərgənin infrastrukturu - su, elektrik, kanalzasiya xətləri İsrail ordusu tərəfindən sökülür...".
Məlumatda o da deyilir ki, oxşar hal Cenin şəhəri və Cenin Qaçqınlar Düşərgəsində də yaşanır: "Tülkərimdə isə bir bir avtomobil PUA ilə vurulub. Nəticədə 2 fələstinli ölüb, 3-ü isə yaralanıb".
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 28 Yanvar 2025 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















