İsrail Suriyadakı hərbi hədəflərə hücum edib
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
İsrail ordusu (IDF) Suriyanın Lazkiyə bölgəsində yerləşən hərbi hədəflərə hava hücumları həyata keçirdiyini açıqlayıb.
Açıqlamaya əsasən, hücumlar zamanı bölgədəki silah anbarları, o cümlədən "beynəlxalq ictimaiyyətin və İsrailin dənizlərdə sərbəst hərəkət azadlığına təhdid" olaraq qiymətləndirilən gəmisavar raketlər və hava hücumundan müdafiə sistemlərinə aid komponentlər hədəf alınıb.
IDF bəyan edib ki, İsrailə və mülki şəxslərə qarşı istənilən təhdidin aradan qaldırılması üçün əməliyyatlar davam etdiriləcək.
Qeyd edək ki, İsrail son illərdə Suriyaya bir sıra hücumlar həyata keçirib və bu hücumların əsasən keçmiş rejimdən qalan hərbi infrastrukturun məhv edilməsinə yönəldiyini, bunun da İsrailin təhlükəsizliyi baxımından zəruri olduğunu iddia edir.
Xatırladaq ki, İsrail hazırda eyni zamanda Fələstində hərbi əməliyyatlarını da davam etdirir.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 31 May 2025 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















