Icma.az
close
up
RU
İsrail üçün geri sayım başladı Netanyahunu gözləyən iki kritik sonluq

İsrail üçün geri sayım başladı Netanyahunu gözləyən iki kritik sonluq

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fələstinin Qəzza zolağında vəziyyət gündən-günə pisləşir. Düzdür, bölgəyə humanitar yardımlar edililir, amma gərginlik hələ də səngimir, İsrailin təzyiqləri davam edir. Digər tərəfdən, Avropa ölkələrinin məsələyə sərt reaksiyası ilə yanaşı, müsəlman dövlətlərinin prosesə səssiz qalması diqqət çəkir.

Proses necə davam edəcək?

Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu Qəzzada ölənlərin sayının 60 min nəfərə çatdığını xatırladıb:

“İsraildə fəaliyyət göstərən hüquq müdafiə təşkilatlarının belə Qəzzada soyqırım və aclığı elan etdiyi vaxtda müsəlman ölkələri sadəcə şou göstərirlər. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) havadan guya yardım edir, reklam rolikləri çəkirlər, təyyarə ilə paraşüt vasitəsilə Qəzzaya yardım göndərirlər. 2,1 milyon əhaliyə bu şəkildə necə yardım etmək olar? Yardımın yolu açıqdır – Misirlə sərhəd-keçid məntəqəsindən maşınla daşımaq mümkündür. Qəzza ilə bağlı məsələ aydındır. İsrail bu zolağı tam ələ keçirməyi, əhalisinin ən azı yarısını Liviyaya, Efiopiyaya və İndoneziyaya köçürməyi, qalanını isə özünə yaxın silahlı fələstinli radikallar vasitəsilə idarə etməyi planlaşdırır. Qəzzanı birdəfəlik ələ keçirmək Baş nazir Benyamin Netanyahunun planıdır”.

Həmçinin oxuyun:

Rusiyanın bu addımı Azərbaycana xüsusi xəbərdarlıqdır – Britaniyalı politoloqdan SENSASİON detallar

Kənan Rövşənoğlu

Politoloq bildirib ki, BMT-də keçirilən Fələstin dövlətinin yaradılması konfransı ərəblərin “göz boyama” oyunudur:

“İsrailin xarici işlər naziri bildirib ki, Fələstin dövləti yaradılmayacaq. ABŞ ümumiyyətlə, bu konfransa qatılmadığını və artıq tədbirə qarşı olduğunu elan edib. Təl-Əviv, həmçinin ötən həftə Fələstin Muxtariyyəti ərazilərinin ilhaq edilməsinə çağıran qanun qəbul edib. Fikrimcə, Fələstin məsələsi bir mənada finala yaxınlaşır. Ya İsrail tam şəkildə Fələstin dövləti ideyasına son qoyub, öz daxilində fələstinlilər üçün kiçik bir muxtariyyət yaradacaq, ya da proses daha da gərginləşəcək və nəticədə İsrail üçün faciəvi nəticələr doğuracaq. Amma əlbəttə, bu, elə də tez baş verəcək məsələ deyil. Fransa, Almaniya və Böyük Britaniya, həmçinin ərəb dövlətlərinin indiki cəhdləri isə, yəni Qəzzaya ərzaq yardımı göndərilməsi və BMT-də Fələstin konfransının təşkili əslində İsraili qorumaq və müdafiə etmək məqsədi daşıyır. Obrazlı desək, Fələstin-İsrail münaqişəsi “dibə vurur”. Bu prosesin sonunda o torpaqlarda bir dövlət olacaq – ya İsrail, ya da Fələstin”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 İyul 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri