İsrailin İran strategiyası: rejim dəyişikliyi, yoxsa parçalanma planı?
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrail rəsmiləri ABŞ administrasiyasına gizli şəkildə İrana qarşı potensial hərbi əməliyyatları təxirə salmağı təklif ediblər. Bu mesaj regionda gedən proseslərin yalnız hərbi müstəvidə deyil, daha geniş strateji və siyasi hesablamalar fonunda qiymətləndirildiyini göstərir.
Tel-Əviv bir tərəfdən Vaşinqtonun İranda rejim dəyişikliyi istiqamətində atdığı addımları dəstəklədiyini açıq şəkildə ifadə edir, digər yandan isə hazırkı mərhələdə birbaşa hərbi müdaxilənin daxili etirazların təbii axarını poza və mövcud rejimi cəmiyyət ətrafında toparlaya biləcəyi riskinə diqqət çəkir. Bu yanaşma İsrailin İran daxilindəki prosesləri öz maraqları baxımından daha uzunmüddətli və idarəolunan ssenari kimi görmək istədiyini, ABŞ administrasiyasını isə tələsik hərbi addımlardan çəkindirməyə çalışdığını göstərir. Məsələnin NBC News tərəfindən gündəmə gətirilməsi də bu təklifin sıradan diplomatik jest yox, ciddi strateji narahatlığın ifadəsi olduğunu deməyə əsas verir.
Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, əslində, İsrailin İrana münasibətdə məqsədləri əvvəldən açıq və dəyişməz olub. Onun sözlərinə görə, məsələ təkcə mövcud teokratik molla rejiminin devrilməsi ilə məhdudlaşmır:
“İsrail üçün əsas hədəflərdən biri də İranın daxildən zəiflədilməsi və mümkün parçalanma ssenarilərinin gündəmə gətirilməsidir. Bu baxımdan etiraz aksiyalarına müxtəlif etnosların cəlb olunması xüsusi əhəmiyyət daşıyır”.
Politoloq bildirib ki, hazırkı aksiyalar potensial olaraq rejimi devirə biləcək gücdədir. Lakin İranda yeni, hətta liberal və demokratik bir hakimiyyət formalaşsa belə, bu, İsrail üçün təhlükə faktorunu tam aradan qaldırmır. Çünki İsrail baxımından İranın özü rejimindən asılı olmayaraq strateji risk olaraq qalır:
"Tarixi kontekstdə İranda artıq iki fərqli idarəetmə modeli müşahidə olunub: şah rejimi və indiki teokratik sistem. Bu rejimin də dəyişməsi halında ölkənin regional davranışlarının köklü şəkildə dəyişib-dəyişməyəcəyi sual altındadır. Məhz bu qeyri-müəyyənlik İsraili narahat edir və onu daha radikal ssenariləri düşünməyə vadar edir".

Turan Rzayev: Hazırkı aksiyalar potensial olaraq rejimi devirə biləcək gücdədir
Ekspert qeyd edir ki, bu çərçivədə İsrail İran daxilində etnik xətt üzrə parçalanma imkanlarını nəzərdən keçirir. Xüsusilə kürdlər və azərbaycanlılar prioritet qruplar kimi önə çıxır. Hətta bəluclar da bu kontekstdə qeyd edilir. Lakin müşahidələr göstərir ki, kürdlər daha aktiv mövqedə olduğu halda, Güney Azərbaycan əhalisi hələlik eyni səviyyədə fəallıq nümayiş etdirmir. Bunun isə bir neçə daxili və siyasi səbəbi var:
"Ümumilikdə, Güney Azərbaycanın aktivləşməsi ehtimalı daha çox Pəhləvi faktorunun yenidən gündəmə gəlməsi ilə əlaqələndirilir. Bu ssenari İsrail tərəfindən arzuolunan variantlardan biridir".
İrana birbaşa xarici müdaxilə məsələsinə gəldikdə, müsahibimiz qeyd edir ki, bu addımın yanlış zamanda atılması etirazların əks-təsir yaratmasına səbəb ola bilər. Xarici dəstək adı altında həyata keçirilən müdaxilə mövcud sistemi cəmiyyət ətrafında daha asan birləşdirə və aksiyaları zəiflədə bilər:
“Bu isə daha təhlükəli bir tendensiyanın formalaşmasına yol aça bilər. Məhz bu səbəbdən İsrailin bu məsələdə ehtiyatlı yanaşma nümayiş etdirməsi müəyyən mənada məntiqə uyğundur”.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 15 Yanvar 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















