İsrailin NÖVBƏTİ PLANI: Qəzzanı bu yolla fələstinlilərsiz qoyacaq KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrail hər gün Qəzza zolağından 2500 sakini çıxarmaqla bağlı plan hazırlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Anklavı tərk edənlərin əksəriyyəti ərəb ölkələri tərəfindən qəbul edilib, lakin bəziləri artıq geri qayıtmaq niyyəti olmadan Rumıniya və İtaliyaya üz tutub.
Plan müdafiə nazirinin son göstərişinə uyğun olaraq hazırlanıb və təhlükəsizlik mənbələrinə istinadən İsrailin “Hayom” qəzeti tərəfindən dərc edilib.
Qəzetin yazdığına görə, fələstinlilər anklavı üç marşrutla (dənizlə – tranzitlə İsraildən Aşdod limanına, hava ilə – İsrailin cənubundakı Ramon hava limanından, qurudan – Rəfah keçid məntəqəsindən Misirə keçməklə) tərk edə biləcəklər.
Artıq 35 min insan son marşrut üzrə Qəzza zolağından çıxıb, onların çoxu daha sonra başqa ölkələrə mühacirət edib.
Nəşr bildirir ki, ölkələrdən biri fələstinli inşaatçıları qəbul etməkdə maraqlı olduğunu, lakin beynəlxalq etirazlara görə bu prosesin müvəqqəti olaraq dayandırıldığını açıqlayıb.
“İsrail mümkün qədər çox qəzzalının zolağı tərk etməsində maraqlıdır”, – deyə nəşr vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az

