İstanbulda 20 ci Qızıl Uğur Mükafatları tədim olundu Aqil Ələsgər mükafata layiq görüldü
Icma.az bildirir, Azxeber.com portalına istinadən.
İstanbulda keçirilən 20-ci Qızıl Uğur Mükafatları ("Altın Başarı Ödülleri”) mərasimi mətbuat və sənət aləminin tanınmış simalarını bir araya gətirib.
AZXEBER.COM xəbər verir ki, Cengizhan Kayanın aparıcılıq etdiyi gecədə fərqli kateqoriyalarda təqdim edilən mükafatlar münsiflər heyətinin dəyərləndirməsi ilə sahiblərinə çatdırılıb.
"Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər də "Türkiyə-Azərbaycan Qardaşlıq Mediası” şərəf mükafatı ilə təltif olunub. O, mükafatı qəbul edərkən təşəkkürlərini bildirib və bu nailiyyəti Azərbaycan və Türkiyənin media dünyasına həsr etdiyini vurğulayıb.
A. Ələsgər çıxışında hər kəsə minnətdarlığını ifadə edib, xüsusilə də Turana və Türkiyə-Azərbaycan qardaşlığına sevgisini dilə gətirib.
O, çıxışını Ziya Gökalpın məşhur "Vatan ne Türkiye’dir Türklere ne Türkistan / Vatan, büyük ve müebbet bir ülkedir: Turan” sözləri ilə tamamlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 20 Avqust 2025 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















