Icma.az
close
up
RU
İstanbuldan təcili açıqlama “Məhkəmə Özgür Özəllə bağlı qərar verə bilər”

İstanbuldan təcili açıqlama “Məhkəmə Özgür Özəllə bağlı qərar verə bilər”

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Türkiyədə məhkəmənin sabiq deputat Gürsel Tekini Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul təşkilatına müvəqqəti sədr təyin etməsi və siyasətçinin “Bazarertəsi təşkilatın sədrliyində olacağam” sözləri ciddi müzakirələrə səbəb olub.

İstanbulda olan CHP sədri Özgür Özel də həmin qərara sərt münasibət bildirərək “Mənim nümayəndəm Özgür Çelikdir və o öz vəzifəsinin başındadır” deyib, bununla da qərarı qəbul etmədiklərini açıqlayıb. G. Tekin isə mətbuata açıqlamasında “Tək qalsam da, bazarertəsi saat 12-də binaya gəlib o kresloda oturacaq və vəzifəyə başlayacağam” deyib.

Baş verənlərdən sonra İstanbul təşkilat binası çevik polis dəstələri tərəfindən mühasirəyə alınıb, CHP millət vəkilləri də daxil olmaqla heç kimin binaya girməsinə icazə verilməyib. Bundan əlavə, İstanbul Valiliyi Beşiktaş, Beyoğlu, Eyüpsultan, Kağıthane, Sarıyer və Şişli rayonlarında 3 gün müddətinə toplantı, mitinq, mətbuat açıqlaması, yürüş, anım mərasimləri kimi tədbirləri qadağan edib.

Türkiyəli yazıçı, jurnalist Cem Küçük Cümhuriyyət Xalq Partiyası (CHP) daxilində cərəyan edən hadisələrin səbəblərini Globalinfo.az-a şərh edib.

“CHP 2023-cü ilin noyabrında növbədənkənar qurultay keçirdi. İstanbulda da konqres keçirildi. Lakin konqres keçirildikdən sonra bəzi CHP-lilər həm İstanbul konqresində, həm də növbədənkənar qurultayda saxtakarlıq olduğunu, bəzi nümayəndələrin pul ilə səslərini dəyişdirdiklərini iddia edərək prokurorluğa iddianamə irəli sürüblər. Bu səbəbdən İstanbul və Ankarada Baş Prokurorluqlar bu hadisə ilə bağlı araşdırmalara başladı. İstanbuldakı konqreslə bağlı qərar ötən həftə açıqlanıb və prokuror müvəqqəti həbs qətimkan tədbiri seçib. O, 2023-cü ilin noyabrında keçirilən İstanbul konqresini yuxarı məhkəmə qərar verənə qədər tanımadığını açıqladı və buraya müvəqqəti idarə heyəti, onun sədri olaraq isə Gürsel Tekin təyin edildi”.

C.Küçük deyib ki, Gürsel Tekinin dünən CHP-nin İstanbul təşkilatına müvəqqəti sədr təyin olunması partiya üzvlərinin tənqidinə səbəb olub:

“Gürsel Tekin ora polislə gəlmişdi. Amma Türkiyədəki məhkəmə qərarları bəllidir. Cümhuriyyət Xalq Partiyasının üzvləri məhkəmənin qərarını tanımadıqlarını deyirlər. Lakin məhkəmə qərarı hökm olduğu üçün onu tanımalıdırlar. Hazırda yuxarı məhkəmə qərar verənə qədər CHP-nin İstanbul təşkilatının sədri Gürsel Tekindir”.

Cem Küçük

O qeyd edib ki, sentyabrın 15-də də Ankara məhkəməsi növbədənkənar qurultayla bağlı qərar verəcək:

“Onu da tam etibarsız elan edəcək, yoxsa başqa qərar verəcək, bunu görəcəyik. Tam etibarsız elan edərsə, 2023-cü ilin noyabrında keçiriləcək Cümhuriyyət Xalq Partiyasının (CHP) qurultayı ləğv ediləcək. Həmin qurultayda rüşvətxorluğa və ya qanun pozuntusuna yol vermiş şəxslərlə bağlı da hər hansı qərar veriləcəkmi, bunu görəcəyik. Əgər bu haqda qərar olarsa, orada Özgür Özəlin də adı var. Belə olan halda bu şəxslər yenidən qurultay keçirə bilərmi, ya yox, buna da məhkəmə qərar verəcək”.

O əlavə edib ki, CHP sentyabrın 21-də yenidən növbədənkənar qurultay keçirmək qərarına gəlib:

“Bu qərarın da nə ilə nəticələnəcəyini yaxın günlərdə görəcəyik. Amma CHP məhkəmə qərarlarını tanımadığını deyir. Bu düzgün deyil. Türkiyədə məhkəmə qərarları yekun qərarlardır. Yuxarı məhkəmə məsələ ilə bağlı yekun qərar verənə qədər bunu tanımağa məcburdurlar. CHP hər zamankı kimi hadisəyə küçə nümayişlərini qarışdırır, küçədən mədət umur, küçə çağırışı edir. Bunlar doğru deyil. Çünki küçədə hər hansı bir məsələnin həll edilməsi mümkün deyil. Türkiyə dövləti çox güclüdür və bu küçə nümayişlərini yatıracaq. Dünən CHP İstanbul təşkilatı binası önünə yalnız 400 insan gəlmişdi. Bugünsə heç kim gəlməz. Ona görə də küçədən mədət ummaq Türkiyədə ağıllı hərəkət deyil”.

Qeyd edək ki, İstanbul 45-ci Asliye Hüquq Məhkəməsinin aldığı qərarla CHP-nin 38-ci İstanbul Təşkilat Qurultayı ləğv edilib. Qərarla birlikdə CHP İstanbul Təşkilatının sədri Özgür Çelik, Təşkilatın İdarə Heyətinin əsas və ehtiyat üzvləri, eləcə də 196 nəfərdən ibarət Yuxarı Qurultay nümayəndələri vəzifələrindən müvəqqəti olaraq uzaqlaşdırılıblar. Məhkəmə bundan əvvəl də keçmiş millət vəkili Gürsel Tekin, eləcə də Zeki Şen, Hasan Babacan, Müjdat Gürbüz və Erkan Narsapdan ibarət müvəqqəti idarə heyətini təyin etmişdi.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri