İtaliya mediası soydaşımızın COP29la bağlı məqaləsini dərc edib
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
İtaliya mediasında Riqa Texniki Universitetinin tələbəsi Mehran Camalxanlının Bakının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, yazıda tədbirin əhəmiyyətindən bəhs edən müəllif konfransın iqlim dəyişmələrinin mənfi təsirlərini azaltmaq və ekoloji problemlərin qarşısını almaq üçün mühüm platforma rolunu oynadığını vurğulayıb. Bəzi Qərb ölkələri tərəfindən COP29-a qarşı aparılan boykotun nəticəsiz qaldığı diqqətə çatdırılıb.
Məqalədə zəngin təbii resurslarına baxmayaraq, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə ciddi addımlar atdığı qeyd olunub. Həmçinin ölkəmizin COP29 çərçivəsindəki fəaliyyətinin qlobal enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfədən bəhs edilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 03 Dekabr 2024 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















