Icma.az
close
up
RU
Kəpəzin braziliyalı futbolçusu: Rəqib komandalar bizə qarşı xüsusi hazırlaşırlar MÜSAHİBƏ

Kəpəzin braziliyalı futbolçusu: Rəqib komandalar bizə qarşı xüsusi hazırlaşırlar MÜSAHİBƏ

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Kəpəz"in braziliyalı futbolçusu Luis Paçu "Report"a müsahibə verib. Son vaxtlar uğurlu çıxışı ilə diqqətləri cəlb edən 28 yaşlı hücumçu cari mövsüm komandasının oyunlarını dəyərləndirib. "Şamaxı" ilə matçda qələbənin memarı olan Paçu "Kəpəz"in artıq toparlandığını və rəqib komandaların onlara qarşı xüsusi hazırlaşdığını söyləyib.

- Misli Premyer Liqasının XV turunda səfərdə "Şamaxı"ya qalib gəldiniz. Oyunla bağlı təəssuratlarınız necədir?

- Qələbə bizə asan başa gəlmədi. Həqiqətən çətin görüş keçirdik. Komandada əhval-ruhiyyə yüksək səviyyədə olduğu üçün qalib gələn tərəf olduq. "Şamaxı" ilə matçda çox cəsarətli oyun sərgilədik və layiqli qələbə qazandıq.

- Qarşılaşmanın gedişində penalti zərbəsindən yararlana bilmədiniz. Uğursuz zərbənin səbəbi nə idi?

- Razıyam, zərbə uğrsuz oldu. Lakin futbolda belə hadisələr yaşanır. Əslində, zərbə zamanı bütün diqqətimi qol vurmağa yönəltmişdim. Penaltinin dəf edilməsində rəqib qapıçının da əməyi var idi. Bununla belə, qarşılaşma zamanı əlimə qol fürsəti düşəcəyinə inanırdım. Düşündüyüm kimi də oldu. İkinci dəfə yaxaladığım şansı boşa vermədim.

- Hazırda çox yaxşı formadasınız və "Kəpəz"in lider futbolçusu hesab olunursunuz. Bu barədə nə deyə bilərsiniz?

- "Kəpəz"ə yardımçı ola bilmək üçün canla-başla oynayıram. Komanda yoldaşlarıma kömək göstərməyi sevirəm. Meydanda olarkən diqqətimi oyuna yönəldirəm. İşlərin qaydasında getdiyini görmək məni çox sevindirir.

- Komanda mövsümə pis start vermişdi. Hazırda "Kəpəz"in toparlandığını deyə bilərik?

- Bəli, artıq kollektiv olaraq toparlanmağı bacarmışıq və indi daha güclüyük. Bunun nəticəsidir ki, qarşılaşmalar zamanı xal və ya xallar qazanmağı bacarırıq. Lakin bu işdə təvazökar olmaq lazımdır. Hələ üzərimizdə çox çalışmalıyıq. Çünki qarşıda bizi uzun marafon gözləyir. Mövsüm hələ başa çatmayıb.

- Azər Bağırovun "Kəpəz"ə baş məşqçi təyin olunmasından sonra komandada hansı dəyişikliklər baş verdi?

- Mən "Kəpəz"ə gələndə Azər Bağırov orada baş məşqçi idi. Baş məşqçimiz və digərləri məni çox isti qarşıladılar. Azər Bağırovun davranışları bizə güvən verir. Komandanın təkmilləşməsi üçün əlindən gələni edir. Kollektiv olaraq çalışırıq ki, yuxarı pillələrə qalxaq. Baş məşqçimizdən öyrənəcəyimiz çox şey var.

- Əvvəlki baş məşqçi Adil Şükürov da sizi komandada görmək istəyib. Danışıqlar nə üçün müsbət yekunlaşmamışdı?

- Bu barədə məlumatım yoxdur.

- Qarşıda sizi I Liqa təmsilçisi "İmişli" ilə Azərbaycan Kubokunun 1/8 final oyunu gözləyir. Düşüncələriniz nədir?

- Açığı, danışılacaq çox söz yoxdur. Növbəti mərhələyə yüksəlmək istəyirik. Rəqib də I Liqanın yaxşı komandalarından biridir. Onlar da bizə qarşı öz gücünü göstərməyə çalışacaq. Bu səbəbdən qarşılaşmanın çox da asan keçəcəyini deyə bilməyəcəm.

- İki "cəbhə"də mübarizə aparmaq çətindir. Həmçinin nəzərə alaq ki, "Kəpəz" bir o qədər geniş heyətə malik deyil. Bu səbəbdən komanda daha çox Azərbaycan Kubokuna, yoxsa ölkə çempionatına diqqət yönəldəcək?

- İndiki vəziyyətdə nəsə demək çətindir. Hər halda, güclü kollektiv olmaq üçün hər oyuna qələbə üçün çıxmalıyıq və belə də edirik. Azərbaycan Kubokunda bacardığımız qədər irəli getmək istəyirik. Premyer Liqadakı hədəfimizi də hər kəs bilir. Mövsümü sonuncu pillədə başa vurmaq istəmirik. Bu komanda elitadakı yerini qorumalıdır. Çünki hər matçda əzmlə çalışırıq.

- Misli Premyer Liqasındakı növbəti oyununuz "Zirə"yə qarşı olacaq. Bu qarşılaşmadan xalla ayrılmaq olar?

- Əlbəttə, olar. Dediyim kimi, komanda artıq toparlanmaq mərhələsindədir. Rəqiblərimiz gücümüzü görüblər. Onlar bizə qarşı xüsusi hazırlaşırlar. "Zirə" də güclü komandadır. Gərgin oyunun keçəcəyinə inanıram. Məncə, azarkeşlər maraqlı görüşə şahidlik edəcəklər.

- Komanda mövsümün sonunda Premyer Liqadakı yerini qorusa, "Kəpəz"də qalacaqsız?

- Bu barədə danışmaq hələ tezdir. Mövsümün sonuna çox var. İndiki vəziyyətdə bütün diqqətimi "Kəpəz"ə kömək etmək üçün yönəltmişəm.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://report.az
archiveBu xəbər 04 Dekabr 2024 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see200

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see179

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see139

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see133

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see130

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see130

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see130

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri