Icma.az
close
up
RU
“Kişi sözü”nün “Niyaz”ı: “Onu qəbirə apara bilmərəm, layiqli birinə bağışlamaq istəyirəm” MÜSAHİBƏ İdman və Biz

“Kişi sözü”nün “Niyaz”ı: “Onu qəbirə apara bilmərəm, layiqli birinə bağışlamaq istəyirəm” MÜSAHİBƏ İdman və Biz

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əməkdar məşqçi, Əməkdar incəsənət xadimi Cahangir Mehdiyevin İdman.biz-ə müsahibəsi.

- Cahangir müəllim, indi də idmanla məşğul olursunuzmu?
- Əlbəttə. İdmanda əldə etdiyim uğurları hazırda bədən tərbiyəsi ilə qorumağa çalışıram.

- İdman və incəsənət. İki fərqli sahəni paralel aparmaq sizin üçün çətin olmayıb?
- Xeyr, əksinə. Mən uşaqlıqdan idmanla məşğul oluram. Özü də bir yox, bir neçə idman növü ilə. Belə desək, idmandan sənətə gəlmişəm. 1998-ci ildə Əməkdar məşqçi, 2000-ci ildə isə incəsənət xadimi adına layiq görülmüşəm. Hazırda idmanla incəsənətin sərhədlərinə dair kitab yazıram. Ümumiyyətlə, bir məqamı qeyd edim ki, hansı sahədə çalışmağından asılı olmayaraq, idmanla məşğul olmaq insana qazandırır.

- Məşqçi kimi xüsusi metodlarınız var?
- Dünya və Avropa çempionu Akif Alıyevin məşqçisi olmuşam. Bilirsiniz, ağırlıqqaldırmada texnikadan düzgün istifadə etmək çox vacibdir. Ştanqı qaldıran zaman bir balaca disbalans oldusa, ciddi problem yaranır. Burada fiziki güclə yanaşı, psixoloji hazırlıq da önəmlidir. Dopinqə, yaxud əzələ gücünə etibar etmək olmaz. Akifin də texnikası yaxşı idi, mən ona əsasən psixoloji məqamları başa salırdım.

- Dopinq məsələsinə toxundunuz. Ağırlıqqaldırmada dopinq qalmaqallarını tez-tez görürük. Sizcə, bu idman növündə sözügedən problemin aktuallığı nədən irəli gəlir?
- Bəzən məqsəd, ona gedən yolla tərs mütənasib olur. Uğur qazanmaq üçün həm ağıl, həm də səbr lazımdır. Dopinq insan həyatı üçün bəladır. Müvəqqəti qələbələr naminə atılan addımlar insanın sonrakı həyatında ciddi problemlər yaradır. Mən burdan idmançılarımıza səslənib demək istəyirəm ki, əgər sağlam yaşamaq istəyirlərsə, dopinqdən uzaq durun. Uğur yalnız bu gün qazanılan medal, yaxud da pulla ölçülməməlidir. Sağlamlıq özü də bir qazancdır.
Moskvada oxuduğum dövrdə dünya çempionları Vasili Alekseyev, Yuri Vlasovla birgə Olimpiya kompleksində məşq eləmişəm. Onlar hazırlıq zamanı zala bircə məni buraxırdılar. Vlasov hələ o vaxt mənə deyirdi ki, siz heç bir kimyəvi dərman qəbul etmirsiniz, buna görə də çox yaşayacaqsınız. Pis-yaxşı mən yetmiş üç yaşına çatmışam, ancaq onlar bu yaşa gəlib çata biləcəklərmi?

- Cahangir müəllim, bu gün də sizi müəllifi olduğunuz “Kişi sözü” filmindəki Niyaz obrazı ilə xatırlayanlar var. Bu obraz necə yaranmışdı?
- Əslində, mən Niyazın idmançı olmağını istəmirdim. Bu rola Rafael Dadaşovu çəkmək fikrim vardı. Ssenarini müəllimim, məşhur rejissor Georgi Danieliya göstərəndə dedi ki, bunları qoy kənara, sən idmançısan, özünü çək. O, hələ tələbə vaxtından mənim idmanla məşğul olduğumu bilirdi. Tələbə vaxtı yaşadığım yataqxananın idman zalının açarını mənə vermişdilər. Çünki məndən başqa heç kim idmana meyl etmirdi. Hamısı kino çəkməklə, içki ilə, yaxud da bu kimi şeylərlə məşğul idi. Gündüzlər dərsə gedirdim, axşamlar idman zalına. Tələbə yoldaşlarım buna görə mənə dəli kimi baxırdılar.
Əlqərəz, əvvəlcə istəməsəm də, bir qədər düşünəndən sonra anladım ki, müəllimimin sözlərində həqiqət var. Həm də “Niyaz”a qədər Azərbaycan kinosunda belə bir idmançı obraz olmamışdı. Bundan çıxış edərək riskə getdim. Hər halda eşitdiyim sözlərə, aldığım məktublara əsasən deyə bilərəm ki, obraz uğurlu alınıb.
Bu obrazdan təsirlənib idmana üz tutanlar da olub. İstər bu gün idmanda olanlardan, istərsə də, digər sahədə çalışanlardan bunu dəfələrlə eşitmişəm. Elə olub ki, bazarda qiymət soruşanda beş manata olan məhsulu dörd manata deyiblər ki, sən Niyaz kimi bir obraz yaratmısan. Hərdən yolda getdiyim yerdə kimsə yaxınlaşıb soruşur ki, Solmazla Niyazın axırı necə oldu?

- Həqiqətən, onların sonu necə oldu?
- Bilirsiniz, ehtiras başqadır, məhəbbət başqa, eşq isə tamam başqa. Ehtiras gözlərini kor edə bilər, məhəbbət səni ailənə bağlayır. Eşq isə Füzulinin təsvirindəki kimi müqəddəs bir anlayışdır. Bunları ayırmaq çox vacibdir.
Niyazı filmin sonunda üç yol ayrıcında oturan görürük. Yolun biri kəndə gedir, biri şəhərə, biri də dağa. Bayaq dediyim söhbətə əsaslanıb belə bir simvolik mənzərə yaratmışam. Niyaz bilmir Solmazla evlənsin, şəhərə gedib anasının dediyi kimi iki bacıdan birini alsın, yoxsa qeyri-müəyyən olan dağ yoluna üz tutsun. Mən bu obrazı təxminən iyirmi beş yaşlı gənc kimi vermişəm, o hələ eşqlə məhəbbətin fərqini başa düşmür.

- Yəqin ki, “Niyaz”ın qız fanatları da az olmayıb.
- Mən iyirmi yaşımda artıq evli idim, o rola çəkiləndə isə otuz beş yaşım vardı. Əlbəttə, mənim də fanatlarım olub, mən də kiminsə fanatı olmuşam. Ancaq həyatda elə müqəddəs dəyərlər var ki, onun üstündən keçmək olmaz.

- İdmançıların çoxunun özündənrazı olduğunu deyirlər. Elə Niyaz kimi. Sizcə, bu, nədən qaynaqlanır?
- Bilirsiniz, əsl idmançılar əsl kişi adamlardır. Hərdən görürəm ki, bəzi cavanlar özlərini kimyəvi dərmanlarla şişirdir, yerişlərini dəyişir ki, qızların xoşuna gəlsinlər. İdman eləyib özünü göstərməklə deyil. Ümumiyyətlə, elələri heç yaxşı idmançı da olmur. İdmançı özünü meydanda göstərməlidir, camaatın yanında yox. Bu sahədə ikili standartlar çox azdır. Təbii ki, idmanda da istisnalar olur, hakimləri ələ almaq, düzgün olmayan qərarlar və s. Ancaq söhbət mübarizədən gedirsə, hər şey açıq-aşkar göz qabağında olur. Məsələn, digər sahələrdə dil bir söz deyir, əməl başqa şey. İdmanda isə elə şey yoxdur. Bir döşəkdir, bir də sən. Sonda bir şeyi də deyim. Mənim bir ştanqam var. Üzərində bodibildinqin əsasını qoyan amerikalı mütəxəssis Vaderin adı yazılıb. Həmin ştanqdan Azərbaycanda heç kimdə yoxdur, özü də xromdandır. Onu özümlə qəbirə apara bilmərəm, layiqli bir adama bağışlamaq istəyirəm. Ancaq bilmirəm, kimə bağışlayım.

Aytac Sahəd
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 01 Yanvar 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see330

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see176

Millimizin Şotlandiya ilə matç üçün START HEYƏTİ

14 Oktyabr 2025 19:08see167

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see140

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see140

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see139

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see139

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see136

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see136

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see133

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see133

Direktor: Azad edilmiş ərazilərdəki yaşayış məntəqələri enerji səmərəliliyi tələblərinə cavab verməlidirlər

14 Oktyabr 2025 18:53see132

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see132

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see132

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see131

Bank VTB nin aktivləri 6 faizə yaxın azaldı

14 Oktyabr 2025 17:16see130

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see127

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see127

Azərbaycanlı kulturoloq UNESCO nun Sülh Mədəniyyəti İnstitutunun fəxri prezidenti adına layiq görülüb

14 Oktyabr 2025 17:27see124

7 milyard ayrıldı, Ukraynada 500 sığınacaq qurulur

15 Oktyabr 2025 01:22see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri