Icma.az
close
up
RU
KİV: Ukrayna və ABŞ cəbhədə atəşkəs və sonrakı sazişi nəzərdən keçirir

KİV: Ukrayna və ABŞ cəbhədə atəşkəs və sonrakı sazişi nəzərdən keçirir

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Ukrayna və ABŞ cəbhə xətti boyunca hərbi əməliyyatların dayandırılmasını və daha sonra genişmiqyaslı sazişin bağlanmasını nəzərdən keçirir. 

Qayanrinfo xəbər verir ki, bu barədə "The Economist” yazıb.

Eyni zamanda qeyd olunur ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibədən imtina edəcəyi gözlənilmir.

Hazırda ABŞ və Rusiya arasında qeyri-rəsmi danışıqların yenidən başladığı, Ukrayna ilə Donald Trampın komandası arasında isə gündəlik təmasların olduğu bildirilir. Müzakirə edilən variantlardan biri iki mərhələli atəşkəs planıdır: ilk mərhələdə cəbhə xəttinin hər iki tərəfində 50–70 km enində zonada döyüş əməliyyatlarının məhdudlaşdırılması, daha sonra isə daha geniş sülh sazişinin imzalanması.

Yüksək vəzifəli ukraynalı bir məmurun sözlərinə görə, Rusiyanın oktyabra qədər ciddi addım atması ehtimalı azdır. O hesab edir ki, Moskva Trampa siyasi üstünlük qazandıracaq addımlar müqabilində nəsə əldə etməyə çalışa bilər.

Nəşrin proqnozuna görə, daha real ssenari Rusiyanın danışıqları növbəti yaza qədər uzatmasıdır. Kreml isə bu müddətdə Ukraynanın enerji infrastrukturuna qarşı raket və dronlarla aparılan qış hücumlarının Kiyevi güzəştlərə məcbur edəcəyinə ümid edə bilər.

"The Economist” həmçinin qeyd edir ki, Putinin müharibədən imtina edəcəyini gözləmək və ya hər hansı atəşkəsin müharibəni avtomatik dayandıracağını düşünmək düzgün olmazdı. Bununla belə, müharibənin yaratdığı yeni siyasi reallıqlar formalaşır və bu prosesdə əsas rolu Ukrayna tərəfi oynayır.

Ukraynalı diplomat Lana Zerkal bildirib ki, Putin əvvəllər müharibəni cəmiyyətdən uzaq göstərməyə çalışırdı, lakin indi ruslar döyüşlərin nəticələrini birbaşa müşahidə edir və bunu gizlətmək mümkün deyil.

Müharibənin mümkün sonu ilə bağlı digər fikirlər də səsləndirilib. Maliyyə analitiki və iqtisadçı Oleksiy Kuşun sözlərinə görə, müharibənin başa çatması üçün baza ssenari 2029-cu il kimi qiymətləndirilə bilər. Onun proqnozuna əsasən, münaqişə ya 2028-ci ilin yayında, ya da 2029-cu ilin yayında başa çata bilər.

Eyni zamanda Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiyanın strateji dalana dirəndiyini və Ukraynaya dəstəyin nəticə verdiyini bildirib. O qeyd edib ki, Kreml artıq müharibənin mənfi nəticələrini gizlədə bilmir və bu təsirlər Rusiya əhalisi tərəfindən də hiss olunur.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 İyun 2026 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri