KOBİA da sahibkarların müraciətləri dinlənilib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 19 sentyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) növbəti dəfə sahibkarlarla görüş keçirilib.
Bu barədə AZƏRTAC-a KOBİA-dan bildirilib.
Məlumata əsasən, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov görüşdə iştirak edən sahibkarların biznes fəaliyyətinə dair müraciətlərini dinləyib, dəstək və çətinliklərinin həlli ilə bağlı müzakirələr aparılıb.
Vətəndaşlara sahibkarlıq fəaliyyəti ilə bağlı qanunvericiliyin tələbləri, bu sahədə yeniliklər və dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib, sualları cavablandırılıb. Qeyd olunub ki, sahibkarlar tərəfindən qaldırılan bir sıra məsələlər agentliyin səlahiyyətləri çərçivəsində müvafiq qurumlarla birgə araşdırılacaq, həlli istiqamətində tədbirlər görüləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 19 Sentyabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















