Köhnə avtomobillərə yaş limiti TƏTBİQ OLUNACAQ?
Icma.az bildirir, Konkret.az portalına istinadən.
Son dövrlər avtomobillərlə əlaqədar yaş limitinin tətbiq ediləcəyi ilə bağlı müzakirələr ictimai marağa səbəb olub. Bəs, yaxın gələcəkdə bu istiqamətdə konkret qərarların verilməsi real görünürmü?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, hazırda avtomobillərə istismar müddətinə görə yaş limiti tətbiqi ilə bağlı hər hansı müzakirə aparılmır.
Ekspertin sözlərinə görə, mövcud qanunvericilikdə yalnız ölkəyə gətirilən avtomobillərlə bağlı istehsal ilinə əsaslanan məhdudiyyət mövcuddur:
“Hazırda Azərbaycana 10 ildən köhnə avtomobillərin idxalına icazə verilmir. Bu, əsasən ekoloji və təhlükəsizlik tələbləri ilə bağlıdır. Lakin artıq ölkədə istismar olunan avtomobillərin yaşına görə əlavə məhdudiyyətin tətbiqi nəzərdə tutulmayıb”.
Elməddin Muradlı əlavə edib ki, avtomobillərlə bağlı hər hansı yeni mexanizmin tətbiqi yalnız ciddi texniki, ekoloji və sosial əsaslandırma olduqda gündəmə gələ bilər. Hazırkı mərhələdə isə bu istiqamətdə konkret təşəbbüs yoxdur.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 10 Fevral 2026 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur








Günün ən çox oxunanları



















