Icma.az
close
up
RU
Komanda heç olmasa 2 dövrəni bir stadionda oynasa yaxşı olar Rəşad Sadıqov

Komanda heç olmasa 2 dövrəni bir stadionda oynasa yaxşı olar Rəşad Sadıqov

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

"Zirə" Misli premyer-liqasının 13-cü tur matçında "Kəpəz"ə qalib gəldi.

"Football-plus.az" xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyunsonrası mətbuat konfransında jurmalistlərin suallarını cavabladı.
- Günorta saat 2, süni örtüklü meydança, günəşli hava... Yevlax şəhər stadionunun ot örtüyü yenidi. Meydançanın özünü tam tutması üçün 2-3 ay vaxt lazımdı. İlk hissədə meydanda daha çox mübarizə gedirdi. Sürətli oyunun şahidi ola bilmirdik. Rəqib çox yaxşı təzyiq edirdi. İkinci yarıda sürəti bir az artırdıq. İki qol vurub olduqca önəmli qələbə qazandıq.
- İkinci hissədə əvəzetmələrdən sonra oyunun sürəti artdı. Sizcə, dəyişikliklərin rolu oldu?
- Birinci hissədə rəqib çox gümrah idi. Demək olar ki, meydanda başımızı qaldırmağa imkan vermirdi. Azər Bağırova qarşı oynamaq həmişə çətindi. Bu gün bunu bir daha hiss etdik. Brahim Konate ilə İssa Cibrila start heyətində olsaydı, onların yerinə Ceyhunla İsmayıl oyuna girsəydi, eyni effekti verəcəkdi. Birinci hissədə hiss olunurdu ki, futbolçularda yorğunluq var. Bu da hava şəraiti və süni örtüklə bağlı idi. Sonradan meydana daxil olanlar oyunumuzu canlandırdı.
- İssa Cibrilanı hücumun cinahında oynatmaq effektiv olar?
- Sınayacağıq. Beynimizdə belə fikir var. İssa komandaya vinger kimi gəlmişdi. Sadəcə həmin dövrdə ona sol cinah müdafiəçisi kimi ehtiyacımız var idi. Bu gün bizim Enrike kimi sol cinah müdafiəçimiz var. Bu da İssanı digər mövqelərdə istifadə etməyə imkan verir.
- Leroy Mikelsi hansı mövqedə oynatmağı düşünürsünüz?
- Rəqabət olacaq. Mikels də universal futbolçudu. Təki hamı sağlam olsun. Hamıya oynamaq şansı olacaq.
- Ötən turdan sonra gileyləndiz ki, "Karvan-Yevlax" və "Kəpəz"ə qarşı Yevlaxda oynayacağıq. "Zirə"yə qarşı plan olduğunu düşünürsüz?
- Yox, plan deyil. Qeyd etmişdim ki, hər hansı qayda qoymaq lazımdı. Sabah bizim də meydançamız pis ola bilər. Komanda heç olmasa 2 dövrəni bir stadionda oynasa yaxşı olar, hamı ora səfərə gedər. Bəlkə bu gün Qəbələdə oynasaq, məğlub olardıq. Amma oyun daha baxımlı keçərdi. Qəsdən edildiyini düşünmürəm. Sadəcə belə alınır. "İmişli" rəqiblərini Şamaxıda qəbul edirdi. Sonra biz onlarla Qubada pis vəziyyətdə olan meydançada oynadıq. "Turan Tovuz" da həmçinin. Bizim rəqabətdə olduğumuz komandalarla ev oyununu Bakıda keçirdilər. Amma biz iki dəfə Tovuza gedəcəyik. Bunlar reallıqdı. Biz hər zaman gerçəkləri deyirik. Görməzdən gəldiyimiz, susduğumuz vaxtlar da olur. Artıq 3-4-cü komandadı ki, stadionla bağlı dəyişiklik olur. Biz bundan sonra danışdıq. Təsadüfdən elə alınır ki, rəqabət apardığımız komandalarla bir meydançada oynayırlar, bizimlə başqa meydançada.
- Hakimlər Komitəsinə yeni sədr təyin olunub. Sizcə, bu, Azərbaycan futboluna necə təsir edəcək?
- İnşallah hakimliyin xeyrinə olar. Uzun müddətdi ki, sədrlər əcnəbi olurdu. Mən hər zaman öz kadrlarımızın tərəfdarı olmuşam. Son vaxtlar millilərdə də öz kadrlarımıza güvənilir. Bu, bizi sevindirir. Son iki ildə hakimlərimizdə inkişaf var. Rəhim Həsənov təcrübə toplayıb. İnşallah bu yükü daşıya biləcək.
- Premyer-lqaya yeni gələn komandaların infrastrukturla bağlı problemləri olduğu görünür. Sizcə, süni şəkildə komanda sayının artırılmasına ehtiyac var idi?
- Daim bu mövzunu müzakirə edirik. Təbii örtüklü, keyfiyyətli meydançalar olsa, oyunumuz yaxşı alınacaq. Çempionatın əvvəlindən narahatlıq var idi. Rəqabət artdı. 12 komandanın olması öz effektini verdi. Bütün komandalar rəqabətə tab gətirir. Hamımızı narahat edən məqam meydança ilə bağlıdı. "Karvan-Yevlax" stadion məsələsini həll etdi. İnşallah "İmişli" də bu problemini həll edər. Gəncədə möhtəşəm stadion tikilib. Düşünürəm gələn il bu problemlər geridə qalacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Noyabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri