“Komandada elə bir təcrübəli futzalçı olmadı ki, oyunu öz üzərinə götürsün” yığmanın baş məşqçisi
Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkəmizin U-19 futzal yığması Avropa çempionatının əsas mərhələsini sonuncu pillədə baş vurub. Yığma Bosniya və Hersoqovinaya 2:10, Türkiyəyə 1:3 hesabı ilə uduzub, Xorvatiya ilə heç-heçə edib – 3:3.
U-19-un baş məşqçisi İlqar Aslanov Futzal Federasiyasının saytına verdiyi açıqlamada bu nəticəni əsasən təcrübəsizliklə bağlayıb. Bəs başqa hansı səbəblər var? Sizə elə gəlmir ki, Bosniya və Hersoqovinaya ilə oyunda start heyətini düz müəyyənləşdirmədiz? “Football-plus.az” bu sualları da İlqar Aslanova ünvanlayıb:
“Əsas səbəb təcrübəsizlik oldu. Uşaqlar bu səviyyədə ilk dəfə çıxış edirdi. Bosniya ilə oyunda ilk dəqiqədə qapımızda qol gördük. Uşaqlar özlərinə gəlməmiş daha bir qol buraxdıq. Komandada elə bir təcrübəli futzalçı olmadı ki, oyunu öz üzərinə götürsün. Xorvatiya ilə yaxşı oynadıq. Qapımızda qol görsək də, irəli atıldıq. Heç-heçə etdik. Hakim səhvləri də oldu. Sonuncu oyunda Türkiyənin qapısına 6 metrlik cərimə zərbəsi təyin edilməliydi. Həmin epizodun təkrarında qapıçımıza “qırmızı” verildi. Boş qapıya vura bilmədik. Epizodları düzgün dəyərləndirə bilsəydik, üstün tərəf biz olacaqdıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 02 Aprel 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















