Icma.az
close
up
RU
Komitə sədri hökumətin fəaliyyətindən danışdı Milli Məclisdə müzakirələr

Komitə sədri hökumətin fəaliyyətindən danışdı Milli Məclisdə müzakirələr

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

”Nazirlər Kabinetinin hesabatında təqdim olunan iqtisadi göstəricilər, əks olunan rəqəmlər, milli səviyyədə siyasi sabitliyin və təhlükəsizliyin qorunub saxlanması, möhkəmləndirilməsini ifadə etməklə, həm də iqtisadiyyatın inkişafını, xalqının mənəvi irsinin qorunmasını, dirçəldilməsini xarakterizə edir.

“AzPolitika” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentə Hökumətin llik hesabatının müzakirəsi zamanı deyib

Millət vəkli bildirib ki, çıxışı zamanı sosial-iqtisadi göstəricilər barədə geniş danışmağı zəruri hesab etmir, çünk ibu haqqda həmkarları bu istiqamətdə kifayət qədər geniş danışıblar.

”Əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da tənəzzülünə nəzər salsaq görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib”, - deputat Prezident İlham Əliyevdən sitat gətirib.

Komitə sədri vurğulayıb ki, ümumi daxili məhsul istehsalının 2023-cü ilə nisbətdə 4,1 % artımı, qeyri-neft sektorunda iqtisadi fəallığın təmin edilməsi, işğaldan azad edilmiş ərazilərdə yenidən qurulması, bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində görülən işlər xüsusi qürurvericidir.

S.Qurbanovun sözlərinə görə, adambaşına düşən ÜDM-in həcmi iqtisadiyyatın vəziyyətini, son nəticədə dövlətin, ordunun gücünü, əhalinin sosial vəziyyətini əks etdirirsə, onun strukturu, illik artımı və ÜDM-ə nisbəti isə ölkənin strateji hədəflərindən irəli gəlməklə, dövlət siyasətini və iqtisadiyyatın inkişaf istiqamətini əks etdirir: “Bu mənada sənaye sahəsinin ÜDM-də payının 36 faizə çatması ölkəmizin inkişaf etmiş sənaye ölkəsi kimi güclənməsini əks etdirir. Turizmin 2023-cü ilə nisbətən 13 faiz artaraq son nəticədə ÜDM-də payının 2,4 faizə çatması da ölkəmizin beynəlxalq imicinin formalaşması və cəlbediciliyini ifadə edir. Bunu rəqəmsal sektor barədə də deyə bilərik”.

Millət vəkili daha sonra enerji siyasətinin həyata keçirilməsi haqqında danışıb: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan enerji istehsalı və infrastrukturunun inkişafı sahəsində dünyada özünü əsas oyunçu kimi uğurla təsdiq edib, enerji ehtiyatlarını əhəmiyyətli dərəcədə inkişaf etdirib və şaxələndirib, regionun enerji təhlükəsizliyinə və sabitliyinə töhfə verib, ölkənin qlobal enerji birliyinə inteqrasiyasını təmin edib”.

Sadiq Qurbanov qeyd edib ki, energetika sahəsində siyasətin uğurlu olmasının, qlobal strateji düşüncə və planlaşdırılmaya əsaslanmasının bir sübutu da ondadır ki, Azərbaycan Aralıq dənizində qaz yatağının işlənilməsi üçün yaradılan beynəlxalq konsorsiumda “Şevron” kimi bir nəhənglə bir yerdə iştirak edəcək: “Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi İnkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” müəyyən edilmişdir ki, həmin prioritetə uyğun olaraq, enerji sektorunda həyata keçirilən bütün islahatlar həm ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi, həm ekoloji tarazlığın qorunması və həm də iqtisadi inkişafın davamlılığının təmin edilməsi istiqamətində atılan mühüm addımlardır”.

Komitə sədri daha sonra vurğulayıb ki, Milli Məclis üzvləri olaraq ölkədə aparılan bütün iqtisadi siyasəti dəstəkləyir, fəaliyyətimizdə hökumətin nəzərdə tutduğu işlərin həyata keçməsi üçün qanunvericilik bazasının möhkəmlənməsinə çalışırlar.

Millət vəkili daha sonra hökümət üzvlərinin diqqətinə çatdırıb ki, bir neçə gün öncə, spiker Sahibə Qafarovanın tövsiyəsi ilə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi olaraq “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda hökumətin tərkibinə daxil olan aidiyyəti qurumların və elm adamlarının iştirakı ilə ətraflı içtimai müzakirə keçirilib.

“PA və NK-nin səlahiyyətli nümayəndələrinin bu müzakirələrdə iştirakı vahid dövlət siyasətinin, eyni zamanda hakimiyyət qolları arasındaki möhkəm iş birliyinin göstəricisi kimi qiymətləndirilməlidir” – deyə, o, əlavə edib.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Mart 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri