Icma.az
close
up
RU
Kommunal borcu olanların NƏZƏRİNƏ

Kommunal borcu olanların NƏZƏRİNƏ

Icma.az, Dogru.az portalına istinadən məlumat verir.

Məhkəmələrin üzərinə kommunal xidmətərə dair işlərlə bağlı yeni öhdəlik qoyulub.

Trend.az xəbər verir ki,söhbət təbii qaz, su və elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun mübahisələndirilməsinə dair işlərdən gedir.

Belə ki, təbii qaz, su və ya elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun mübahisələndirilməsi tələbləri ilə bağlı işlərdə məhkəmələr tərəfindən iddiaya mahiyyəti üzrə baxılıb yekun qərar çıxarılanadək, müvafiq təchizat xidmətlərinin dayandırılmasına yönələn hərəkətlərin bu sahədə mövcud olan təbii inhisar subyektinə qadağan edilməsi və (və ya) bu xidmətin bərpa edilməsinə dair müvəqqəti təminat tədbiri barədə qərardadlar qəbul edilir.

Baxılmış işlərin təhlili göstərir ki, belə qərardadlar qəbul olunarkən müvəqqəti təminat tədbirinin əhatə dairəsi iddianın predmeti və mübahisələndirilən məbləğlə məhdudlaşdırılmadığına görə, təbii inhisar subyekti təbii qaz, su və ya elektrik enerjisinin dayandırılmasının qadağan olunması barədə qərardad qüvvədə olan dövrdə həmin tədbirin əhatə etmədiyi yeni borcla bağlı xidmətin göstərilməsini dayandıra bilmir. Bəzi istehlakçıların isə bu vəziyyətdən sui-istifadə edərək yeni borclarını ödəməkdən yayınması dövlət müəssisəsinə ödənilməli olan pul vəsaitlərinin gecikdirilməsinə gətirib çıxarmaqla, bu sahədə təbii inhisar subyektlərinin maliyyə dayanıqlılığına mənfi təsir göstərir.

Məsələn, qazdan istifadəyə görə hesablanmış 5000 manat borcun silinməsi tələbi üzrə belə təminat tədbiri tətbiq edildikdən sonra məhkəmə icraatı zamanı istehlakçının əlavə olaraq 10 min manat yeni borcu yarandığı halda, qərardadda təminat tədbirinin hansı məbləğlə məhdudlaşdığı göstərilmədiyi üçün istehlakçı bundan sui-istifadə edərək yeni yaranmış borcunu da ödəmir. Bu da nəticədə təbii inhisar subyektinin hüquqlarının lüzumsuz və qeyri-mütənasib formada məhdudlaşdırılmasına səbəb olur.

Halbuki borcu mübahisələndirən şəxsin ərizəsi əsasında onun hüquqlarının qorunması üçün seçilən belə müvəqqəti tədbir, digər tərəfin (hazırkı halda təbii inhisar subyektinin) mübahisələndirilən məbləğlə bağlı olmayan zəruri hüquqlarının məhdudlaşdırılmasına və ona əsaslı zərərin vurulmasına gətirib çıxarmamalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin müvəqqəti təminat tədbirləri ilə bağlı müddəalarına görə, tətbiq edilən tədbir gözlənilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

Digər tərəfdən “Elektrik enerjisindən istifadə Qaydaları”, “Qazdan istifadə Qaydaları” və “Sudan istifadə Qaydaları”nda hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə təchizatçının xidməti dayandırma hüququ nəzərdə tutulub.

Müəyyən edilib ki, məhkəmələr təbii qaz, su və elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun mübahisələndirilməsi ilə bağlı işlərdə yuxarıda qeyd olunan müvəqqəti təminat tədbirini tətbiq edərkən, həmin tədbirin iddianın predmeti və mübahisələndirilən məbləğə münasibətdə tətbiq edilməli olduğunu diqqətdə saxlamalıdırlar. Həmçinin bu təminat tədbirinin tətbiq edilməsinə baxmayaraq, mübahisə predmeti təşkil etməyən yeni borclara münasibətdə təbii inhisar subyekti tərəfindən xidmətin göstərilməsinin dayandırılmasının mümkünlüyü nəzərə alınmalıdır.

Belə müvəqqəti təminat tədbiri ilə bağlı qərardadların nəticə hissəsində bu tədbirin məhz hansı borc məbləği ilə bağlı tətbiq olunduğu aydın göstərilməlidir (məsələn, qətnamə qanuni qüvvəsini alanadək A-ya məxsus X ünvanda yerləşən X saylı abonent kodu olan qeyri-yaşayış sahəsinə 5000 manat mübahisəli borca münasibətdə təbii qazın verilməsinin dayandırılması “Azəriqaz” İstehsalat Birliyinə qadağan olunsun və təbii qazın verilməsi bərpa olunsun.

DOĞRU.AZ 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://dogru.az
archiveBu xəbər 04 Aprel 2026 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri