Icma.az
close
up
RU
Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyədə ÖZGÜR-DER adlı təşkilat Azərbaycanın İstanbuldakı konsulluğu önündə “hicab qadağasına etiraz” aksiyası keçirib. Məktəblərdə vahid formanın tətbiq edilməsi hicab qadağası demək deyil (bu, ayrı mövzudur). Burada diqqətçəkən əsas məqam İranın Azərbaycana qarşı tezislərinin Türkiyədə də dəstəklənməsidir. Məktəblərdə vahid geyim formasının “hicab qadağası” kimi təqdim edilməsi adətən İrandan Azərbaycana qarşı təbliğat məqsədilə istifadə edilən məsələdir. İndi eyni məsələnin Türkiyədə də gündəmə gətirilməsi sual yaradır: aksiyanın təşkilində rəsmi Ankaranın rolu varmı?

İki amil belə şübhələrə yol açır.

Birincisi, Türkiyədə Azərbaycana qarşı müxtəlif iddialarla aparılan kampaniyada hakim dairələrin icazəsinə dair irəli sürülən ehtimallar “hicab aksiyası”nın da bu prosesdəki istiqamətlərdən biri olduğu fikrini önə çıxarır.

İkincisi, aksiyanın təşkilatçıları belə ehtimalı gücləndirir.

Akskiyanı ÖZGÜR-DER (Özgür Düşünce ve Eğitim Hakları Derneği) təşkil edib. Bu təşkilat zaman-zaman fikir ayrılıqlarına baxayaraq, AKP-yə dəstəyi ilə tanınır, xüsusilə son seçkilərdə hakim koalisiyanı dəstəkləyən HÜDAPAR-la sıx bağlılığı var. Təşkilat ideoloji olaraq, “Müsəlman qardaşları”na (İhvan) yaxındır. Türkiyə hakimiyyətində bu ideologiyanın tərəfdarı olan xəttin mövcudluğu sirr deyil. Azərbaycana qarşı aksiyanın təşkilində də bu xəttin iştirakı istisna edilməməlidir.

Hərçənd, Azərbaycana qarşı bu cür təzyiq gedişləri ilə nəticə əldə etmək çətindir. Prezident İlham Əliyev son çıxışında “hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin. Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” sözləri ilə konkret mövqe sərgilədi. Türkiyədə Azərbaycana qarşı bu cür yanaşma nə müttəfiqlik münasibətlərinə, nə də qardaşlığa uyğun deyil. Aydın görünür ki, Türkiyədə hakimiyyət daxilindəki müəyyən qüvvələrin də yer aldığı radikal qruplar (onların İrana meylli olduğu da bəllidir) Azərbaycanla münasibətlərin pozulması istiqamətində çalışır. Vaxtilə SOCAR-a qarşı etirazları təşkil edən bu qüvvələr İran müharibəsi zamanı da Azərbaycana qarşı kampaniyanı körükləyirdi, xüsusilə Naxçıvana dron hücumu üzərindən. İndi yenə İranla eyni tezis üzərindən Bakıya qarşı hücum edildiyi müşahidə edilir. Ki, ikitərəfli münasibətlərdə yaranan problemləri həll etmək, inciklikləri aradan qaldırmaq mümkündür, lakin Türkiyədə Azərbaycana qarşı üçüncü qüvvələr-ölkələrlə birlikdə, yaxud eyni istiqamətdə addımların atılması qəbuledilməzdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://axar.az
archiveBu xəbər 04 Oktyabr 2026 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri