Kontinental siyasətin praktiki tətbiqi: Vaşinqtonun növbəti hədəfi kimlərdir?
Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Analitik: “İstisna deyil ki, ABŞ qitəni tam nəzarətə götürmək istiqamətində hərəkət edəcək”
“ABŞ-ın Venesuelaya müdaxiləsi və Maduronun həbs edilməsi Trampın seçilməsindən sonra proqnozlaşdırılan kontinental siyasətin praktiki tətbiqi hesab oluna bilər: Vaşinqton Amerika qitəsinə kənar oyunçuların – Çin və Rusiyanın - Venesuelada İranın da aktivliyi vardı - müdaxiləsini qəbul etməyəcəyini nümayiş etdirdi. İstisna deyil ki, Venesuelada post-Maduro dövrünün qurulmasına nəzarət etməyə çalışacaq ABŞ paralel şəkildə qitəni tam nəzarətə götürmək istiqamətində də hərəkət edəcək”. Bu sözləri analitik Asif Nərimanlı Venesuela ətrafında baş verənləri şərh edərkən deyib.
Onun sözlərinə görə, Vaşinqtonun növbəti hədəfləri Çinlə hərbi-iqtisadi əməkdaşlığı dərinləşdirən ölkələr – Panama, Peru, Braziliya, Argentina, Ekvador və digərləri ola bilər: “Son iki onillikdə ABŞ-ın kontinental təsirləri yerini Çinə verir və bu reallıq Vaşinqtonun Avrasiyada Pekinlə apardığı mübarizəni effektsiz edib. Tramp Administrasiyası bu vəziyyəti dəyişmək istəyir. Maduronun həbsi ilə proses kontinental müstəvidə zəif halqa üzərindən başlandı. Və bu, qitədə Çinlə əməkdaşlığa üstünlük verən digər ölkələrə xəbərdarlıqdır. Tramp artıq Meksikaya müdaxilənin anonsunu verib. Məqsəd narkotrafika qarşı mübarizə kimi təqdim edilsə də, ABŞ-ı narahat edən Çinin artan təsiridir. Rəsmi Mexikonun Pekinlə əməkdaşlığı dərinləşdirməsi fonunda da bu amil ön plana çıxır. Panama da aktual hədəflərdən biri kimi görünür”.
“Venesuelaya müdaxilədə - Maduronun həbs edilməsində ABŞ haqlıdırmı? Beynəlxalq hüquq kontekstində xeyr, lakin “güclü olan haqlıdır” prinsipinin işlədiyi mövcud münasibətlər sistemində bunu heç bir ölkə mühakimə edə bilmir – bilməz”, - deyə Nərimanlı fikrini tamamlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 04 Yanvar 2026 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















