Icma.az
close
up
RU
Körfəz ölkələri nə edəcək? Müharibədən sonrakı üç ssenari

Körfəz ölkələri nə edəcək? Müharibədən sonrakı üç ssenari

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

İranla müharibədən sonra Körfəz ölkələrini hansı gələcək gözləyir? İnteqrasiya olunmuş hərbi güc, kövrək status-kvo, yoxsa dərin parçalanma?

Sherg.az xəbər verir ki, "Carnegie Enstitüsü" (ABŞ-da yerləşən nüfuzlu beynəlxalq tədqiqat və analitik mərkəzdir) Yaxın Şərqin gələcəyi üçün üç mümkün ssenari irəli sürüb.

ABŞ və İsrailin intensiv hava əməliyyatlarına baxmayaraq, İranın regiondakı təsiri və Hörmüz boğazı üzərindəki təzyiqi tam aradan qalxmayıb. Silahlar müvəqqəti susa bilər, lakin yeni geosiyasi vəziyyətdə təşəbbüs artıq Körfəz paytaxtlarının əlindədir.

1. Ümidverici əməkdaşlıq

Bu ssenariyə görə, Körfəz ölkələri müdafiə sahəsində inteqrasiyanı gücləndirir. Körfəz Əməkdaşlıq Şurası üzvlərinin İran raketləri üçün hədəf olması vahid hava hücumundan müdafiə sisteminin yaradılmasını zəruri edir.

Eyni zamanda, silah idxalı ilə yanaşı, yerli istehsal da genişlənəcək. Ukrayna ilə dron əleyhinə texnologiyalar sahəsində əməkdaşlıq və regionda raketdən müdafiə sistemlərinin qurulması ABŞ-dan asılılığı azaldacaq. Enerji sahəsində isə boru kəmərləri vasitəsilə Hörmüz boğazını alternativ marşrutlarla keçmək planlaşdırılır. “Körfəz Dəmir Yolu” layihəsi də regionu daha sıx birləşdirə bilər.

2. Kövrək status-kvo (ən real ssenari)

Bu ssenaridə müharibə zamanı yaranan əməkdaşlıq sülh dövründə zəifləyir və köhnə rəqabətlər geri qayıdır. Sərhəd mübahisələri və iqtisadi rəqabət vahid ordu və ya ortaq valyuta kimi layihələrə mane olur.

Ölkələr xarici tərəfdaşlara münasibətdə də fərqli mövqe tutur: BƏƏ ABŞ və İsrail ilə əlaqələrini gücləndirir, Oman və Səudiyyə Ərəbistanı isə Vaşinqtonun siyasətinə daha ehtiyatla yanaşır.

3. Yeni Körfəz parçalanması (ən riskli ssenari)

Ən pis ssenariyə görə, Riyad və Əbu-Dabi arasında iqtisadi rəqabət geosiyasi qarşıdurmaya çevrilə bilər. BƏƏ-nin İsrail ilə dərinləşən təhlükəsizlik əməkdaşlığı Səudiyyə Ərəbistanını İranla yeni balans axtarmağa sövq edə bilər.

Bu halda, BƏƏ regionda daha sərt və təkbaşına siyasət apararaq digər Körfəz ölkələrindən təcrid oluna bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Aprel 2026 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see363

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see345

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see315

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see313

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see304

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see295

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see286

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see278

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see268

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see258

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see247

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see246

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see235

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see235

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see233

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see231

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see229

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see220

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri