Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

3 aylıq olanda nə baş veribsə xatırlayır

Ceyranbatanda toyda dava Biri komadadır

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

Kosalının qəhrəman oğlu

Kosalının qəhrəman oğlu

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Ermənilər torpaqlarımıza təcavüzə başlayan gündən o, qeyrətli kənd gənclərini başına toplayaraq, özünümüdafiə dəstəsi yaratmışdı. Tabili Xocalıda və ona yaxın ərazidə yaxşı tanıyırdılar. Yaşı o qədər də çox deyildi. 32 yaşın içində idi. Amma bu yaşın çərçivəsinə sığmayan əməlləri vardı. Xocalının ən çətin günlərində darda qalanlara, çətin vəziyyətə düşənlərə kömək etmişdi. Kosalar kənd camaatı onun barəsində hər zaman ağız dolusu danışır. Qarabağda başlanan, elan olunmamış müharibə zamanı ermənilərin Dağlıq Qarabağda olan kəndlərə vaxtaşırı olan hücumları, bütün kəndlərdə olduğu kimi, Kosalarda da ərazi özünümüdafiə batalyonunun formalaşmasına səbəb olub. Batalyonun ən fəal üzvlərindən biri olan Tabil Həsənov kəndə olan erməni hücumlarının qarşısının alınmasında, həmçinin bəzi kiçik əməliyyatların aparılmasında xüsusilə fərqlənir.

Tabil Qasım oğlu Həsənov 1960-cı il iyul ayının 4-də Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. 1977-ci ildə burada orta məktəbi bitirmişdir. 1980-ci ildə hərbi xidmətə çağırılmışdır. 1982-ci ildə Qazaxıstan Respublikasında ordu sıralarından təxris olunaraq doğma kəndinə qayıdır. Elə həmin ildən Kosalar kənd rabitə şöbəsində əmək fəaliyyətinə başlayır.

1991-ci il dekabr ayının 15-də ermənilər dörd tərəfdən Cəmilli kəndinə qəfil hücuma keçirlər. Hər şeydən əli üzülmüş kənd camaatı ümidlə kömək gözləyirdi. Elə bu an Tabil öz dəstəsi ilə əks hücuma keçir. Düşmən çaşbaş qalaraq geri çəkilməyə məcbur olur. Tabilin cəsarəti sayəsində kənd mühasirədən azad edilir. Bu döyüşdən sonra el arasında ona “Qırxqız qartalı” deyə çağırırlar.

Ermənilərin ikinci hədəf nöqtəsi Meşəli kəndi idi. Cəmillidə ağır zərbə almış erməni yaraqlıları bu kənddə qırğın törətməyə çalışır. Bundan xəbər tutan “Qırxqız qartalı” Tabil Kosalardan Meşəli kəndinə doğru irəliləyir. Döyüş bütün gecə və gündüz davam edir. O, öz dəstəsi ilə döyüşə atılaraq kəndi düşməndən təmizləyir. Ermənilər Daşaşan istiqamətindən Kosalara yenidən hücum edirlər. Bu ağır döyüşdə 53 erməni yaraqlısı məhv edilir. Tabil özü bu döyüşdə qəhrəmancasına şəhid olur. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli Fərmanı ilə ölümündən sonra Həsənov Tabil Qasım oğluna Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. T.Həsənov Xocalı rayonunun Kosalar kəndində dəfn edilmişdir.

“Ermənilər martın 29-da Kosalara bir neçə tərəfdən hücuma keçirlər. Həqiqətən o, çox ağır əməliyyat olur. Yəni, deyərdim ki, Dağlıq Qarabağda nə qədər əməliyyat olubsa, ən ağır əməliyyatlardan biri Kosalara olan hücumdur. Biz dəstələrə bölünüb müxtəlif istiqamətlərdə ermənilərin hücumunun qarşısını almağa çalışırdıq. Qardaşım, Tabil Daşaşan istiqamətində idi. Gecə çox dəhşətli döyüşlər getdi, səhəri biz bildik ki, bir neçə şəhidimiz var, onlardan biri də Tabil olub. Biz onun meyidini götürmək üçün gedəndə o yanda xeyli erməni cəsədi qalmışdı. Hansı erməni ölüsünün yanında keçdiksə dedilər ki, bunu Tabil vurub. Ermənilərin ən güclü hücumu, Daşaşan və Ağqaya istiqamətində, olmuşdu. O vaxt biz ov tüfəngi ilə kəndin müdafiəsində dururduq. Amma ermənilər dağlıq, təpəlik yerdə 1 km-ə qədər səngər qazmışdılar. Tabil döyüşə-döyüşə ermənilərin hücumunu yarıb onların durduğu yerə qədər getmişdi”, - deyə Milli Qəhrəmanın qardaşı bildirib.

Kəndin işğalından bir neçə gün öncə, ermənilərin kəndin ətrafına əlavə qüvvələrin cəm olmasının müşahidə edilməsindən sonra, kənddən əlil, qoca, qadın və uşaqların çıxarılmasına qərara verilib. Həmin vaxt Tabil Həsənov da öz ailəsini kənddən çıxarıb, daha sonra isə geri Kosalara qayıdıb. 

Onların Bərdənin Şirvanlı kəndinə gətirilməsini o vaxtı 4 yaşı olan oğlu, Nəsir Həsənov belə xatırlayır: “Atam qəhrəmancasına şəhid olanda 4 yaşım var idi. Onun bizimlə vidası, uşaq olsam da gözlərimin önündə hələ də canlanır. O vaxt bizi Bərdənin Şirvanlı kəndinə gətirdi.  Bizi bağrına basıb sağollaşdı  və getdi. Bu gün fəxr edirəm ki, Milli qəhrəmanın övladıyam”.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Xocalı soyqırımına məruz qalanların da qisası döyüş meydanında alındı. Vətən savaşında qəhrəman oğullarımız Xocalı qatillərini, insan cəlladlarını məhv etməklə günahsız soydaşlarımızın qanını yerdə qoymadılar. Möhtəşəm Qələbəmiz xocalıların ürəyinə saplanan tikanları çıxartdı. Bununla da həmin şəhidlərin yaxınlarının, eləcə də bütün Azərbaycan xalqının ürəyinə su çilədilər. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.

Müşfiq MİRZƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 İyul 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1045

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see582

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see336

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see310

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see308

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see307

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see301

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see260

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see234

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see210

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see195

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see194

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see192

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see192

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see187

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see186

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see184

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see176

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see173

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri