Icma.az
close
up
RU
Kremlin hədəfində başqa kim var? Ən sığortalanmışı İlham Rəhimovdur, amma...

Kremlin hədəfində başqa kim var? Ən sığortalanmışı İlham Rəhimovdur, amma...

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verildiyi kimi, ötən gün Rusiyada azərbaycanlı iş adamı Rəhman Xəlilova məxsus “Railgo” şirkətinin ofisində axtarışlara başlanılıb. Şirkətin Moskvanın Lujniki rayonundakı ofisinə xüsusi təyinatlılar və müstəntiqlər gələrək sənədləri müsadirə edib. Rusiyanın aparıcı kanalları bu barədə məlumat və görüntülər paylaşıb. Lakin maraqlıdır ki, sözügedən məlumat hazırda Bakıda olan Rəhman Xəlilovun adından təkzib edilib. Xəlilovun bunu nədən təkzib etdiyi bilinməsə də, şirkətə basqın edilməsi faktı və görüntüləri göz önündədir...

Qeyd edək ki, sözügedən şirkət Qara dəniz vasitəsilə neft və neft məhsullarının daşınmasını həyata keçirir. “Railgo”nun daşıdığı neftin bir qismi də Azərbaycana məxsusdur. Rəhman Xəlilov isə tanınmış azərbaycanlı milyarder İsgəndər Xəlilovun oğludur.

Bu məlumat göstərir ki, Kreml Rusiyadakı azərbaycanlılara qarşı başlatdığı təqib və təzyiq kampaniyasını daha üst səviyyəyə qaldırmağa başlayıb. Əvvəlcə sıravi azərbaycanlılar – xırda ticarətlə məşğul olanlara qarşı reydlər həyata keçirildi və Yekaterinburqdakı məlum hadisələr də bu kampaniyanın başlanğıcı hesab oluna bilər. Ardınca, bir çox digər şəhərlərdə kiçik və orta səviyyəli azərbaycanlı iş adamlarına hücumlar oldu, həbslər aparıldı, eləcə də ayrı-ayrı ticarət mərkəzlərinə, bazarlara basqınlar edildi. Eyni zamanda, Yekaterinburqdakı Azərbaycan diasporunun başçısı Şahin Şıxlinskiyə və onun oğluna qarşı cinayət işi başlandı. Şıxlinskinin oğlu həbs edildi, özünə qarşı isə təqiblər davam edir. Toyuqlu pizza

Buna paralel olaraq, Rusiya Duması başda olmaqla, Rusiya siyasəti və mediasında müxtəlif səviyyələrdə azərbaycanlı iş adamlarına, daspora liderlərinə və Azərbaycan əsilli milyarderlərə qarşı qaralama kampaniyası başladıldı. Duma deputatı, Kremlin “cib müxalifəti” olan “Ədalətli Rusiya” partiyasının sədri Sergey Mironov Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlunun məhz onun rəsmi müraciəti əsasında saxlanıldığını bəyan etdi. Mironov həmçinin bildirdi ki, onun müraciətinin əsas mövzusu – bütün Azərbaycan diasporunun yoxlanılmasıdır. Bu sıraya Moskvanın ən böyük “Sadovod” və “Food City” bazarlarının (azərbaycan əsilli rusiyalı milyarder Qod Nisanova məxsusdur) yoxlanılması da daxildir.

İndi isə İsgəndər Xəlilovun oğlunun, yəni, milyarderin özünün şirkətinə basqın edilir. Bunu azərbaycanlılara qarşı təzyiq və təhdid kampaniyasının Azərbaycan əsilli milyarderlərə keçid etməsinin ilk sübutu hesab etmək olar. Hələ Mironov “Sadovod” və “Food City” bazarlarının adlarını çəkəndə, hansı hədəflərin nişan alındığı məlum olmuşdu. İndi isə belə görünür ki, bu istiqamətdə konkret addımlar atılmağa başlayıb.

Bəs növbədə kimlərdir? Vaxtilə “Milyarderlər İttifaqı” kimi tanınan təşkilatın bir çox üzvləri artıq əvvəlki qədər fəal və nüfuzlu deyillər. Kimiləri Telman İsmayılov kimi az qala müflisləşib sıradan çıxıblar, kimiləri Vahid Ələkbərov kimi böyük biznesdə rəsmi iştiraklarını məhdudlaşdırıblar və sair. Ancaq, məsələn, “Kiyevskaya Ploşad” şirkətlər qrupunun sahibləri, Azərbaycandan olan milyarderlər Qod Nisanov və Zarah İliyev Mironov kimilər tərəfindən açıq şəkildə hədəfə gətirilir. Təbii ki, Kremlin “qüllələri”ndən birinin xidmətində duran Mironovun bu açıqlamaları təsadüfi deyildi və “yuxarıdan” gələn sifarişin nəticəsi idi.

Azərbaycandan olan bu milyarderlərin Kremlin və Rusiya hüquq-mühafizə orqanlarının təqiblərindən, qanunsuzluqlarından nə dərəcədə sığortalandıqlarını demək çətindir. Doğrudur, zaman-zaman onların Rusiya hakimiyyətində ciddi dayaqlarının olduğu barədə Rusiya mediasında materiallar dərc edilir və bununla bağlı tez-tez Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin adı çəkilir. Onun bu azərbaycanlı milyarderlərin mülklərindən və digər imkanlarından istifadə etdiyi barədə iddialar dərc olunur. Lakin cəngəllik qanunlarının bütün digər rəsmi qanunları, dövlət institutlarını, hüquq və ədaləti üstələdiyi Rusiya kimi dövlətdə kimsənin FSB və digər qurumların özbaşınalıqlarından sığortalanmadığı gün kimi aydındır. Bu baxımdan, “düymə basılacağı” təqdirdə Azərbaycandan olan milyarderləri nə Narışkin, nə də başqa birisi xilas edə blməz. Ancaq onların “vurulması” üçün sözsüz ki, birbaşa Rusiya Prezidenti səviyyəsində göstəriş verilməlidir. Belə bir göstəriş verilibmi? Hələlik bu sualın cavabı məlum deyil...

Rusiyada böyük biznesi olan milyarderlər sırasında ən “sığortalanmışı” kimi İlham Rəhimov görünür. Yeri gəlmişkən, Rəhimovun həm də Qod Nisanovla şərik olduğu barədə mətbuatda məumatlara rast gəlinir. Bu halda “Putinin gənclik dostu” Rəhimov özü ilə birgə, bəlkə Nisanovu da azərbaycanlılara qarşı “səlib yürüşü”ndən sağ-salamat çıxara bilər.

Təqib oluna biləcək azərbaycanlı milyarderlər sırasına hələ ötən ilin martında "Krokus Siti Holl"dakı teraktdan sonra açıq şəkildə hədəfə gətirilən Araz Ağalarovu da aid etmək olar. Həmin hadisədən Ağalarovu “vurmaq” üçün istifadə edənlərin əlinə hazırda daha bir fürsət düşüb. Həmin qüvvələr ümumilikdə Kreml tərəfindən başladılan və idarə edilən kampaniyadan istifadə edərək, Ağalarovu yenidən hədəfə gətirə bilərlər. Kremlin öz təbliğat tulalarını və hüquq-mühafizə orqanlarını üzərinə göndərəcəkləri nüfuzlu və imkanlı azərbaycanlıların siyahısını uzatmaq da olar. İsgəndər Xəlilov bu sırada “ilk qaranquş” kimi görünür. Təəssüf ki, onların heç biri Rusiyadakı “bespredel”dən tam sığortalanmayıb və növbəti hədəf onlardan hər biri ola bilər...

Yaranmış bu durum həmçinin, xaricdə biznes qurmaq istəyən bacarıqlı, imkanlı azərbaycanlı gənc iş adamlarına da dərs olmalıdır. “Köhnələr” artıq zamanında Rusiyaya yönələrkən öz seçimlərini ediblər. Yenilər isə seçim edərkən daha çox qanunun, ədalətin, mülkiyyət hüququ təminatının və s. sıfırın altında olduğu Rusiya kimi ölkələrə yox, qanunun aliliyinin və digər sivil şərtlərin pis-yaxşı təmin olunduğu daha inkişaf etmiş ölkələrə üstünlük verməlidirlər.

Nəhayət, xaricə səpələnmək, şaxələnmək, dünya iqtisadiyyatına, biznes mühitinə inteqrasiya etmək hər nə qədər müsbət və gərəkli fəaliyyət olsa da, eyni zamanda Azərbaycanın özündə elə şərait, elə biznes mühiti yaradılmalıdır ki, iş qurmaq istəyən azərbaycanlıların böyük qismi qürbətdə omazın təhdid, təzyiq, hətta təhqirlər altında işləməkdənsə, öz vətənlərində qalmağa, burada yeni iş yerləri açmağa, öz məmləkətini inkişaf etdirməyə üstünlük versinlər.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 İyul 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see334

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see247

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see227

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see224

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see209

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see208

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see207

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see207

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see204

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see193

TikTokdan məhkəmədə şok etiraf: Uşaqları tətbiqə bağlayacaq şəkildə hazırlanıbmış

27 Sentyabr 2026 04:03see174

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see174

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see173

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see169

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see168

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM

27 Sentyabr 2026 05:00see167

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see167

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see167

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see163

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri