Laçında uşaqlar üçün “Qırmızı papaq və canavar Conik” tamaşası nümayiş olunub
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Laçın, 1 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və “Bakı Abadlıq” Xidməti MMC-nin birgə təşkilatçılığı ilə Laçın şəhər 2 nömrəli tam orta məktəbdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib.
Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə Laçın şəhərində yerləşən ümumtəhsil məktəblərinin şagirdləri, həmçinin icma əsaslı məktəbəqədər təhsil qruplarına cəlb olunmuş uşaqlar iştirak ediblər.
“HOP-HOP” Kukla Teatrının aktyorları uşaqları bayram münasibətilə təbrik edib, onların sevincinə şərik olublar. Teatr tərəfindən səhnələşdirilən “Qırmızı papaq və canavar Conik” tamaşası balacalar üçün əyləncəli anlarla yadda qalıb. Bayram proqramında Nuran Əsədli, Çiçək Ayvazova və Dəniz Aydəmirovanın ifasında rəngarəng musiqi və rəqs nömrələri təqdim olunub. Tədbir uşaqların gülüşü və xoş əhvali-ruhiyyəsi ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 01 İyun 2025 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















