Icma.az
close
up
RU
Laqeydliyin bariz göstəricisi fon der Layen COP29da iştirakdan niyə qaçır? Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Laqeydliyin bariz göstəricisi fon der Layen COP29da iştirakdan niyə qaçır? Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Layen ölkəmizdə keçirilməsi gözlənilən mötəbər COP-29 tədbirində iştirak etməyəcək.

O, bunu ölkəsində baş verən siyasi hadisələrlə əlaqələndirib.

Lakin diqqətçəkən bir nüansı xüsusi qeyd etmək lazımdır ki, Ursula fon der Layen Avropa İttifaqı təşkilatı olaraq öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdən boyun qaçırırlar və bu səbəbdən ehtimal edilir ki, xanım lider bu cür beynəlxalq səviyyəli, geniş ekoloji imkanlara malik tədbirdə iştirak etməyəcək.

Avropa İttifaqı nüfuzlu beynəlxalq təşkilat olaraq faktiki formada məsuliyyətdən qaçır. Azərbaycanda ekologiyaya öz töhfəsini və dəstəyini verməkdən bir daha yayınmağa çalışır.

Belə çıxır ki, Ursula fon der Layen və rəhbərlik etdiyi qurumu beynəlxalq ictimai rəy, qlobal problemlər, iqlim dəyişikliyi kimi bütün bəşəriyyətə fəlakət gətirə biləcək məsələlər maraqlandırmır?

Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, fon der Layenin Azərbaycana gəlməməsi COP-29-un keçirilməsinə mane ola bilməz:

"Avropa İttifaqının prezidenti Ursula fon der Layenin COP-29-da iştirak etməyəcəyini bildirməsi təbii ki, təəssüf doğurur. Əvvəla, fon der Layen gəlsə də, gəlməsə də tədbir ən yüksək səviyyədə keçiriləcək. Sadəcə olaraq, Avropa dəyərlərindən, iqlimdən danışan və hətta dünyada ən çox karbon emissiyalarını havaya buraxan, çirkləndirən Avropa İttifaqının başçısının bu tədbirdə iştirak etməməsi qlobal problemə, birinci növbədə laqeydliyin göstəricisidir.

İkincisi də, burada həm də təəssüf olsun ki, Avropa İttifaqının belə vacib məsələyə barmaqarası baxmasıdır. Burada təbii ki, bir Azərbaycan folk qüvvələrinin də təsiri hiss olunur, amma əslində qalsa, iqlim dəyişmələri yalnız Azərbaycanın, digər ölkələrin problemi deyil, bu Yer planetinin problemidir. Bu planetdə mövcud olan dövlətlər, insanlar, xalqların heç biri bu cür məsələyə biganə qala bilməz. Ümumbəşəri ideyalar ətrafında toplaşan insanlar, dövlət başçıları, hökumət başçıları, siyasilər, alimlər, ekspertlər iqlim dəyişmələri ilə bağlı məsələləri müzakirə edəcəklər.

Varlı ölkələrin yoxsul ölkələrə bu sahədə dəstəyini ifadə edəcəklər. Gələcək proqnozlarla dünya ölkələrinin nə etməli olduğunu müzakirə edib nəticələrə gələcəklər. Belə bir aktual tədbirdə Ursula von der Leyenin iştirak etməməsi anlaşılan deyil və bir daha onun digər bəhanələrlə iştirakdan imtina etməsi əslində qalsa onu deməyə əsas verir ki, belə bir dünyada ən çox inkişaf etmiş ölkələrin də sayına da baxsaq, Avropada çoxdur və bu ölkələrdə kifayət qədər istixanalar, karbon qaz emissiyalarının havaya buraxılması, ümumiyyətlə, bu sahədə dünyanı çikləndirən ölkələrin sayına baxsaq, daha çox ittifaqdaxili ölkələr burada lider ola bilər"

Deputat bildirib ki, xanım rəhbərin bu cür addım atması Avropa Birliyinin bir daha Azərbaycan, TürkiyəFOB olmasını göstərir:

"Belə bir təşkilatın rəhbərinin COP-29-a gəlməsindən imtina etməsi doğru deyil. Bu, bir daha Avropa Parlamentində sözügedən məsələdə qərəzli bəyanatlar verməsi və onun rəhbərinin də belə addımı bir də onun deməyə əsas verir ki, bu qüvvələr konkret AzərbaycanFOB-dur, Türkiyə FOB-dur, İslamo FOB-dur. Xirsən Kulubunun bu nümayəndələri, bu tədbirin baş tutmasına belə münasibəti, bir daha onların yalnız həmin o bəşər ideyaları, danışmalarını, sözdən başqa bir şey olmadığını açıq-aydın ortaya qoyur".

Mövzuya geopolitik müstəvidən yanaşan siyasi şərhçi İlyas Hüseynov AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, Avropa İttifaqının sədrinin COP-29-a qarşı bu cür mənfi yanaşması erməni lobbisi tərəfindən həyata keçirilən çirkin təbliğatın nəticəsidir:

"Avropa İttifaqının sədri COP-29-da iştirak etməməsi ilə bağlı yanaşması hesab edirəm ki, ölkəmiz əleyhinə erməni lobbisi tərəfindən həyata keçirilən çirkin təbliğatın nəticəsidir. Lakin, burada Ursula fon der Layenin ilk növbədə Avropa və dünyada iqlim dəyişmələri və eləcə də ekologiyanın qorunması istiqamətində öz prinsipial mövqeyini nümayiş etdirməli idi. Avropa öz transmilli korporasiyaları, şirkətləri ilə dünyada ekologiyaya ən çox ziyan vuran coğrafiyadır və Avropa məkanında məhz bu tullantılar atmosferə atılır. Eyni zamanda Ursula fon der Layenin bu önəmli, mötəbər tədbirdə iştirak etməməklə, həm də məsuliyyətdən boyun qaçırdığını ortaya qoydu. Çünki Bakıda vacib məsələlər sırasında həm də iqlim dəyişmələri istiqamətində maliyyə öhdəlikləri müzakirə olunacaq, maliyyə ilə bağlı büdcənin artırılması təklif olunacaq. 500 milyard dollara qədər ilkin hədəf müəyyənləşdirilmişdir ki, bu, büdcə formalaşmalıdır".

Politoloq fon der Leyenin COP-29-a gəlməməsinə görə avropalı siyasətçiləri günahlandırıb:

"Ursula fon der Layen məhz bu aktual bir məqamda Bakıya təşrif buyurmamaqla öz selektiv yanaşmasını və ikili standartlar mövqeyindən çıxış etdiyini bir daha bir biruzə verdi. Əgər iştirak etsəydi, biz Avropanın daha açıq, şəffaf və etimadın güclənməsi naminə narrativini qəbul edə bilərdik. Bu gün isə biz Avropanın riyakar və eləcə də müxtəlif qrupların təsiri altında siyasi sifarişləri yerinə yetirən bir qurum kimi görürük. Burada müxtəlif siyasətçilər məsuliyyətdən yayınır və öhdəlikləri yerinə getirmək istəmirlər".

Mikayıl Mirzəzadə

Yazı Medianın İnkişafı Agentliyinin "diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusunda dərc edilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 06 Noyabr 2024 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri