Icma.az
close
up
RU
Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Tel­man Oru­covdan yeni yazı

Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Tel­man Oru­covdan yeni yazı

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Telman ORUCOV

İnsanlar özləri haqqında haqsızlığa, ədalətsizliyə yol verildikdə, onlara ağır mənəvi zərbə vurulduqda həmin düşmənçilik edəndən qisas almağa gücü çatmadığından və ya özünə vurulmuş ziyanın cavabını verə  bilmək imkanı olmadığından, bu düşməninə lənətlər yağdırmağa başlayır. Bu lənət, heç də onun yaxın adamları tərəfindən vurulan zərbəyə görə qisas almağını nəzərdə tutmur, daha güclü və ədalətli olan qüvvəyə - Allaha müraciətdə, yalvarışda ifadə olunur. Zərər çəkmiş adam inanır ki, Allah onun xahişini, yalvarışını eşidib, günahsız olduğu halda ona qarşı haqsızlıq, qəddarlıq göstərənə öz cəzası şəklində tam tutarlı bir cavab verəcəkdir.

Lənət xırda narazılığa görə yaranmır, insanın həyatına və mənəvi dünyasına haqsız şəkildə və olduqca böyük ölçüdə ziyan vurulduqda, ona məruz qalmış adamın şiddətlənmiş qəzəbinin, düşməninə qarşı nəhayətsiz hiddətinin ifadəsi kimi meydana çıxır. Zərbəyə məruz qalan cavab vermək, əvəzini ödəmək iqtidarında olsaydı, heç bir tərəddüdə yol vermədən cəsarətlənmiş cəngavər qabiliyyətinə yiyələnib, vaxt itirmədən cavab verər, düşmənindən hayıfını alardı. O, özünə qarşı olan ədalətsizliyin təkrarına yol verməzdi, mümkün qədər ona vurulan zərbənin fiziki və mənəvi ölçüsündə əvəz qaytarmağa çalışardı. Axı həddi aşmaq, yersiz qəddarlıq göstərmək onun təbiətinə yaddır, o, heç kəsə qarşı öz gücündən və imkanından istifadə edib, pislik etməmiş, nalayiq hərəkət törətməmişdi. Məhz buna görə də özünə qarşı olan haqsızlığa heç də sakit yanaşa, biganə qala bilmir. Ona əsassız olaraq hücum edəndən və yara toxundurandan qisas almağı, mərhəmət və qüdrət sahibi hesab etdiyi Allahdan xahiş edir, bunu onun ixtiyarına buraxır. Bu dərin inam bir qədər mistik xarakter daşısa da, bəzi hallarda təəccüblü qaydada meydana gəlməsi ilə öz təsdiqini tapır.

Lənətin həyata keçməsi üçün heç bir zaman ölçüsü mövcud deyildir, arzu ondan ibarətdir ki, tez, ya gec hökmən bu qisas həyata keçsin, onun əks-sədası həm də digər qəddarlıq eşqinə düşənləri, az da olsa, eybəcər həvəsdən və əməldən çəkindirsin. Lənət zəiflərin özündən qüvvətli olanların qəddarlığına, mərhəmətsizliyinə, haqsızlığına verilən cavab, əslində umulan qisas şəklini alır. Şəxsi həyatına həmlə edilənlər bunu hələ sağ olarkən gördükdə sevinir, haqqın və xeyirin ədalətsizlik və şər üzərində qələbəsinin baş verməsinə şad olurlar. Qəddarlıqla həyatlarına qəsd edilənlən mərhum insanların ruhu da bu qisas hadisəsinin baş verməsindən sakitləşir, rahatlıq tapır, onun yaxınları, nəslinin nümayəndələri isə lənətin baş tutmasından, gözlədikləri qisas şəklindəki zəfərdən vəcdə gəlir, qurban getmiş babalarının, atalarının qəzəb hissinin son anda da qalib gəlməsindən, ali inam bəslənilənin tərəfindən cəzanın icra edilməsindən, onları ağır itkilərinə görə kədər hisslərindən azad olduqlarına, hətta əzici düşüncələrdən birdəfəlik uzaqlaşdırılmağa görə, əhval-ruhiyyələrində müəyyən yüngüllüyün baş verməsi ilə öyünürlər, şər üzərində qələbəyə sevinirlər. Axı onlar öz valideynlərinin, yaxın əcdadlarının qisasını almağa heç də qadir deyildilər.

Lakin mərhəmətli Allah öz yaratdığına, ona inanc gətirənlərə qarşı haqsızlıqların baş verməsinə laqeyd qala bilməyib, onların həyatını, bütün dünyasını rəhmsizliklə həmlə ünvanına çevirənləri cəzalandırmaqla, özünün haqq tərəzisinin saf ölçünə uyğun olaraq hərəkət etdi. Gec də olsa, ədalətin zəfərinə nail olundu.

Lənət insanın yaşadığı acı hisslərin məcmu olaraq meydana çıxır, haqsızlığın həddən ziyadə olan ölçüsünə zəif tərəfin cavabı rolunu oynayır. Lənət və onun tam əksi olan xoşbəxtlik arzulamış adamlara, ədalətinə və mərhəmətinə görə xeyir-dua şəklində minnətdarlığını bildirmək kimi insanın özünə qarşı olan pisliyin və yaxşılıqların cavabı, ifadəsi şəklində özünü göstərir. Düşməni demonizatsiya etməyə xidmət edən lənət adətən müəyyən ölçüdə olan məkanda baş verən müxtəlif fenomenləri ifadə edir, bu, heç də aşağı ölçüdə, xırda bir incikliyə görə baş vermir. Lənət başlıca olaraq,  bir sıra hadisələr meydana gələndə işlənir, bu vaxt ağır zərər dəymiş adam, öz rəqibinin, düşməninin müvafiq qaydada cəzalandırılmasını, özünə qarşı edilən haqsızlığın müəllifinə müvafiq ölçüdə cavab verilməsini arzu edir. Bu arzunu isə o, kimlərəsə deyil, ədalətliliyinə və mərhəmətliliyinə möhkəm inandığı Allaha ünvanlayır. Bəzən ona xətər toxunduran elə qüdrət sahibi olur ki, özünü qanunların təsir dairəsindən kənarda hiss edir, buna görə də cəzasız qalacağına tam əmindir. Qanuni yolla onu yerində oturtmaq da mümkün deyildir, çünki qanunları özü hazırlatdırıb, imzalamaqla, ondan xalqın əleyhinə istifadə etməyə başlayır. Qanun, xalqın qalxanı olmaq vəzifəsini dayandırıb, hökmdarın iti silahına çevrilir. Onun cəzalandırılmasını  isə qanunların gücsüzlüyünə görə yalnız Allahdan xahiş etmək, onun qüdrətinə olan əminliyə şübhə etməmək vasitəsilə nail olmaq olar. Çünki insanlara qəddarlıq göstərənlər heç bir qanunu tanımır, Allahdan da qorxmur. Çünki o, özünü Misir faraonları kimi Yer üzərindəki canlı Allah hesab edir. Lakin anlamır ki, faraonların özünü də yalnız Allah cəzalandırırdı, hətta onlar o dünyanı, axirəti özlərinin əbədi həyatının davamı hesab etsələr də, canlı həyatdan uzaqlaşdırıldılar. Piramidalarda isə onların guya o dünyadakı mövcudluqları üçün hər cür şərait yaradılırdı. Lakin əsas nəticə ondan ibarət idi ki, onlar həyatda, Yer üzündə əvvəlki qəddarlıqlarını göstərməkdən məhrum olurdular.

Lənətin haqladığı adamlar da malik olduqları nəhayətsiz səlahiyyətlərdən, insanların taleyinə heç bir güzəşt olmadan hakim kəsilmələrini artıq bacarmırlar, gözləmədikləri halda ağır dərdə, xəstəliyə düçar olur və həyatdan gedirlər. Onların çox saydakı əməlləri ölçülüb, biçildikdə, haqsızlıqları, ədalətsizlikləri bütünlüklə təsdiqini tapdıqda məhz lənətdə arzu olunanlar baş verir və bu, Allahın qüdrətinə olan inamı daha da artırır. Qədim Misirdə o dünyada adamların xeyir və şər əməlləri Anubisin tərəzisində müəyyən olunurdu. İndi isə öləndən sonra adamlara qiymət verilməsinə, çoxluğun onun haqqındakı rəyinə əsaslanır.

Lənətdən fərqli olaraq, xoşbəxtlik arzulanması, sağlam düşüncədə deyilsə, kiminsə köməyi ilə yaxşı şeylər baş verəndə və ya müsbət nəticələrə gəlib çıxanda istifadə edilir. Ona yaxşılıq edən adamın bu mərhəmətə layiqincə cavab vermək imkanı olmadıqda, hisslərinin gur ifadəsi kimi ona ünvanladığı minnətdarlıq barədə intim ifadələrini tələffüz edir, öz himayəçisinə xoşbəxtlik arzulamaqla qızğın razılıq həyəcanında rahatlıq tapmağa başlayır. Gələcəyin arzulanan haqq təməli minnətdarlıq hissləri daşıyanların razılıq kəlmələrindəki ilk bünövrə timsalında meydana çıxır.

Lənət və xoşbəxtlik arzulamaq şərə və xeyirə görə insanların hisslərini ifadə edir. Bu əks hisslər medalın iki üzü xarakterini daşıyır. Xoşbəxtlik arzulamaq ilahi qüvvə tərəfindən verilən yaxşılığın dilə gətirilmə ifadəsidir. Beləliklə, fərdlərin minnətdarlıq hisslərinin, mərhəmətlilik göstərənə Allahın izni ilə xeyirə çatmaq arzusudur. Lənət də cəza arzusu olmaqla, həmin faktın Allah tərəfindən icra ediləcəyinə bəslənən inam, əminlikdir. Əgər Allah göstərişlərinə əməl etməməsinə və onun göstərdiyi yoldan çıxana ünvanlanan lənət hökmən öz işini görəcəkdir. Bu xahiş onu tanıyanların və ona sitayiş edənlərin inamına uyğun olaraq, Allahın qərarına çevrildikdə, hökmən baş verir.

İnsanlar, onlara qarşı törədilən haqsızlığa, ədalətsizliyə cavab vermək, onu icra edənlərə əvəz kimi qaytarmaq gücünə qadir olmadıqda, adətən özünün yeganə müdafiəçisi kimi Allaha müraciət etmək yolunu tutur və xahişini dilinə gətirdiyi lənət ifadələrində tələffüz edir. Onlar güman edirlər ki, düşmənləri Allah tərəfindən hökmən cəzalandırılacaqdır, onlar Allahın varlığına şübhə etmədikləri kimi, buna da tam şəkildə inanırlar. Bu cəza tezliklə baş verdikdə, onların Allaha ünvanlanan minnətdarlıqları daha da yüksəlir. Çünki insanlardan fərqli olaraq, Allah heç vaxt haqsızlığın tərəfində olmur, onun hər bir qərarı yalnız ədalətdən və mərhəmətdən xəbər verir. Allahın cəzası ilə müqayisədə, insanların cəzası çox hallarda subyektiv marağa tabe olmaqla, onun bilavasitə ifadəsi kimi özünü büruzə verir. Allah isə mərhəməti və bağışlaması ilə yalnız xeyirxahlıq simvolu olduğunu yenidən büruzə verir.

İnsan özünə qarşı olan yaxşılığı və pisliyi daim qiymətləndirməyə cəhd edir, birincini müəlliflərindən razı qalaraq, onlara xoşbəxtlik arzulayır, ikinciyə imza atanlara isə tam nifrəti ölçüsündə lənət yağdırır. Bu arzuların və xahişlərin gözlənilən həyata keçirilməsi isə Allahın iradəsindən irəli gələn imkanlara buraxılır.

Xoşbəxtlik arzulamaq o qədər də çox yayılmamışdır, çünki adamlar öz uğurunu, bəxtinin gətirməsi kimi və ya öz qabiliyyətinin qiymətləndirilməsi nəticəsi hesab edir, ona yaxşılıq edənləri ya  düşüncəsində tamamilə yoxa çıxarır, yaxud da tezliklə unutmağa başlayır. Bunu əsaslandırmaq üçün, özünün də başqalarına yaxşılıq etdiyini və onlardan minnətdarlıq görmədiyini irəli sürür.

Lənət bəslənməsi isə öz miqyasına görə daha çox yayılmışdır, çünki insanlar özlərinə dəyən ziyanı şişirtməyə meyl edir, özünün günahsız olmaması düşüncəsi ilə yaşayır, ona ziyan vuranları isə demonizasiya etməklə lənətləyir, onlara ən ağır və dəhşətli cəzaların verilməsini arzu edir. Lənət bir qayda olaraq ölçü hissini tanımır, təkcə ona pislik edənlə kifayətlənməyib, onun bütün nəslinin bədbəxtlik dənizində batmasını arzu edir. Ona görə də lənət öz təsirinin yalnız bir nəfərin üzərində həyata keçməsi ilə kifayətlənmir, nifrin şəklində həmin şəxsin nəslinin bədbəxtlikdən göz açmamaları diləyini əhatə edir. Hüquq elmində və praktikasında bir cinayətə görə iki dəfə cəza verilməsi qeyri-mümkün hesab edilsə də, lənət dalğası sunami xarakteri daşıyaraq, ona ziyan vuranın gələcək nəsillərinin də əzablı həyata düçar olmasını əsas götürür. Beləliklə, lənət bütöv bir nəslin acı tale yaşamasına səbəb olur. Bu barədə həyatda çox sayda misallara rast gəlmək mümkündür. Bəşər tarixi də lənətlərin həyata keçməsini təsdiq edən çox sayda hadisələrlə doludur.

Qədim yunan mifologiyası və Bibliya da lənətin işlənməsi və nəticəsi barədə çox sayda olan nümunələri nəzərə çarpdırır. Mifologiyada lənətin ünvanlandığı şəxsin təkcə özünə deyil, bütün ailəsinə də acı faciələr qismət olur, məşhur bir hökmdar ailəsinin taleyinə zəhər qatılır. Qəribə hal burasındadır ki, qızının Allahlara qurban kimi öldürülməsinə görə, ana öz ərinin qəddarlığından və rəhmsizliyindən dəhşətə gəlib, ağır səfərə yollanan bu adama nifrin yağdırır və onun layiqincə cəzalandırılacağına ümid bəsləyir. On il davam edən müharibədən qələbə ilə vətəninə dönən çar öz haqsız əməlinin tutarlı cavabını alır.

(Ardı var)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Aprel 2025 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see131

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see126

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see124

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see120

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see118

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see118

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see118

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see117

Trampa daha sərt davranmağı məsləhət görürlər

15 Aprel 2025 08:20see117

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Kanye Uest öz dəfn planlarını açıqladı

15 Aprel 2025 08:22see115

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see114

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see114

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see112

Bakının tıxaclı yolları SİYAHI

15 Aprel 2025 08:37see111

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri