Icma.az
close
up
RU
Lənkəranda II Flaminqo Festivalı keçirildi FOTOLAR

Lənkəranda II Flaminqo Festivalı keçirildi FOTOLAR

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dekabrın 7-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə Qızılağac Milli Parkında “II Flaminqo Festivalı" keçirilib.

"Unikal" xəbər verir ki, festivalda ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov,  hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Lənkəran ŞİH başçısı Taleh Qaraşov festivalı təbiət bayramı kimi xarakterizə edib. İcra başçısı xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsinin, bioloji müxtəlifliyin qorunub saxlanılmasının, təbii resurslardan səmərəli istifadə edilməsinin və ekoturizmin inkişafına diqqət göstərilməsinin Ümummilli Lider Heydər Əliyevin ekoloji siyasətindən irəli gəldiyini vurğulayıb və bu siyasətin dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Taleh Qaraşov təbiətimizin rəngarəngliyini, biomüxtəlifliyini nümayiş etdirməsi baxımından belə festivalın keçirilməsinin əhəmiyyəti barədə danışıb. İcra başçısı festivalın keçirilməsi ilə ekoloji biliklərin təbliğinə, gələcək nəsillərin maarifləndirilməsinə  və  ekoturizmin inkişafı üçün yeni imkanların yaranmasına töhfə veriləcəyini ifadə edib.

Festivalın keçirilmə məqsədləri barədə danışan ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, festivalın keçirilməsində əsas məqsəd nadir heyvanların mühafizəsinə cəmiyyətin diqqətinin artırılması, flora və fauna növlərinin qorunmasıdır. Nazir müavini unikal coğrafi mövqedə yerləşən ölkəmizin ərazisinin 10,3 faizinin xüsusi mühafizə olunan təbiət əraziləri olduğunu vurğulayıb. 

Sonra tədbir iştirakçıları festival çərçivəsində nümayiş olunan Azərbaycanın qorunan ərazilər şəbəkəsini, iqlim dəyişməsinin biomüxtəlifliyə təsiri və bioloji müxtəlifliyin hazırki vəziyyətini əks etdirən stendlərlə, məlumat lövhələrilə tanış olublar. 

Festival çərçivəsində tədbir iştirakçıları tərəfindən Qızılağac Milli Parkının körfəz ərazisinə 200 min balıq körpəsi buraxılıb. Sonda konsert proqramı təşkil olunub.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://unikal.az
archiveBu xəbər 07 Dekabr 2024 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri