Icma.az
close
up
RU
Lidersiz etirazlar İran rejimi üçün nəzarəti çətinləşdirən yeni REALLIQ

Lidersiz etirazlar İran rejimi üçün nəzarəti çətinləşdirən yeni REALLIQ

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"İranda baş verən son etirazları qısaömürlü bir qalxış və ya dərhal nəticə verəcək inqilabi proses kimi qiymətləndirmək doğru olmaz. Hazırda müşahidə olunan vəziyyət, illərdir yığılıb qalan struktural legitimlik böhranının daha dərin bir mərhələyə keçməsidir. Etirazlar müəyyən dövrlərdə səngiyə bilər, amma ölkə əvvəlki vəziyyətinə geri qayıtmır. Bunun əsas səbəbi narazılıqların təkcə iqtisadi problemlərlə məhdudlaşmaması, idarəetmə modeli, ayrı-seçkilik, real təmsilçiliyin olmaması və siyasi tıxanıqlıqla birbaşa bağlı olmasıdır".

Bunu Oxu.Az-a açıqlamasında Cənubi azərbaycanlı milli fəal Babək Çələbiyanlı deyib.

O bildirib ki, xalqın güvəndiyi və önə çıxan konkret liderin olmaması ilk baxışda zəiflik kimi görünə bilər:

"Ancaq İran reallığında bu vəziyyət müəyyən mənada məntiqli və funksionaldır. Tarixi təcrübə göstərir ki, önə çıxan hər bir sima ya sürətlə həbs edilir, ya da təhlükəsizlik mexanizmləri ilə təsirsiz hala salınır. Bu səbəbdən indiki etirazlar daha çox şəbəkəvi, yerli və sosial xarakter daşıyır. Bu pərakəndəlik koordinasiyanı çətinləşdirir, amma eyni zamanda rejimin tək bir mərkəzi və ya bir şəxsi vurmaqla prosesi tam dayandırmaq imkanını da əlindən alır. Nəticədə birdəfəlik dəyişiklik yox, tədrici siyasi aşınma baş verir.

Ayrı-ayrı etnik xalqların, xüsusilə Cənubi Azərbaycan türklərinin və kürdlərin paralel şəkildə etirazlara qoşulması prosesin siyasi çəkisini artırır. Cənubi Azərbaycanda etirazlar yalnız yaşayış səviyyəsi ilə bağlı deyil, eyni zamanda ana dili, mədəni ləyaqət, bərabər vətəndaşlıq və struktur ayrı-seçkiliyin aradan qaldırılması tələbləri ilə bağlıdır. Bu tələblər etirazlara daha dərin sosial məzmun verir və onları asanlıqla yatırılan reaksiyadan çıxarır. Kürd bölgələrində isə uzun illərdir davam edən təhlükəsizləşdirmə siyasəti, repressiya və hüquqsuzluq etirazların daha tez siyasi xarakter almasına səbəb olur. Bu bölgələrin eyni vaxtda aktivləşməsi Tehran üçün ciddi problem yaradır. Bir tərəfdən təhlükəsizlik resursları parçalanır, digər tərəfdən "etirazlar məhduddur" narrativi zəifləyir. Doğrudur, bu vəziyyət "separatizm" kimi damğaların istifadəsi riskini də artırır, amma təcrübə göstərir ki, bu cür yanaşma uzunmüddətli perspektivdə nə sabitlik yaradır, nə də problemi həll edir. Əksinə, dövlətlə toplum arasındakı etimadı daha da sarsıdır", - deyə müsahibimiz vurğulayıb.

Onun sözlərinə görə, bu şəraitdə Prezident Məsud Pezeşkianın mövqeyi olduqca məhduddur:

"O, sistemdaxili bir fiqurdur və real güc mərkəzlərinin sərhədlərini aşmaq imkanına malik deyil. Pezeşkian etirazlara açıq dəstək verə bilməz, çünki bu halda sürətlə kənarlaşdırılar. Tam sərt mövqe tutsa, cəmiyyət gözündə legitimliyini itirər. Buna görə də onun rolu əsasən ümumi empatiya ifadələri və real dəyişiklik yaratmayan məhdud islahat vədləri ilə məhdudlaşır. Praktiki olaraq bu rol təzyiqi azaltmaq üçün nəzərdə tutulmuş bir amortizator funksiyası daşıyır. Prezident institutunun zəiflədilməsi və ya strukturunun dəyişdirilməsi ehtimalına gəlincə, bu ssenari tam realdır. İran siyasi sistemində əsas prioritet hüquqi formalardan çox, hakimiyyətin davamlılığıdır. Prezidentlik indiyə qədər həm seçki görüntüsü yaratmaq, həm də narazılığın bir hissəsini səsəvermə yolu ilə boşaltmaq üçün istifadə olunub. Əgər bu mexanizm artıq işə yaramırsa və ya əksinə, böhranı dərinləşdirirsə, onun səlahiyyətlərinin daha da boşaldılması, icra gücünün paralel strukturlara ötürülməsi və ya ümumilikdə rolunun texniki səviyyəyə endirilməsi mümkündür. Pezeşkianın yenidən hakimiyyətdə qalması və ya geri dönməsi isə xalqın iradəsindən çox, rejimin taktiki hesablamalarından asılıdır. Sistem hesab etsə ki, o, hələ də "islahat ümidi" görüntüsünü qorumaq üçün faydalıdır, saxlanıla bilər. Əks halda, rahatlıqla kənara çəkiləcək. Cənubi Azərbaycan və kürd bölgələri baxımından isə əsas məsələ şəxslər deyil, dil, mədəni hüquqlar və real siyasi təmsilçilik imkanlarını məhdudlaşdıran strukturdur. Bu struktur dəyişmədikcə, adların dəyişməsi həlledici nəticə verməyəcək.

Ümumilikdə, indiki etirazlar İranı sürətli bir sonluğa aparmaya bilər, amma mövcud idarəetmə modelinin əvvəlki vəziyyətinə qayıtmasını faktiki olaraq mümkünsüz edir. Cənubi Azərbaycan və kürd bölgələrinin daha aktiv iştirakı bu prosesi həm dərinləşdirir, həm də rejim üçün daha bahalı və idarə olunması çətin hala gətirir. Bu isə uzunmüddətli hakimiyyət və legitimlik böhranının güclənəcəyini göstərir", - Çələbiyanlı fikrini yekunlaşdırıb.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:36
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Yanvar 2026 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see229

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see171

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see168

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see143

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see141

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see132

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see131

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see130

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri