Londonda yaşayan azərbaycanlıdan BÖYÜK UĞUR Çörçill də bu ada layiq görülüb
Icma.az, Publika.az saytına istinadən bildirir.
Londonda yaşayan azərbaycanlı, “Guavapay” şirkətinin direktoru və komplayns üzrə baş inzibatçı Elxan Nəsibov Londonda yüksək dərəcəli “Freedom of the City of London” fəxri adına layiq görülüb.
Bu barədə Publika.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, fəxri adın təqdimetmə mərasimində London şəhərinin lord meri Alastair Kinq iştirak edib, bu mükafatın əhəmiyyətini bir daha vurğulayıb.
Qeyd edək ki, "Freedom of the City of London" ən qədim və ən prestijli fəxri adlardan biridir. 1237-ci ildən başlayaraq hər il müxtəlif sahələr üzrə öz fəaliyyətində əhəmiyyətli nailiyyətlər qazanmış şəxslərə təqdim edilir. Bu fəxri adla təltif olunanlar sırasında II Elizabet, Uinston Çörçill, Nelson Mandela, Tim Berners-Li, Stiven Hokinq kimi tanınmış və nüfuzlu şəxslərin adları var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 05 Noyabr 2024 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















