Luqanodan Muslera etirafı Fənər lilər hələ də məndən acıqlıdı
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
''Fənərbaxça''nın sabiq uruqvaylı müdafiəçisi Dieqo Luqano həmyerlisi Fernando Muslera barədə diqqətçəkən acıqlamalar verib.
"Football-plus.az" xəbər verir ki, Muslera məlum olduğu kimi Uruqvay yığmasının dünya çempionatına yollanan heyətində yer alır. 39 yaşlı qapıçı karyerasında 5-ci dəfə mundialda iştirak etmək fürsəti qazanıb. Onun bu uğuru barədə danışan Luqano bunları deyib:
''Beş DÇ-də iştirak etmək hər kəsin bacara biləcəyi bir şey deyil. Əslində Fernando Uruqvay futbolu tarixində bunu bacaran ilk isimdi. Bu məqam onun peşəkarlığını, istedadını və liderlik keyfiyyətlərini bir daha ortaya qoyur. Onun varlığı komandaya daim hüzur və pozitiv enerji qatır. Türkiyədə ''Fənərbaxça'' fanatları hələ də məni xatırlayır və sevirlər. Amma onların arasında elələri var ki, indiyə qədər də Musleraya ''Qalatasaray''a yollanmağı məsləhət gördüyüm üçün məni bağışlamırlar. Bəzi türkiyəli dostlarım Musleranın qazandığı çempionluqlara görə hələ də məndən acıqlıdılar''.
Xatırladaq ki, Muslera 14 il (2011-25) ''Qalatasaray''ın şərəfini qoruyub. O, Türkiyə futbolu tarixində ən çox (19) titul qazanan əcnəbi futbolçudu.
Baxış sayı:166
Bu xəbər 11 İyun 2026 00:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















