Maariv: “Ankara HƏMAS ı Fələstin prosesinə qoşur”
Icma.az, Azvision portalına istinadən məlumat yayır.
AzVision.az xəbər verir ki, belə məlumat yayan İsrailin “Maariv” nəşrinin iddiasına görə, bu addımlar Fələstin ərazilərinin gələcək təşkilində HƏMAS-ın hər hansı siyasi rolunu qəti şəkildə rədd edən İsrailin rəsmi mövqeyinə zidd olaraq atılır.
“Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, qurumun rəhbəri Hakan Fidan və onun müavini yanvarın 25-26-da Ankarada HƏMAS rəhbərliyi ilə görüşüb. Bu danışıqlar daha geniş təşəbbüsün bir hissəsi idi və Ankaranın 7 oktyabr hadisələrindən sonra da HƏMAS-a siyasi tərəfdaş kimi baxmağa davam etdiyini göstərdi”, - qəzet yazır.
Fevralın 6-da Türkiyənin Qüdsdəki konsulluğu Fələstin Muxtariyyəti və “Fəth” təşkilatının nümayəndələri ilə bir sıra görüşlər keçirib.
- Görüşdə formal olaraq “Fələstindaxili barışıq” və “növbəti siyasi mərhələ” müzakirə edilib. Lakin israilli analitiklərin fikrincə, Türkiyənin “HƏMAS” ilə eyni vaxtda təmasları və Fələstin Muxtariyyətinə təzyiqləri bu təşkilatı Qəzzada gələcək hakimiyyət sisteminə inteqrasiya etmək cəhdindən xəbər verir”, - nəşr vurğulayır.
İsrail həm də Türkiyənin Qüdsdəki konsulluğunun artan siyasi rolundan narahatdır ki, bu da ekspertlərin fikrincə, ənənəvi diplomatiyadan kənara çıxır və Ankaranın şəhərdə təsir alətinə çevrilir.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Fələstin lideri HƏMAS ı silahı yerə qoymağa çağırıb
25 Sentyabr 2025 19:24
Fələstin prezidenti HƏMAS ı bütün girovları azad etməyə çağırdı
23 Aprel 2025 18:45
Fələstin Prezidenti HƏMAS ı Qəzza zolağında nəzarətdən imtina etməyə çağırıb
17 May 2025 18:30
Fələstin prezidentindən HƏMAS a ÇAĞIRIŞ
17 May 2025 18:56
HƏMAS səlahiyyətlərini Fələstin komitəsinə ötürür
20 Aprel 2026 18:19
Baxış sayı:127
Bu xəbər 09 Fevral 2026 14:34 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları