Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

Elmar Allahverdiyevə yeni vəzifə verildi

Maduronun qaçırılması böyük siyasi proseslərin kiçik hissəsidir  Tofiq Zülfüqarov

Maduronun qaçırılması böyük siyasi proseslərin kiçik hissəsidir  Tofiq Zülfüqarov

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Venesuela Prezidentinin qaçırılması çoxdan təşkil edilib. Çünki ola bilməz ki, bir prezidentin mühafizəçiləri bu qədər kar və kor olsun"

Venesuela dövlət başçısı Nikolas Maduronun yanvarın 3-də ABŞ ordusu tərəfindən keçirilən əməliyyatla saxlanılması geniş müzakirələrə səbəb olub. Pentaqonun əməliyyatı Rusiya, Çin kimi ölkələr tərəfindən pislənib. Avropa ölkələri isə məsələyə hüquqi aspektdən qiymət vermənin çətin olduğunu bildirib. Siyasi şərhçilər əməliyyatın keçirilməsinin səbəbini Venesuelanın dünyanın ən çox neft ehtiyatına sahib ölkə olduğunu bildirir. Venesuela Prezidenti vəzifəsini icra edən Delsi Rodrigez bazar günü Nikolas Maduronun ələ keçirilməsi anından bəri ilk dəfə olaraq barışdırıcı ton nümayiş etdirərək, “birgə inkişaf”a yönəlmiş proqram çərçivəsində ABŞ ilə əməkdaşlıq etməyi təklif edib. Bəs, baş verən proseslərin pərdə arxasında hansı məqamlar dayanır? 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Sherg.az"a açıqlamasında Venesuelada baş verənləri böyük siyasi proseslərin kiçik hissəsi adlandırıb:

- Tofiq bəy, Venesuelada baş verən son proseslər haqqında nə düşünürsünüz? Bir dövlət başçısının qaçırılması çox öyrəşdiyimiz hadisəsi deyil. 

- Əslində Birləşmiş Ştatlar düşmənlərinə qarşı hibrid müharibədə bu cür üsullardan çoxdan istifadə edir. Kubanı, Əfqanıstanı nümunə göstərmək olar. Maduronun qaçırılması çoxdan təşkil edilib. Çünki ola bilməz ki, bir prezidentin mühafizəçiləri bu qədər kar və kor olsun. Bilirsiniz, bu məsələyə aid diskussiya çox genişdir. Ancaq görünən odur ki, beynəlxalq hüquq və prinsiplər işləmir. Biz Azərbaycan olaraq bunları çoxdan bilirik. Məsələ mənafeyə uyğun olduqda onun beynəxalq hüquq və prinsiplərə uyğun olub-olmadığına baxılmır. Gücü, imkanı olan məqsədinə çatmaq üçün hər şeyi edir.

-Bəs, bundan sonra Venesuelada nələr baş verəcək. Venesuelada yeni seçkilər keçiriləcək? Ümumiyyətlə ABŞ hansı xətti izləyəcək?

- Açığı orada nə baş verəcəyi məni maraqlandırmır. Teatrda dekorasiyaların dəyişdirildiyi kimi Venesuelada da dəyişikliklər gözlənilir. ABŞ oranın sahibi olacaq.

- Prosesin gələcəyini necə proqnozlaşdırırsınız?

- Prosesin gələcəyi bəllidir. Tramp açıq şəkildə bəyan edir ki, ABŞ dünyada iqtisadi, texnoloji və hərbi hegemon olaraq qalmalıdır. Mən şəxsən hazırda ABŞ-yə rəqib ola biləcək 2 mərkəz görürəm. Avropa İttifaqı və Çin. Və bu mərkəzlər arasında rəqabət başlayıb. ABŞ bu rəqabətdə bütün enerji ehtiyatları və kommunikasiya xətlərini nəzarəti altına almağa çalışır. Ərəb və körfəz ölkələri ilə müharibələrin də pərdə arxasında bu məsələlər var idi. Venesuelanı da hədəf edən onun təbii sərvətləri olub. Kəşf edilən neft ehtiyatlarının 18.2 faizi bu ölkənin payına düşür. Neft ehtiyatları zəngin olub ABŞ-nin dominantlığını qəbul etməyən iki dövlət qalıb. Rusiya və İran. Biz görürük ki, bu iki dövlətə ciddi sanksiyalar tətbiq edilir, dolayı və ya birbaşa yolla hərbi əməliyyatlara məruz qalır. Kommunikasiya xətlərinə gəldikdə isə ABŞ-nin Panama kanalı, Malakka boğazı ilə bağlı təşəbbüsləri var. Yəni Maduro məsələsi böyük siyasi proseslərin kiçik bir hissəsidir.

- Məsələnin Azərbaycana dolayı təsiri ola bilər? Çünki qeyd etdiyiniz kimi Venesuela dünyada ən çox neft ehtiyatına sahib ölkədir, proseslər gələcəkdə Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?

- Hesab edirəm ki, proses bizə çox da təsir etməyəcək. ABŞ Venesuela nefti ilə rəqiblərinə təsir etməyə çalışacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Yanvar 2026 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see404

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see184

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see158

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see153

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see148

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see146

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

05 Yanvar 2026 15:29see130

Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

05 Yanvar 2026 17:24see126

Elmar Allahverdiyevə yeni vəzifə verildi

05 Yanvar 2026 17:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri