Icma.az
close
up
RU
Menu

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Parisdə turizm təqdimatı

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Makelele 17 il əvvəlki finalı xatırlayıb Terrini tənqid etdi

Makelele 17 il əvvəlki finalı xatırlayıb Terrini tənqid etdi

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Çempionlar Liqasının finalı yaxınlaşdıqca həyəcan da artır.

Biz isə illər öncə baş tutmuş bir finalı xatırlamaq qərarına gəldik. Bir qədər stajlı futbolsevərlər, yəqin ki, Klod Makeleleni gözəl xatırlayır. Fransalı dayaq yarımmüdafiəçisi daha çox 2000-ci illərin əvvəllərində “Real”dakı çıxışı ilə məşhurdu. Amma o, Madrid nəhəngindən başqa “Nant”, “Marsel”, “Selta”, “Çelsi” və PSJ kimi önəmli klublarda da top qovub. Karyerasında əsas titullarını “Real” və “Çelsi”də qazanan Makelelenin hazırda 52 yaşı var.
O, bugünlərdə İngiltərədə qonağı olduğu bir şouda 2008-ci ildəki ÇL-in finalı və Con Terrinin penaltini qaçırması haqda diqqətçəkən ifadələr işlədib. 17 il öncə Moskvada keçirilən finalda İngiltərənin iki nəhəngi – “Mançester Yunayted” ilə “Çelsi” üz-üzə gəlmişdi. 120 dəqiqəlik mübarizə 1:1-lik bərabərliklə yekunlaşdığından qalib penalti seriyasında müəyyənləşmişdi. Hesab 4:4 olarkən həlledici zərbəni vurmaq öhdəliyini kapitan Terri üzərinə götürdü. “Yunayted”də Kriştiano Ronaldo penaltini qaçırdığından Terrinin zərbəsi qol olsa, “Çelsi” tarixində ilk dəfə ÇL-i qazanacaqdı! Ancaq ünlü müdafiəçinin zərbə anında ayağı sürüşdü və top dirəkdən döndü! Daha sonra Nikolya Anelka da fürsəti boşa verincə titul “Yunayted”ə qismət oldu.
Makelele illər sonra Terrini həmin an topa yaxınlaşdığına görə tənqid atəşinə tutaraq bunları deyib:

“Həmin matçın ardından paltardəyişmə otağında hər kəs üzgün şəkildə bir kənarda oturmuşdu. Biz əslində penalti seriyasında çox böyük yanlışlığa yol verdik. Çünki məşqçilər korpusu ilə futbolçuların anlaşmasına əsasən növbə ilə kimin penalti vurmalı olduğu əvvəlcədən müəyyənləşdirilmişdi. Amma son anda sıra dəyişdirildi. Sonuncu zərbəni Salamon Kalu vurmalıydı. Amma Terri ona mane oldu və zərbəni özü vurmaq istədi. Futbol hərdən sizə öz sərt üzünü göstərir. Nəyisə düzgün etmirsənsə, futbol dərhal səni cəzalandırır. Biz də həmin finalda məhz bu aqibətlə üzləşdik. Terri penaltini qaçıranda əsəbimdən özümə yer tapa bilmirdim. Çünki anlayırdım ki, həmin an heyətdə olan bəzi gənclərimizin əlinə bəlkə də bundan sonra heç vaxt belə fürsət düşməyəcək. Mən artıq bir dəfə “Real” ilə ÇL-in qalibi olmuşdum. Terri düzgün hərəkət etmədi. O, həmin an özünü lider kimi aparmalı və komanda üçün ən yaxşı olanı etməli idi. Amma əksinə, komandanı düşünmədi. Yalnız özü qəhrəman olmaq istədi. Bu işə qarışmasaydı, Terri başqa cür – kapitan kimi kuboku başı üzərinə qaldırmaqla qəhrəman olacaqdı”.


Həqiqətən də həmin matçın ardından həm “Çelsi”nin baş məşqçisi Avraam Qrant, həm də onun köməkçisi Henk ten Kate Makelelenin sözlərini təsdiqləmişdi. Onlar da bldirmişdilər ki, penaltini vurmalı olan ilk 5 futbolçu müəyynləşdirilərkən orda Terrinin adı yox idi. Sadəcə, Terri bunun sonuncu zərbə olacağını düşündüyü üçün Makelele demişkən, qəhrəmana çevrilmək istədi.
Maraqlıdı ki, Terridən sonra topa məhz Kalu yaxınlaşdı və çətinlik çəkmədən topu tora göndərdi. Anelka isə 7-ci zərbə üçün topa yaxınlaşdı və vura bilmədi!
Terri həmin finaldan bir neçə gün sonra yaşadığı emosiyalar barədə bunları demişdi:

“Həmin gündən bu yana hər dəqiqə o anı yenidən yaşayıram. Bütün bu günlər ərzində ümumilikdə cəmi bir neçə saat yatmışam. Hər dəfə oyananda ümid edirəm ki, bunun yalnız qorxulu bir yuxu olduğu üzə çıxacaq. Topa doğru hərəkət edəndə bilirdim ki, bu zərbə bizə qələbə qazandırmalıdı. Ancaq zərbə zamanı başverənlər həyatımboyu məni izləyəcək. Dəfələrlə epizodun təkrarını izləmişəm. Hamı gördü ki, sadəcə, ayağım sürüşdü. İndiyə qədər də buna inana bilmirəm”.


Düzdü, 4 ildən sonra Terri kapitan kimi ÇL kubokunu başı üzərinə qaldırmağa müvəffəq oldu. Hərçənd “Bavariya”ya qarşı 2012-ci ildəki finalı o, cəza üzündən qaçırmalı olmuşdu. Amma Mosvada yaşananlar hələ də onun şəxsi faciəsidi. Ötən il “Çelsi”nin əfsanəsi qatıldığı bir podkastda bunları demişdi:

“Düzünü desəm, indiyə qədər də özümə gələ bilmirəm və nə vaxtsa da bunu unuda biləcəyimi düşünmürəm. Həyatda bu qədər yüksəlişlərim olub. Amma qəribdə ki, məhz eniş anı səninlə birlikdə sona qədər qalır. Oyundan sonra məşqçi oteldə hamıya aşağı düşüb bir balaca içki içməyi məsləhət gördü. Amma mən bunu etmədim. Çünki komanda yoldaşlarımın gözlərinin içinə baxa bilmirdim. Ancaq sonradan aşağı düşüb bir qədər pivə içdim. Həmin gündən daha bir xatirə odu ki, qaldığımız otelin 25-ci mərtəbəsində dayanıb Moskvaya baxırdım. Öz-özümə “axı nə üçün? Nə üçün bu gün yağış yağdı? Nə üçün mənim ayağım sürüşdü” kimi suallar verirdim. O finaldan 3-4 gün sonra biz “Uembli”də ABŞ yığmasına qarşı yoldaşlıq oyunu keçirdik. Hesab 1:1 oldu və mən cərimə meydançası xaricindən başla qol vurdum. Kaş o qolu vurmazdım, amma finaldakı penaltini vurardım”.


ƏLİ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 May 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see431

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see399

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see382

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see341

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see277

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see220

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see218

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see212

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see211

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see201

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see201

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see198

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see191

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see188

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see186

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see183

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see179

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see170

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see167

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri