Malang Darboe: Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsi cəsarətli və zəruri fəaliyyət çağırışıdır
Icma.az, Report.az portalına istinadən məlumat verir.
COP29 çərçivəsində ilk dəfə qəbul olunan Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsi cəsarətli və zəruri fəaliyyət çağırışıdır.
"Report" xəbər verir ki, bunu Qambiyanın Balıqçılıq və Su Ehtiyatları Nazirliyinin daimi katibinin müavini Malang Darboe COP29 çərçivəsində keçirilən “İqlim, təbiət və insanlar üçün suyun həyat xəttini qeyd edirik” adlı tədbirdə deyib.
"Bu sənəd, suyun yalnız Paris Sazişinin məqsədlərinə deyil, eyni zamanda daha geniş dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün vacib olan sektorlararası resurs kimi əhəmiyyətini vurğulayır. Xüsusilə, İqlim Dəyişikliyi ilə Mübarizə üzrə Bakı Su Dialoqunun başlaması mühüm əhəmiyyət kəsb edir. Bu platforma, növbəti COP konfranslarında su ilə bağlı müzakirələrin davamlılığını və uyğunluğunu təmin edərək, beynəlxalq, regional və hövzə səviyyələrində əməkdaşlığı təşviq edəcək", - M.Darboe vurğulayıb.
O qeyd edib ki, Qambiya, Su Bəyannaməsinin və onun nəticə qərarlarının məqsədlərini həyata keçirmək üçün bütün tərəflərlə birgə işləməyə tam hazırdır.
"Qambiya üçün su, həm sağ qalmağımız, həm də inkişafımız üçün həyati əhəmiyyət daşıyır. Bizim kənd təsərrüfatımız və ekosistemlərimiz suya dərindən bağlıdır. BMT-nin Su Konvensiyasına qoşulan bir ölkə olaraq, Qambiya su ehtiyatlarının idarə edilməsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini tam olaraq dərk edir. Bu çərçivə transsərhəd su idarəçiliyinin təkmilləşdirilməsi, su istifadəsinin tarazlaşdırılması, ədalətli çıxışın təmin edilməsi və iqlim dəyişikliyinə qarşı dayanıqlılığın artırılması istiqamətində səylərimizə rəhbərlik edir", - M.Darboe bildirib .
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 21 Noyabr 2024 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















